Məhkəmə qərarları › İş №2(102)-7697/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7697/2019

12.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7697/2019 12.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili X1, Cavabdeh1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2019-cu il tarixli qətnaməsindən “Cavabdeh2-İnşaat” MMC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin 10 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(037)251/2018, hakim R.S.Şirinov) İddiaçı ASC-n in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və «Cavabdeh2-İnşaat» MMC-yə qarşı iddiası qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, cavabdehlərdən müştərək qaydada 34619 manat əsas borc, 10193 manat faiz borcu olmaqla - cəmi 44843 manat borcun alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia tələbinin tutmanın Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 240 ünvanında salınmış, “Cavabdeh2-Park 3” yaşayış massivi, 240 C nömrəli evin 99 nömrəli mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsinə dair hissəsi rədd edilmişdir. Şəki Apellyasiy a Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qərardadı ilə (iş № 2(107)-1939/2018, hakimlər İ.F.Quliyev, Ə.T.Məcidov, M.A.Əsədli) İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə iddia tələbinin tutmanın Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti 240 nömrəli ünvanda salınmış, “Cavabdeh2-Park 3” yaşayış massivində inşa edilən 240 C nömrəli evin 99 nömrəli mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına banka olan borcun ödənilməsinə dair hissəsi üzrə qismən ləğv edilmiş, iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnam əsi ilə (iş № 2(107)-1939/2018, hakimlər İ.F.Quliyev, Ə.T.Məcidov, M.A.Əsədli) «Cavabdeh2-İnşaat» MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh1 və «Cavabdeh2-İnşaat» MMCdən müştərək qaydada 34619 manat əsas borc, 10193 manat faiz borcu olmaqla - cəmi 44843 manat borcun alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirlmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-1591/2019, hakimlər A.Ə.İskəndərov, Ə.A.Əhmədov, İ.K.Dəmirov) «Cavabdeh2-İnşaat» MMC-nin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-1478/2019, hakimlər E.Ş.Hüseynov, A.A.Mahmudov, V.İ.Məlikov) «Cavabdeh2-İnşaat» MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə Cavabdeh1 və «Cavabdeh2-İnşaat» MMC-dən müştərək qaydada 34619 manat əsas borc, 10193 manat faiz borcu olmaqla - cəmi 44843 manat borcun alınaraq İddiaçı ASCnin xeyrinə tutulması hissəsində dəyişdirlmədən saxlanılmışdır. Həmin qətnamədən «Cavabdeh2-İnşaat» MMC-nin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin «Cavabdeh2-İnşaat» MMC-dən müştərək qaydada 44843 manat borcun alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində ləğv edilib iddianın həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC ilə «Cavabdeh2-İnşaat» MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqaviləyə əsasən bu müqavilənin predmeti olan Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsini illik 14 faizlə 120 ay müddətə qədər kreditləşdirməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Həmin müqaviləyə əsasən MMC mövcud olan kredit borcu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı A SC tərəfindən Cavabdeh1 Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 240 ünvanında salınmış, “Cavabdeh2-Park 3” yaşayış massivində inşa edilən 240 C nömrəli evin 99 nömrəli mənzilinin alınması üçün illik 14 faiz olmaqla, 120 ay müddətinə 36200 manat məbləğində kredit verilmiş, sonuncu isə kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə borclunun öhdəliyinin təmini üsulu kimi bağlanmış ipoteka müqaviləsinə əsasən həmin mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 05 fevral 2018-ci il tarixdə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş materialları hərtərəfli, tam və obyektiv tədqiq edilməmiş, müqavilə ləğv edildikdən sonra banka olan borcu ödəmək öhdəliyi götürməsi nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, Cavab deh1 isə vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Birinci instansiya məhkəməsi iddianı hər iki cav abdehə münasibətdə təmin etmiş, yəni borcun cavabdehlərdən müştərək qaydada tutulmasını qət etmiş, “Cavabdeh2-İnşaat” MMC-nin həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. “Cavabdeh2-İnşaat” MMC apellyasiya məhkəməsinin qətnaməsini kassasiya qaydasında mübahisələndirmiş, kassasiya instansiya məhkəməsi tərəfindən qətnamə ləğv edilərək iş yenindən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İş üzrə kassasiya instansiya məhkəməsinin qərarında göstərilmişdir ki, iş materiallarında Bank tərəfindən cavabdeh “Cavabdeh2-İnşaat” MMC-yə Cavabdeh1 kredit borcunu gecikdirməsi ilə bağlı bildiriş göndərilməsini müəyyən etmədiyindən hesab edir ki, belə bir bildiriş göndərilməmişdirsə, deməli MMC bundan xəbərsiz olduğundan borcun ödənilmə sinə yönələn müvafiq hərəkətləri etməkdən də məhrum olmuş və belə olan vəziyyətdə cavabdeh “Cavabdeh2-İnşaat” MMC-nin digər Cavabdeh1 kredit borcuna dair öhdəliyinin yaranmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlilyi yerinə yetirməməsi ödənilməyən borcun “Cavabdeh2-İnşaat” MMC-dən tələb edilməsi üçün əsas ola bilməz. Belə ki, öhdəliyin icra edilməməsindən məlumatlı olmamış tərəf (“Cavabdeh2-İnşaat” MMC) onun icra edilməməsi üçün təqsirli sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya məhkəməsi Cavabdeh1 kredit müqaviləsi üzrə ö hdəlikləri 60 gündən artıq gecikdirməsi barədə İddiaçı ASC tərəfindən “Cavabdeh2-İnşaat” MMC-yə müqavilədə nəzərdə tutulmuş bildirişin göndərilib-göndərilmədiyini aydınlaşdırmaq məqsədi ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna sorgu vermişdir. Əmanətlərin Sığortalanması Fondunun 13 iyun 2019-cu il tarixli məktubu ilə İddiaçı ASC tərəfindən Cavabdeh2-İnşaat” MMC-yə borclu Cavabdeh1 kredit borcunu 60 gündən artıq gecikdirməsi ilə bağlı göndərilmiş bildirişi və catdırılması barədə qəbzi apellyasiya məhkəməsinə təqdim etmişdir. Göründüyü kimi, İddiaçı ASC tərəfindən “Cavabdeh2-İnşaat” MMC-yə Cavabdeh1 kredit borcunu gecikdirməsi ilə bağlı müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilmişdir. “Cavabdeh2-İnşaat” MMC bildiriş aldıqdan sonra iddiaçı il ə bağladığı müqavilənin 4.3-cü bəndində göstərilən borcun ödənilməsinə yönələn şərtləri yerinə yetirmədiyindən “Cavabdeh2-İnşaat” MMC-nin digər Cavabdeh1 kredit borcuna dair öhdəliyi yaranmışdır. Belə ki, iddiaçı bankla “Cavabdeh2-İnşaat” MMC arasında bağlanmış 18 mart 2014cü il tarixli müqavilənin 4.2-ci bəndində qeyd edilmişdir ki, MMC bu müqavilənin tələblərini vaxtında və lazımı qaydada yerinə yetirməyi öhdəsinə götürür. Digər tərəfdən, müqavilənin 4.3-cü bəndinin məzmunundan göründüyü kimi MMC kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyini mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Yəni, o, bildirişi aldıqdan sonra 30 gün müddətində ilk növbədə mənzilin alqı-satqı müqaviləsini ləğv etməyi və müqaviləni ləğv etdikdən sonra Banka olan borcu ya həmin mənzili digər şəxsə satmaqla, ya da öz vəsaiti hesabına ödəməyi öhdəsinə götürmüşdür. Eləcə də, o, müvafiq prosedurlardan sonra özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla qətnamə maddi və prosessual hüquq normaları dü zgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar