Məhkəmə qərarları › İş №2(102)-7698/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7698/2019

16.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7698/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 və vəkili V1 oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.07.2019-cu il tarixli, 2(107)1884/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Oğuz Rayon Məhkəməsinin (hakim K.Süleymanov) 20.02.2019-cu il tarixli, 2(054)109/20 19 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər məbləğlərinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 3000 manat behin iki misli olan 6000 manatın və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu məbləğinin 27,70 manatdan ibarət hissəsinin - cəmi 6027,70 manatın tutularaq İddiaçı verilməsi, iddia tələbinin cavabdehdən 500 manat mənəvi zərər məbləğinin tutulmasına dair hissəsinin rədd edilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin qalan 2,30 manatdan ibarət hissəsinin İddiaçı özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Hüseynov, A.Mahmudov, V.Məlikov) 05.07.2019-cu il tarixli, 2(107)-1884/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apel yasiya şikayəti təmin edilməyərək, Oğuz Rayon Məhkəməsinin 20.02.2019-cu il tarixli, 2(054)-109/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilədə nəzərdə tutulduğu kimi ikiqat behin, yəni 6000 manat pulun, ödədiyi 30 manat dövlət rüsumunun və mənəvi zərər olaraq 500 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili V1 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Belə ki, cavabdeh 2017-ci ilin sonlarında 0.30 ha həyətyanı torpaq sahəsini və həmin torpaqda yerləşən evi iddiaçıya 33000 manata satmaq barədə razılığa gəlmişdir. Torpaq sahəsinin 0.16 ha hissəsinə cavabdehin sənədi olmuş, 0.14 ha hissəsinin sənədləri isə hazır olmamışdır. İddiaçı 27.12.2017-ci il tarixdə cavabdehə beh olaraq 3000 manat pul vermiş, onlar cavabdehin 1 ay ərzində 0.14 ha torpaq sahəsinin sənədlərini hazırlayacağını, lakin çəkiləcək xərclərin iddiaçı tərəfindən çəkilməsi barədə razılaşmışlar. Cavabdeh sənədləri hazırlayarkən iddiaçı çəkiləcək xərcləri ödəməkdən imtina etmişdir. Cavabdeh 1 ay ərzində torpağın sənədlərini, alqı-satqının rəsmiləşdirilməsi üçün zəruri sənədləri hazırlamış, l akin iddiaçı razılaşmanı pozub xərcləri ödəməmiş, torpaq sahəsini almaqdan imtina etmişdir. Cavabdeh torpağın ona satılmasından imtina etməmişdir. Həmçinin tərəflər arasında olan akt düzgün tərtib edilməmişdir və akt cavabdehin iradəsini ifadə etmir. Çünki iddiaçı ondan akta imza etməsini, məzmununu özlərinin yazacağını bildirmişdir. Cavabdeh də savadsız olduğundan başlığında akt yazılmış ağ vərəqə imza etmişdir. Cavabdehin iddiaçı ilə müəyyən edilən vaxta qədər sənədləri hazırlaya bilməyəcəyi halda asfalt yolun kənarında 7 sot torpağı iddiaçıya verəcəyi barədə vəd etməsi barədə yazılanlar yalandır və cavabdehin belə razılaşması olmamışdır. Bundan əlavə, beh müqaviləsi də notarial qaydada bağlanmış beh müqaviləsi olmamışdır. Belə olan halda həmin münasibətlərə bh münasibəti kimi qiymət ver mək düzgün deyil. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.07.2019-cu il tarixli, 2(107)-1884/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi X2 və vəkili V1 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası işin hallarına əsasən müəyyən etmişdir ki, cavabdeh və onun ailə üzvlərinin adına Oğuz rayonu Xalxal kəndində yerləşən 0,16 hektar həyətyanı torpaq sahəsi, cavabdehin adına isə həmin torpaq sahəsində olan fərdi yaşayış evi qeydə alınmışdır. 2017-ci ilin noyabr ayında iddiaçı ilə cavabdeh arasında Oğuz rayonu Xalxal kəndində 0,30 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan fər di yaşayış evinin satın alınması ilə bağlı razılaşma olmuşdur. Tərəflər fərdi yaşayış evinin və 0,30 hektar həyətyanı torpaq sahəsinin cəmi 33.000 (otuz üç min) manata satılması ilə bağlı razılığa gəlmişlər. Cavabdeh əvvəlcədən 3000 (üç min) manat beh almaq şərti ilə öhdəsinə götürmüşdür ki, ona məxsus olan fərdi yaşayış evinin və 0,30 hektar həyətyanı torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərini və alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilməsi üçün zəruri olan bütün sənədləri toplayacaq və xərclərini ödəyəcəkdir. İddiaçı öz öhdəsinə götürmüşdür ki, 27 dekabr 2017-ci il tarixədək qalan 30.000 (otuz min) manat pulu toplayıb alqı-satqı üçün notariat orqanına gedəcəkdir. Tərəflərin razılaşmasına görə, əgər iddiaçı öz öhdəliyini pozarsa, onun verdiyi 3000 (üç min) manat behi n geri qaytarılmayacağı, həmin müddətdə cavabdeh evin və torpaq sahəsinin sənədlərini hazırlayıb alqı-satqıya getməzsə, onun iddiaçıdan aldığı behin qədərində, yəni 3000 manat + 3000 manat = 6000 manat qaytaracağı qərara alınmışdır. Tərəflərin razılaşdıqları müddət ərzində cavabdeh yalnız 0,16 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində olan fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərini hazırlamışdır. Torpaq sahəsinin qalan 0,14 hektardan ibarət hissəsinin bələdiyyə mülkiyyətinə aid olan ərazi olduğu məlum olmuşdur. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiаçının öz iddiа tələbinin əsаsı kimi istinаd etdiyi sübut işdə olan tərəflər və digər şəxslər (cəmi 6 nəfər) tərəfindən imzalanmış “akt”dır. Tərəflər həmin “akt”ın imzalanmasını və aktda göstərilənlər barəsində razılaşdıqlarını inkar etmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsində göstərilmişdir ki, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 404.4-cü maddəsinə əsasən, müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstün lük verilməlidir. Apellyasiya kollegiyası qeyd edilən normalara əsasən qeyd etmişdir ki, yuxarıda sözügedən “akt”ın məzmunu, mahiyyəti, mənası və verilmə məqsədi tərəflər arasında beh müqaviləsi bağlanılması anlamına gəlmək üçün əsas verir. Həmin müqavilə tərəflərin iradə ifadəsi əks etdirir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, Oğuz rayonu Xalxal kəndinin ərazisində yerləşən, cavabdehə məxsus ev və həyətyanı torpaq sahəsinin alınıb-satılması ilə bağlı tərəflər arasında olan razılaşma yazılı formada bağlanmışdır. Həmin razılaşmaya görə hər bir tərəf üzərinə müəyyən öhdəliklər götürməklə, öhdəliklərin icrası zamanı hansı xərclərin kim tərəfindən ödənilməli olması, öhdəliklərin icra edilməməsinə görə məsuliyyətin həddləri də razılaşmada dəqiq müəyyən edilmişdir. Eyni zamanda, öhdəliklərin icra edilməsi üçün konkret müddət müəyyən edilmişdir. Həmin müddət ərzində öhdəliklərin icra edilməməsi isə məhz cavabdehin öz üzərinə düşən vəzifəni tam şəkildə yerinə yetirməməsi üzündən baş vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Tərəflər arasında 0,14 hektar torpaq sahəsinin hərrac vasitəsilə satın alınması, hərracın keçirilməsi ilə bağlı xərclərin iddiaçı tərəfindən ödənilməli olması barədə cavabdeh məhkəməyə hər hansı sübut təqdim etməmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdehin özü tərəfindən imzalanmış akt və qəbz isə həmin xüsusatın əksini təsdiq etmişdir. Cavabdehin dəlilləri məhkəmə iclasında işin digər faktik i halları ilə də öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə kollegiyası cavabdehin bununla bağlı izahatında qeyd etdiyi xüsusatlara tənqidi yanaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzi ni digər tərəfə ödəməyə borcludur. Qeyd olunan hüquq normalarının məzmununa əsasən apellyasiya kollegiyası hesab etmişdir ki, hazırki iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsinin icra edilməməsi üçün cavabdeh məsuliyyət daşıdığına görə, o, iddiaçıya ondan aldığı behin iki mislini ödəməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçı ilə aralarında olan aktın onun iradəsini ifadə etmədiyini bildirsə də, birinci instansiya məhkəməsində vermiş olduğu izahatında həmin aktın öz iradəsi ilə tərtib edildiyini, bundan əlavə iddiaçıdan 3000 manat pulu beh olaraq almasını göstərmişdir. Bundan əlavə, cavabdeh apellyasiya kollegiyası tərəfindən maddi və prosessual hüq uq normalarının pozuntusuna yol verildiyi qeyd etsə də, həmin dəlili ilə bağlı hər hansı hala istinad edə bilməmişdir. Kassasiya yoxlaması zamanı apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. G östərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.07.2019-cu il tarixli, 2(106)-1884/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar