Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-77/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” (Azərbaycan) ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARDADİ iş № 2(102)-77/21 (Açar sözlər: iddiadan imtina əsası ilə iş üzrə icraata xitam verilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdehin nümayədəsi və vəkili X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı-nə qarşı kredit müqaviləsinin etibarsızlığı tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2899/2020 nömrəl i, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 138186-117269 saylı kredit müqaviləsinə əsasən banka borclu olduğu 10373,28 ABŞ dolları məbləğində əsas borc, 924,72 ABŞ dolları məbləğində faiz borcu, 284,25 ABŞ dolları məbləğində dəbbə pulu, ümumilikdə 11582,25 ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq ü çün cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı ASC ilə aralarında bağlanmış xx xxxx 2015-ci il tarixli 138186-117269 saylı “Nağd pul krediti müqaviləsi”nin etibarsız hesab olunaraq ondan əqd üzrə aldıqlarının hamısının - 3000 ABŞ dollarının qaytarılması, eyni zamanda onun tərəfindən əsassız varlanma nəticəsində real zərər olaraq 1307,70 manat və tərəfindən dövlət rüsumu olaraq ödədiyi 30 manat məbləğində vəsaitlərin, cəmi 3000 ABŞ dolları və 1337,70 manat pul məbləğlərinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-543/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, 10373,28 ABŞ dolla rı məbləğində əsas borc, 924,72 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları dəbbə pulu, cəmi 11348 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manatın Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, ilk iddianın digər hissədə və qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. Məhkəmə ilk iddia tələbini qismən təmin, qarşılıqlı iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 337, 339, 386.1, 390, 439.2, 427.3, 442, 443.1, 445.2, 448.1, 449.1, 462.1, 467, 739 maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-R.Qurbanov (sədrlik edən və məruzəçi), X.Sarıyev və A.Hüseyn) xx xxxx 2020-ci il tarixli, 2(103)-2899/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-543/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri Cavabdeh qətnamədən kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr işin faktiki hallarını hərtərəfli araşdırmamış, müəyyən edilən hallara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı ASC məhkəmə kollegiyasına ərizə göndərərək borcun ödənilməsi səbəbindən iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X2 iddiaçının iddiadan imtina etməsini qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı eti raf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məcəllənin 261.0 və 261.0.4-cü maddələrinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məcəllənin 119.1. maddəsinə əsasn məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 417.1.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraat a xitam verə bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı notariusda təsdiq edilmiş ərizə göndərərək iddiadan imtina etdiyini və iddiadan imtinanın hüquqi nəticələrinin ona izah olunduğunu bildirmişdir. İddiaçının iddiadan imtina etməsi onun cavabd ehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya iqtisadi mübahisəyə dair işlərin başlanması, bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, imtinanın məhkəmə tərəfindən təsdiq edilməməsi üçün əsaslar yoxdur. Ona görə də iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2899/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunmalı, iddiadan imtina ərizəsi qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. İş üzrə 145 manat ekspertiza xərcləri var və həmin məbləğ Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İddia təmin olunduğu üçün 1-ci instansiya məhkəməsi həmin xərcləri cavabdehə aid etmişdi. Lakin iddiaçı iddiadan imtina etdiyindən iş üzrə məhkəmə xərcləri yenidən bölüşdürülməlidir. İddiaçının iddiadan imtina etməsi onun tələbinin təmin olunmamasına bərabər tutulur. Belə olan təqdirdə iş üzrə ekspertiza xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə koll egiyası Qərara aldı: İddiaçı ASC-nin iddia tələbindən imtinası təsdiq edilərək hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli və Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi üzrə icraata xitam verilsin. Ekspertiza xərcləri dəyəri olan 145 manat iddiaçıya aid edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-77/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-77/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver