Məhkəmə qərarları › İş №2(102)-77/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-77/2022

18.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-77/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh firmasına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-77/22 (Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh2 vəkili X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)35/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 18 ya nvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh firmasına və digərlərinə qarşı iddia qaldıraraq, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinə dair “Qafqaz-2” firması ilə X2 arasında notarial qaydada bağlanmış 09 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair sonuncunun adına verilmiş 16 dekabr 2016-cı il tarixli Çıxarışın ləğv edilməsi, torpaq sahəsinə dair Elvin Ağalarovla Cavabdeh2 arasında bağlanmış 17 dekabr 2016-c il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair sonuncunun adına verilmiş 27 dekabr 2016-cı il tarixli Çıxarışın ləğv edilməsi, həmçin in ünvan 2 ünvanda istifadədə olan 0,102 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 14,7 kv.metr olan qeyriyaşayış binasına dair ” firması ilə Elvin Ağalarov arasında notarial qaydada bağlanmış 10 dekabr 2016-c il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin qeyriyaşayış binasına dair sonuncunun adına verilmiş 16 dekabr 2016-cı il tarixli Çıxarışın ləğv edilməsi, habelə həmin qeyri-yaşayış binasına dair X7 Həsənov arasında notarial qaydada bağlanmış 17 dekabr 2016-c il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış binasına dair sonuncunun adına verilmiş 27 dekabr 2016-cı il tarixli Çıxarışın ləğv edilməsi, orada aparılmış 14,7 kv.metr ölçüdə tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə a ktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim K.B.Əsədov) iddia təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 1420 kv.metr torpaq sahəsi üzərində iddiaçının sahiblik, istifadə hüququnun tanınması, iddiaçıya məxsus 1420 kv.metr torpaq sahəsinin ərazisində yerləşən 300 kv.metr torpaq sahəsinin Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində 19 iyul 2016-cı il qeydiyyat tarixi ilə ünvan 1 ünvan adı altında aparılmış reyestr rəsmiləşdirilməsi əsasında “Qafqaz-2” firmasına verilmiş ******* nömrəli Çıxarışın, 19 iyul 2016-cı il tarixli “Torpaq sahəsinin planı və “ölçüsü” sənədinin, mübahisəli ərazidə istifadədə olan 0,102 ha torpaq sahəsində tikilm iş 14.7 kv.metr ölçüdə qeyri-yaşayış sahəsi ilə bağlı “Qafqaz-2” firmasına verilmiş 19 iyul 2016-cı il tarixli Çıxarışın ləğv edilməsi, “Qafqaz-2” firmasının 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə təqdim etdiyi 1020 kv.metr torpaq sahəsi ilə bağlı sxemin və 300 kv.metr torpaq sahəsi ilə bağlı situasiya planının etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinin “Qafqaz-2” firması tərəfindən Elvin Ağalarova alqısatqısı ilə bağlı notarial qaydada təsdiq edilmiş 09 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi ilə bağlı Elvin Ağalarovun adına verilmiş 16 dekabr 2016-cı il tarixli Çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinin Elvin Ağalarov tərəfindən Cavabdeh2 alqı-satqısı ilə bağlı notarial q aydada təsdiq edilmiş 17 dekabr 2016-cı il tarixli alqı-saqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş 27 dekabr 2016-cı il tarixli Çıxarışın ləğv edilməsi, ünvan 3 ünvanda istifadədə olan 0,102 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 14,7 kv.metr olan qeyri-yaşayış binasının “Qafqaz-2” firması tərəfindən Elvin Ağalarova alqı-satqısı ilə bağlı notarial qaydada təsdiq edilmiş 10 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış binasına dair Elvin Ağalarovun adına verilmiş 16 dekabr 2016-cı il tarixli Çıxarışın ləğv edilməsi, həmin qeyri-yaşayış binasının Elvin Ağalarov tərəfindən Cavabdeh2 alqı-satqısı ilə bağlı notarial qaydada təsdiq edilmiş 17 dekabr 2016-cı il tarixli alqı-satqı müqa viləsinin etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış binası ilə bağlı Cavabdeh2 adına verilmiş 27 dekabr 2016-cı il tarixli Çıxarışın ləğv edilməsi, iddiaçıya məxsus ərazidə qanunsuz olaraq tikilmiş 14.7 kv.metr ölçüdə tikilinin sökülməsi və 1420 kv.metr ölçüdə torpaq sahəsinin ilkin vəziyyətdə iddiaçının sahibliyinə və istifadəsinə verilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Binəqədi bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən, 4.000 kv.metr torpaq sahəsi (hər kv.metr üçün 5 manat ödəməklə) əlavə edilmiş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçının mülkiyyətinə verilib və onlar arasında torpaq sahəsinin alqısatqısına dair 3 0 dekabr 2006-cı il tarixli, 644 saylı müqavilə bağlanıb. 29 dekabr 2006-cı il tarixli kassa mədaxil orderinə əsasən torpaq sahəsinin alqı-satqısı üçün razılaşdırılmış qiyməti iddiaçı tərəfindən tam məbləğdə ödənilib. Eyni zamanda, Binəqədi rayon İHB-nın 28 fevral 1992-ci il tarixli, 179 saylı Sərəncamı ilə “Qafqaz-2” firmasına təsdiq edilmiş eskiz əsasında 7-ci mikrorayon, “İnqilab” kino-teatrının arxa tərəfində müvəqqəti pulu avtodayanacaq təşkil etməsinə icazə verilib. Binəqədi bələdiyyəsinin 03 avqust 2004-cü il tarixli, 125 saylı Qərarına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 300 kv.metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün “Qafqaz-2” firmasına ayrılıb və onlar arasında torpaq sahəsinin alqısatqısına dair 03 avqust 2004-cü il tarixli, 65 saylı müqavilə bağlanıb. Bundan sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 oktyabr 2005-ci il tarixli qətnaməsi ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi “Qayğı” sexinin arxasında, “Qafqaz-2” firmasının mülkiyyətində olan 300 kv.metr torpaq sahəsində yerləşən avadanlıqların götürülərək torpaq sahəsinin boşaldılmasının X1 həvalə edilməsi qət edilib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2015-ci il tarixli qərarı ilə “Qafqaz-2” firmasının Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən, istifadədə olan 1020 kv.metr və “mülkiyyətdə” olan 300 kv.metr torpaq sahəsininvahid əmlak şəklində “Qafqaz2” firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən Çıxarışın və texniki sənədlərin verilməs inin Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınıb. 19 iyul 2016-cı il tarixli Çıxarışa əsasən Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 344 saylı ünvanda yerləşən 0,03 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə “Qafqaz-2” firmasının adına qeydə alınıb və sonuncunun adına 19 iyul 2016cı il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilib. Həmçinin, 19 iyul 2016-cı il tarixli Çıxarışa əsasən Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 344 “A” saylı ünvanda, istifadədə olan 0,102 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 14,7 kv.metr olan qeyriyaşayış binası mülkiyyət hüququ üzrə “Qafqaz-2” firmasının adına qeydə alınıb. Daha sonra, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2017-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2015-ci il tarixli qərarı ləğv edilib, “Qafqaz-2” firmasının Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən Çıxarışın, texniki sənədlərin verilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qərardadı ilə “Qafqaz-2” firmasının Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən Çıxarışın, texniki sənədlərin verilməsi” barədə inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılıb. 10 dekabr 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən “Qafqaz-2” firması ünvan 4 ünvanda yerləşən ümu mi sahəsi 14,7 kv.metr olan qeyri-yaşayış binasını Elvin Ağalarova satıb və 16 dekabr 2016-cı il tarixli Çıxarışa əsasən həmin qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. 17 dekabr 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Elvin Ağalarov sözügedən qeyri-yaşayış binasını Cavabdeh2 satıb və 27 dekabr 2016-cı il tarixli Çıxarışa əsasən həmin qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Göründüyü kimi qüvvədə olan qanunvericilik “Qafqaz-2” firmasının mübahisəli obyektlə bağlı sahiblik, istifadə hüquqlarının mövcudluğuna və bu hüquqlarının tanınmasına, onun əmlaka sahiblik və istifadə imkanları məhdudlaşdırıldığı, pozulduğu üçün bu hüquqlarının bərpa və təmin edilməsinə, əmlakın naturada alınaraq ona təhvil verilməsinə hüquqi əsas verir. Beləliklə, “Qafqaz-2” firması ilə yanaşı, digər şəxslərə sənədlərin verilməsinə əsas olan sənədlər hüquqi qüvvəsini itirdiyi üçün bu sənədlər də qüvvədən düşmüş olur, bu səbəbdən də onlar ləğv edilməli və etibarsız hesab edilməlidir. “Qafqaz-2” firması üçün hüquqlar müəyyən edən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2015-ci il tarixli qərarı ləğv edildiyindən, həmin qərar əsasında qəbul edilmiş aktlar da ləğv edilməli və qərarın hüquqi nəticələri aradan qaldırılmalıdır. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1-337.4, 339.2, 339.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh2 apellyasiya şikayəti verərək iş üzrə birin ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh “Qafqaz-2” firması apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) apellyasiya şikayətləri qismən təmin edilər ək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia tələbləri rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Binəqədi rayon İHB-nın 28 fevral 1992-ci il tarixli, 179 saylı Sərəncamı ilə “Qafqaz-2” firmasına təsdiq edilmiş eskiz əsasında 7-ci mikrorayon, “İnqilab” kino-teatrının arxa tərəfində müvəqqəti pulu avtodayanacaq təşkil etməsinə icazə verilib. Binəqədi bələdiyyəsinin 03 avqust 2004-cü il tarixli, 125 saylı Qərarına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 300 kv.metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün “Qafqaz-2” firmasına ayrılıb və onlar arasında torpaq sahəsinin alqı-satqısına dair 03 avqu st 2004-cü il tarixli, 65 saylı müqavilə bağlanıb. Bundan sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 oktyabr 2005-ci il tarixli qətnaməsi ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi “Qayğı” sexinin arxasında, “Qafqaz-2” firmasının mülkiyyətində olan 300 kv.metr torpaq sahəsində yerləşən avadanlıqların götürülərək torpaq sahəsinin boşaldılmasının X1 həvalə edilməsi qət edilib. Eyni zamanda, işə əlavə edilmiş sənədlərin kserosurətlərindən görünür ki, Binəqədi bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən, 4.000 kv.metr torpaq sahəsi (hər kv.metr üçün 5 manat ödəməklə) əlavə edilmiş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçının mülkiyyətinə verilib və onlar arası nda torpaq sahəsinin alqısatqısına dair 30 dekabr 2006-cı il tarixli, 644 saylı müqavilə bağlanıb. 29 dekabr 2006-cı il tarixli kassa mədaxil orderinə əsasən torpaq sahəsinin alqı-satqısı üçün razılaşdırılmış qiyməti iddiaçı tərəfindən tam məbləğdə ödənilib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2015-ci il tarixli qərarı ilə “Qafqaz-2” firmasının Binəqədi rayonu, 7ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən, istifadədə olan 1020 kv.metr və “mülkiyyətdə” olan 300 kv.metr torpaq sahəsinin vahid əmlak şəklində “Qafqaz-2” firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən Çıxarışın və texniki sənədlərin verilməsinin Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınıb. 19 iyul 2016-cı il tarixli Çıxarışa əsasən Binəqədi ra yonu, Əhməd Rəcəbli küçəsi 344 saylı ünvanda yerləşən 0,03 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə “Qafqaz-2” firmasının adına qeydə alınıb və sonuncunun adına 19 iyul 2016- cı il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilib. Həmçinin, 19 iyul 2016-cı il tarixli Çıxarışa əsasən Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 344 “A” saylı ünvanda, istifadədə olan 0,102 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 14,7 kv.metr olan qeyriyaşayış binası mülkiyyət hüququ üzrə “Qafqaz-2” firmasının adına qeydə alınıb. Daha sonra, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2017-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2015-ci il tarixli qərarı ləğv edilib, “Qafqaz-2” firmasının Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak ın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən Çıxarışın, texniki sənədlərin verilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qərardadı ilə “Qafqaz-2” firmasının Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən Çıxarışın, texniki sənədlərin verilməsi” barədə inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılıb. 10 dekabr 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən “Qafqaz-2” firması ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 14,7 kv.metr olan qeyri-yaşayış binasını Elvin Ağalarova satıb və 16 dekabr 2016-cı il tarixli Çıxarışa əsasən həmin qeyri -yaşayış binası mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. 17 dekabr 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Elvin Ağalarov sözügedən qeyri-yaşayış binasını Cavabdeh2 satıb və 27 dekabr 2016-cı il tarixli Çıxarışa əsasən həmin qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Belə ki, iddiaçı, mübahisəli torpaq sahəsi ilə bağlı onun hüququnu təsdiq edən sənədlərin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etməyib və iddiaçı hazırki iddia tələblərini irəli sürmək üçün, torpaq sahəsi üzərində hüququnun olmasını təsdiq edən süb utları məhkəməyə təqdim etməlidir. Lakin, iddiaçı bununla bağlı sübutları məhkəməyə təqdim etməyib. Bundan başqa, qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçılar “Qafqaz-2” firması və Cavabdeh2 cavabdeh Binəqədi Bələdiyyəsinə və üçüncü qarşı İddiaçı qarşı “Binəqədi bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarının etibarsız hesab edilməsi və həmin qərarla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində İddiaçı 4.000 kv.metr torpaq sahəsinə dair hər hansı hüquq münasibətinin mövcud olmaması” barədə iddiası mümkün sayılmayıb və həmin qərardadla müəyyən edilib ki, İddiaçı tərəfindən iddia edilən Binəqədi bələdiyyəsinin 29 dekabr 2006cı il tarixli, 499/2 saylı qərarının, onun əsasında həyata keçirilmiş alqı-satqı müqaviləsinin və ümumi iclas protokolunun Binəqədi Bələdiyyəsində, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanda, yəni Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzində, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında, Binəqədi bələdiyyəsinin qeydiyyat kitablarında aşkar edilməyib və bu iddia edilən qərarın mövcud olmaması deməkdir. Bundan başqa, məhkəmə tərəfindən dəfələrlə İddiaçı Binəqədi bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 (499) saylı qərarının əslinin təqdim edilməsi təklif olunsa da, o qərarın əslini məhkəməyə təqdim edə bilməyib. Belə olan halda Binəqədi bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 (499) saylı qərarının aşkar edilməməsi, iddia edilən qərarın hüquqi nəticə yaratmaq qüvvəyə malik olmaması deməkdir. Hüquqi nəticə yaratmayan, əslində ümumiyyətlə mövcud olmayan bir aktın etibarsızlığı müəyyən etmək isə mümkün olmadığından, hazırki iddia tələbi mümkün sayılmamalıdır. Ona görə də iddiaçı, mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən və cavabdehlər tərəfindən onun hər hansı hüququnun pozulması halı müəyyən edilmədiyindən, iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün müvafiq subyektiv hüququ olmayıb. Bu səbəbdən də hazırki iş üzrə əlavə araşdırmaya lüzum qalmır və iddia tələbləri rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 78.1, 89.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsin də icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh2 etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabd eh2 vəkili Akif Əlizadə kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, vəkili Yaqub Məmmədli, cavabdehlər Elvin Ağalarov, Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və üçüncü şəxslər Bakı şəhəri, 13 saylı Dövlət Notariat Kontoru və Binəqədi bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 140-cı maddəsin ə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mü lkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 6.6-cı maddəsində göstərilir ki, torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Həmin Qanunun 6.7-ci maddəsinə görə, bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.2-ci mad dəsində göstərilir ki, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiya sı məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüq uq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Binəqədi rayon İHB-nın 28 fevral 1992-ci il tarixli, 179 saylı Sərəncamı ilə “Qafqaz-2” firmasına təsdiq edilmiş eskiz əsasında 7-ci mikrorayon, “İnqilab” kino-teatrının arxa tərəfində müvəqqəti pulu avtodayanacaq təşkil etməsinə icazə verilib. Binəqədi bələdiyyəsinin 03 avqust 2004-cü il tarixli, 125 saylı Qərarına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 300 kv.metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün “Qafqaz-2” firmasına ayrılıb və onlar arasında torpaq sa həsinin alqı-satqısına dair 03 avqust 2004-cü il tarixli, 65 saylı müqavilə bağlanıb. Bundan sonra, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 17 oktyabr 2005-ci il tarixli qətnaməsi ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi “Qayğı” sexinin arxasında, “Qafqaz-2” firmasının mülkiyyətində olan 300 kv.metr torpaq sahəsində yerləşən avadanlıqların götürülərək torpaq sahəsinin boşaldılmasının X1 həvalə edilməsi qət edilib. Eyni zamanda, işə əlavə edilmiş sənədlərin kserosurətlərindən görünür ki, Binəqədi bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarı ilə Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən, 4.000 kv.metr torpaq sahəsi (hər kv.metr üçün 5 manat ödəməklə) əlavə edilmiş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçının mülkiyyətinə verilib və onlar arasında torpaq sahəsinin alqısatqısına dair 30 dekabr 2006-cı il tarixli, 644 saylı müqavilə bağlanıb. 29 dekabr 2006-cı il tarixli kassa mədaxil orderinə əsasən torpaq sahəsinin alqı-satqısı üçün razılaşdırılmış qiyməti iddiaçı tərəfindən tam məbləğdə ödənilib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2015-ci il tarixli qərarı ilə “Qafqaz-2” firmasının Binəqədi rayonu, 7ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən, istifadədə olan 1020 kv.metr və “mülkiyyətdə” olan 300 kv.metr torpaq sahəsinin vahid əmlak şəklində “Qafqaz-2” firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən Çıxarışın və texniki sənədlərin verilməsinin Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınıb. 19 iyul 2016-cı il tarixli Çıxarışa əsasən Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 344 saylı ünvanda yerləşən 0,03 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə “Qafqaz-2” firmasının adına qeydə alınıb və sonuncunun adına 19 iyul 2016cı il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilib. Həmçinin, 19 iyul 2016-cı il tarixli Çıxarışa əsasən Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 344 “A” saylı ünvanda, istifadədə olan 0,102 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 14,7 kv.metr olan qeyriyaşayış binası mülkiyyət hüququ üzrə “Qafqaz-2” firmasının adına qeydə alınıb. Daha sonra, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2017-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2015-ci il tarixli qərarı ləğv edilib, “Qafqaz-2” firmasının Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən Çıxarışın, texniki sənədlərin verilməsi” tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qərardadı ilə “Qafqaz-2” firmasının Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən Çıxarışın, texniki sənədlərin verilməsi” barədə inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılıb. 10 dekabr 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən “Qafqaz-2” firması ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 14,7 kv.metr olan qeyri-yaşayış binasını Elvin Ağalarova satıb və 16 dekabr 2016-cı il tar ixli Çıxarışa əsasən həmin qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. 17 dekabr 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Elvin Ağalarov sözügedən qeyri-yaşayış binasını Cavabdeh2 satıb və 27 dekabr 2016-cı il tarixli Çıxarışa əsasən həmin qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, o cümlədən apellyasiya şikayətlərinin dəlillərini araşdırıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Belə ki, iddiaçı, mü bahisəli torpaq sahəsi ilə bağlı onun hüququnu təsdiq edən sənədlərin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 89.2 və 89.3-cü maddələrinin tələblərinə əsasən, işə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri təqdim edilməlidir. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. İşdən görünür ki, iddiaçı, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə Binəqədi bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarının, Binəqədi bələdiyyəsi ilə onun arasında bağlanmış torpaq sahəsinin alqı-s atqısına dair 30 dekabr 2006-cı il tarixli, 644 saylı müqavilənin, habelə torpaq sahəsinin dəyərinin ödənilməsinə dair 29 dekabr 2006-cı il tarixli kassa mədaxil orderinin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətlərini deyil, kserosurtlərini təqdim edib. Halbuki, həmin sənədlərin həqiqiliyini işə əlavə edilmiş digər sübutlarla müəyyən etmək mümkün deyil. Əksinə, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qərardadı ilə “Qafqaz2” firmasının və Cavabdeh2 Binəqədi Bələdiyyəsinə və İddiaçı qarşı “Binəqədi bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarının etibarsız hesab edilməsi və həmin qərarla Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində İddiaçı 4.000 kv.metr torpaq sahəsinə dair hər hansı hüquq münasibətinin mövcud olmaması” barəd ə iddiası mümkün sayılmayıb və həmin qərardadda qeyd edilib ki, İddiaçı tərəfindən iddia edilən Binəqədi bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarının, onun əsasında həyata keçirilmiş alqı-satqı müqaviləsinin, bələdiyyənin ümumi iclasının protokolunun Binəqədi bələdiyyəsində, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanda, yəni Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında, Binəqədi bələdiyyəsinin qeydiyyat kitablarında aşkar edilməyib və bu, iddia edilən qərarın mövcud olmaması deməkdir. Daha sonra, dəfələrlə İddiaçı sözügedən sənədlərin əslini və ya lazımi qaydada təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etməsi təklif olunsa da, o sənədlərin əslini və ya lazımi qaydada təsdi q edilmiş surətlərini məhkəməyə təqdim edə bilməyib. Belə olan halda Binəqədi bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 (499) saylı qərarının aşkar edilməməsi, iddia edilən qərarın hüquqi nəticə yaratmaq qüvvəsinə malik olmaması nəticəsinə gəlməyə əsas verir. Hüquqi nəticə yaratmayan, əslində ümumiyyətlə mövcud olmayan bir aktın etibarsızlığını müəyyən etmək isə mümkün olmadığından, hazırki iddia tələbi mümkün sayılmamalıdır. Apellyasiya instansiyası məhkəməsi, sözügedən qərardada istinad edərək qeyd etmişdir ki, iddiaçı, mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, habelə cavabdehlər tərəfindən onun hər hansı hüququnun pozulması halı müəyyən olunmadığınıdan, iddiaçının hazırki iddianı irəli sürmək üçün müvafiq su byektiv hüququ olmayıb. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, kassator, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnamədə istinad etdiyi Bakı İnzibati Məhkəmənin 02 noyabr 2020-ci il tarixli qərardadının qanuni qüvvədə olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Əvvəla, Azərbaycan Respublikası İPM-nin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilər ki, bu Məcəllənin 85.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya prose s iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 85.1-ci maddəsinə görə, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Hazırki halda, Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qərardadı işdə iştirak edən şəxslərin iştirakları ilə elan edilib, lakin onlar 10 gün müddətində, yəni 12 noyabr 2020-ci il tarixədək qərardaddan şikayət verməyiblər. Belə olan halda, sözügedən qərardad İPM-nin 85.1-ci maddəsinin tələbinə görə, hazırki işə baxılarkən artıq qanuni qüvvədə olmuşdur. Daha sonra, kassator, kassasiya şikayətində apellyasiya instansiya sı məhkəməsinin işdə olan ekspert rəyini nəzərə almadan qətnamə qəbul etdiyini, habelə “Qafqaz-2” firmasının saxta situasiya planına əsasən mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ əldə etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Çünki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçının hazırki iddia tələblərini irəli sürməyə ümumiyyətlə müvafiq subyektiv hüququ olmayıb. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarın da hüquqi mövqeyi ondan ibarət olub k i, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamadığını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi hesab edir ki, hər bir kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozul muş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırki halda birinci instansiya məhkəməsi, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını, cavabdehlər tərəfindən onun subyektiv hüququn pozulub-pozulmadığını müəyyən etmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul edib və nəzərə almayıb ki, iddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olmaqla, qanuni hesab edilə bilməz. Bundan başqa, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları işə əlavə edilmiş Binəqədi bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarının, Binəqədi bələdiyyəsi ilə onun arasında bağlanmış 30 dekabr 2006-cı il tarixli, 644 saylı müqavilənin və hansısa situasiya planının kserosurətləri ilə əsaslandırmağa çalışsa da bununla da razılaşmaq olmaz. Çünki, sözügedən qərarda, alqı-satqı müqaviləsində və situasiya planında iddiaçıya ayrılmış 4.000 kv.metr torpaq sahəsinin ünvanı qeyri-müəyyəndir və həmin torpaq sahəsinin Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşdiyi qeyd edilib, lakin Cavabdeh2 mülkiyyətində olan 0,03 ha və istifadəsində olan 0,102 ha torpaq sahələrinin isə ünvan 6 ünvanlarda yerləşdiyi göstərilib. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 6.6-cı maddəsində göstərilir ki, torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Həmin Qanunun 6.7-ci maddəsinə görə, bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. Göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsinə dair onun adına verilmiş hüquq müəyyənedici sənədlər yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə cavab vermir və həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün deyil. Digər tərəfdən, 4.000 kv.metr torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dar Binəqədi bələdiyyəsinin 29 dekabr 2006 -cı il tarixli qərarında həmin qərarın nömrəsi 499/2 göstərilib. Dövlət Arxiv İdarəsinin məlumatına görə, arxivdə Binəqədi bələdiyyəsinin drobla heç bir qərarı olmayıb, lakin eyni tarixli, 499 nömrəli qərarla Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 600 kv.metr torpaq sahəsi Alidə İsmayılova adlı şəxsə verilib. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının mülkiyyətinə 4.000 kv.metr torpaq sahəsinin satılmasına dair Binəqədi bələdiyyəsinin sözügedən qərarının surətinin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə təqdim edilməməsi, onun qəbuluna əsas olan sənədlərin dövlət arxivində, Binəqədi bələdiyyəsində aşkar edilməməsi və bu barədə bələdiyyənin qeydiyyat kitabında hər hansı qeydiyyatın olmaması və ümumiyyətlə, iddiaçının həmin sənədlərin əslini və y a lazımi qaydada təsdiq edilmiş surətlərini məhkəməyə təqdim edə bilməməsi, həmin qərarın nömrəsi ilə bağlı (499 yoxsa 499/2 olması) ziddiyyətlərin olması, açıq-aşkar qərarın həqiqiliyini şübhə altına alır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 3-cü bəndinə əsasən, bələdiyyələrin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclas protokolunda onun nömrəsi, (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix...müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticələri göstərilməlidir...Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən n ömrə protokolun nömrəsi hesab olunur. Göründüyü kimi, iddiaçının tələbinin əsası kimi istinad etdiyi qərarın həqiqiliyi qeyd olunan maddənin tələblərinə də cavab vermir və işdə, həmin qərarın qəbul edilməsini özündə ehtiva edən bələdiyyə iclasının protokolu, müvafiq qeydiyyat kitabı və sair yoxdur. Ona görə də kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, həmin dəlillər də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Daha sonra, kassator kassasiya şikayətində, hazırki işin “Qafqaz-2” firmasının DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və digərlərinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə inziba ti işlə bir icraatda birləşdirilməli olduğunu göstərsə də, bununla da razılaşmaq olmaz. Çünki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı qərarının 16.1-ci bəndində göstərilir ki, inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki mülki mübahisə hüquqi təbiətinə görə sözügedən inzibati müb ahisədən fərqləndiyindən, prosessual qanunvericiliyə görə həmin işlər bir icraatda birləşdirilə bilməz və bu yolverilməzdir. Eyni zamanda, iddiaçının hazırda mübahisələndirdiyi torpaq sahələri və qeyri-yaşayış sahəsi “Qafqaz-2” firmasının mülkiyyətinə, istifadəsinə Binəqədi bələdiyyəsinin 03 avqust 2004-cü il tarixli, 125 saylı Qərarına və Binəqədi rayon İHB-nın 28 fevral 1992-ci il tarixli, 179 saylı Sərəncamına əsasən satılıb və verilib. Başqa sözlə, sözügedən torpaq sahələri və qeyri-yaşayış sahəsi özəlləşmə qaydasında ilkin olaraq “Qafqaz-2” firmasının mülkiyyətinə qeyd olunan inzibati aktlara əsasən satılıb, verilib və hazırda həmin inzibati aktlar qüvvədə olmaqla iddiaçı tərəfindən mübahisələndirilməyib. Həmçinin, işdən görünür ki, sözügedən torpaq sahələri və qeyri-yaşayış sahəsi əvəzi ödənilməklə alqı-satqı müqavilələrinə əsasən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb və hazırda onun mülkiyyətində, istifadəsindədir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdiril mişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştir akçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətiril məsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 vicdanlı əldə edən olduğundan, iddiaçının kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblə rini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2(103)-35/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar