Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-77/2023 09.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-77/2023 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi, zaminliyə müddətin keçməsinə görə xitam verilməsi, iddia müddəti fərdi müdafiə vasitəsidir) Bakı şəhəri, 9 yanvar 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4997/2022 nömrəli, 1 avqust 2 022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 1-xx.xx.2014-MİN57 nömrəli 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcalana illik 22 faiz tətbiq edilməklə, 24 ay müddətinə 7.500 manat məbləğində və 1-xx.xx.2015-MİN57 nömrəli 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, illik 22 faiz tətbiq edilməklə, 6 ay müddətinə 1.000 manat məbləğində pul vəsaiti kredit verilmişdir. 2. "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 1xx.xx.2014-MİN57 nömrəli, 14 oktyabr 2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən, Cavabdeh3 və Cavabdeh2, borclu Cavabde h1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər. 3. "xxxx" ASC tərəfindən verilmiş kassa məxaric orderlərinə əsasən, 14 oktyabr 2014-cü il tarixdə 7.500 manat, 29 yanvar 2015-ci il tarixdə 970 manat Cavabdeh1 ödənilmişdir.
4. Cavabdeh1 sonuncu dəfə 2015-ci ildə ödəniş etmişdir. 5. "xxxx" ASC ilə İddiaçı QSC arasında problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən hər iki kredit müqaviləsi üzrə əsas borc üzr ə 5.991,79 manat, faiz borcu üzrə 1.929,21 manat, cəmi 7.921 manat və dövlət rüsumu kimi ödənilmiş 99,21 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı, işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borcalan, Bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə borcalan və zaminlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda Banka ödənilməsi qarşı tərəfdə n tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir.
8. Cavabdeh3 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, hazırki iddia ərizəsi qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin keçməsi ilə verilmişdir. O, 2014-cü ildə zaminlik müqaviləsi bağlamış və yalnız həmin müqavilə üzrə zamin durmuşdur. Ancaq iddiaçı onu digər kredit üzrə də zamin qismində cəlb etmiş və ondan borc tələb etmişdir. xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə iddia müddəti xx.xx.2016-cı il tarixində bitmişdir. Bununla belə hər iki müqavilə - həm xx.xx.2014-cü il tarixli, həm də xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə də iddia müddəti ötmüşdür. Cavabdeh1 ilə Bank arasında bağlanmış kredit müqaviləsinin icra müddəti xx.xx.2016-cı ildə bitmiş, həmin vaxtdan da iddia müddəti başlanmış və 3 illik iddia müddəti 14 oktyabr 2019-cu il tarixdə başa çatmışdır. 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2015-ci ildə bitmiş, həmin vaxtdan da iddia müddəti başlanmış və 3 illik iddia müddəti 29 iyul 2018-ci il tarixdə başa çatmışdır. Bank isə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Odur ki, cavabdehlərə qarşı iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ramilə Xəzri) 2(003)-951/2022 nömrəli iş üzrə 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2014cü il tarixli kredit müqaviləsinin icra müddəti xx.xx.2016-cı il tarixdə, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin icra müddəti xx.xx.2015-ci ildə bitmiş, cavabdeh tərəfindən sonuncu dəfə 2015-ci il tarixdə ödəniş edilmiş, həmin tarixdən müqavilə üzrə öhdəliklər pozulmuşdur. Kredit müqaviləsi üzrə öhdəliyin icrası 2015-ci il tarixdən pozulduğundan, məhkəmə borcun tutulması ilə bağlı iddia müddətini keçmiş hesab etmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hər iki kredit müqaviləsi üzrə cəmi borcun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmiş, lakin müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 yalnız xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə zamin olmuşlar.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 425.1, 427.3, 449.4, 470.1, 472.1, 472.2, 477.0.4, 739, 741, 742.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rafael Eyvazov) 2(103)4997/2022 nömrəli mülki iş üzrə 1 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi on dan ibarət olmuşdur ki, cavabdeh tərəf iddia tələbinə etiraz edərək, iş üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qeyd edilən hissəsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi tətbiq edilməlidir.
16. İşin birinci instansiya məhkəməsinin iclasında araşdırılan hallarından görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin icra müddəti xx.xx.2016-cı il tarixdə, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin icra müddəti xx.xx.2015-ci ildə bitmiş, cavabdeh tərəfindən sonuncu dəfə 2015-ci il tarixdə ödəniş edilmiş, həmin tarixdən müqavilə üzrə öhdəliklər pozulmuşdur. Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəmə yə müraciət etmişdir. Beləliklə, işin hallarına əsasən kredit müqaviləsi üzrə öhdəliyin icrası 2015-ci il tarixdən pozulduğundan, məhkəmə kollegiyası qeyd edilən maddənin tələbinə əsasən, borcun tutulması ilə bağlı iddia müddətini keçmiş hesab edir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı hər iki kredit müqaviləsi üzrə cəmi borcun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmiş, lakin müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 yalnız xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə zamin olmuşdur. Beləliklə, məhkəmə kollegiyası, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab etmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavab deh2 qarşı borcun tutulması barədə iddia tələbi rədd edilməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 382, 425.1, 427.3, 449.4, 470.1, 472.1, 472.2, 477.0.4, 739, 741, 742.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən işə baxılarkən iş materiallarında olan kredit müqaviləsinin tələblərinə diqqət yetirilməmişdir. Belə ki, kredit Müqaviləsinin tələblərinə əsasən “Borcalan” bu Müqaviləy ə əsasən borcu qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Öhdəliyin icra müddəti ilə bağlı şərtlər cavabdehlə bağlanmış kredit müqaviləsində nəzərdə tutulmuşdur. Həmçinin cavabdeh ilə bağlanmış kredit müqaviləsində müqavilənin qüvvədə olma müddəti və xitamı öz əksini tapmışdır. Orada göstərilir: Bu müqavilə aşağıdakı hallarda xitam olunur: Bu müqavilə üzrə Borcalanın öz üzərinə götürdüyü öhdəliklər Borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və tam həcmdə yerinə yetirildikdə. Cavabdehin banka olan borcu ödənilməmiş, kredit öhdəliyi yerinə yetirilməmişdir. Buradan da göründüyü kimi bankla cavabdeh arasında müqavilənin qüvvədən düşməsinin konkret vaxtı müəyyən edilməmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün bu hallar nəzərə alınmamışdır.
20. Kassator qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı təmin etməkdən imtina etməklə mülki qanunvericiliyin normalarını nəinki pozmuş, faktiki olaraq cavabdeh tərəfindən iddia tələbinin olmadığı və əqdin iştirakçıları arasında bu barədə hər hansı mübahisənin olmadığı halda kredit müqaviləsinin qaydalarına qiymət verməmiş, son nəticədə qeyri-obyektiv bir qətnamə qəbul etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə öhdəliyin icrasından birtərəfli qaydada imtina etmişdir ki, işə baxmış məhkəmələr də bunu qəbul etməklə, həmin maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac vermişlər.
21. Kassator qe yd etmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında”Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanının icrası üçün iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçının əsas məqsədi həmin Fərmanının icrasını təmin etmək üçün məhkəmə qaydasında cavabdehlərdən kredit borcunu alınaraq dövlət büdcəsinə ödəmək olmuşdur. Dövlət vəsaitinin geri qaytarılması cəmiyyət tərəfindən 2015-ci il tarixdən başlanılmışdır.
22. Kassator qeyd etmişdir ki, borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbir lər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduğu maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin pros edurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. İddiaçı tərəfindən cavabdehlərə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri qəsdən icra etməmişdir.
23. Kassator əlavə olaraq bildirmişdir ki, iş üzrə cavabdeh olan Cavabdeh3 tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmiş, lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, Cavabdeh3 hər iki müqavilə ilə bağlı iddia müddətinin tətbiqi barədə subyektiv hüququ olmamışdır. Ona görə ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixli № 1xx.xx.2014-MİN57 saylı kredit müqaviləsi üzrə zamin olmuşdur. Belə olan halda həmin şəxsin xx.xx.2015-ci il tarixli, 1-xx.xx.2015-MİN57 saylı kredit müqaviləsi üzrə öhdəlik götürməmiş və həmin müqavilə üzrə hüquqi nəticə əmələ gəlməmişdir, bir sözlə qeyd edilən müqavilə üzrə iddia olunan subyektiv hüququ yaranmamışdır. İddia müddətinin tətbiqi barədə ərizə verilərkən həm birinci, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən Cavabdeh3 şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmamışdır.
24. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 375.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
27. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət id dia müddəti sayılır.
28. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
29. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
30. Maddə 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxsləri n qalanlarına qarşı tələblərinə toxunmur.
31. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
32. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
33. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
34. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları ir əli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir.
35. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
36. Maddə
512. Birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xita mının digər borclular barəsində qüvvəsi yoxdur.
37. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
38. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onla rdan istifadə etməlidir.
40. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
41. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, q ərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, iddianın xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun zaminlər Cavabdeh3 və Cavabdeh2 tutulmasının rədd edildiyi hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması – Mülki Məcəllə nin 477.0.4-cü maddəsi düzgün tətbiq olunmuşdur. Bu tələb üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Ona görə ki, zaminlik də kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və onlar arasındakı hüquqi əlaqənin yeganə əsasıdır. Bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də odur ki, zamin qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zami nə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də onun konkret müddətə bağlı olmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində zaminliyin müddətlərinin yuxarı həddi dəqiq müəyyən edilmişdir (§ 32-33, 35).
50. MM-in 477.0.4-cü maddəsinin məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminli yin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur.
51. Baxılan işdə zaminlik müqavilələri ilə təminat verilən kredit müqaviləsi üzrə borcun son icra müddəti dəqiq şəkildə göstərildiyindən, MM-in 477.0.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulan qaydanın hazırkı işə tətbiq edilməsi əsaslı olmuşdu r. Belə ki, xx.xx.2014-cü il tarixli müqavilənin müddəti xx.xx.2016-cı il olaraq razılaşdırılmışdır. Əsas öhdəliyin icra vaxtını həmin tarixdən hesabladıqda kreditor, zaminlərə qarşı bir il ərzində - xx.xx.2017-ci ilədək iddia irəli sürməli idi. Lakin həmin dövrdə zaminlərə qarşı iddia qaldırmasına dair sübut məhkəmələrə təqdim olunmamışdır. Hazırkı iddia isə qeyd olunan müddətin bitdiyi tarixdən bir neçə il sonra, yəni xx.xx.2022-ci ildə irəli sürülmüşdür.
52. Bu hal ona dəlalət edir ki, iddiaçı, zaminlik müqavilələri ilə təmin edilən əsas öhdəliyin icra müddəti çatdığı gündən bir il ərzində zaminlərə qarşı iddia qaldırmadığı üçün onların zaminliyinə xx.xx.2017-ci il tarixdə qanuna əsasən xitam verilmişdir. Belə olan halda, Cavabdeh3 və O.Qurbanovun zaminlikləri aradan qalxdığı üçün hazır kı iş üzrə iddia qaldırılan vaxt onların iddiaçı qarşısında zamin kimi öhdəliklərinin olmaması barədə gəlinən qənaət əsaslıdır.
53. Ona görə də, iddianın xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun zaminlər Cavabdeh3 və Cavabdeh2 tutulması hissəsində kassasiya şikayəti rədd edilməli, apellyasiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmalıdır.
54. Bununla belə, Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iddianın qalan hissələrində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
55. Qətnamədən belə görünür ki, 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun zaminlər Cavabdeh3 və Cavabdeh2 tutulması tələbi də rədd edilmişdir. Bununla belə məhkəmələrin eyniməzmunlu qətnamələrindən bu tələbin də iddia müddətinin keçməsinə görə, yoxsa zaminlərin həmin əqddən irəli gələn öhdəliklərinin olmadığı üçün təmin olunmamasını müəyyən etmək mümkün deyil. Yəni bu xüsusat üzrə qətnamə aydın şəkildə əsaslandırılmamışdır.
56. Nəzərə alınmalıdır ki, zaminlərə qarşı iddianın istər zaminliyə xitam verilməsi müddətinin, istərsə də iddia müddətinin keçməsinə görə rədd edilməsi ona dəlalət edir ki, kreditorun tələb hüququ, zaminin isə öhdəliyi mövcud olmuşdur.
57. Halbuki, həm iddiaçı, həm də məhkəmələr, Cavabdeh3 və Cavabdeh2 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyə zamin durmadıqlarını bildirmişlər. Buna baxmayaraq, məhkəmələr göstərilən müqavilə üzrə borcun zaminlərdən tutulmasına dair tələbi hansı əsasla rədd etdiklərini aydın şəkildə göstərməmiş, o cümlədən zaminlərin həmin tələbə cavab verməli olan şəxs olub-olmadıqla rını müzakirə etməmişlər.
58. Məlum olduğu kimi, iddia ona cavab verməli olan şəxsə qarşı irəli sürülməlidir. Bu səbəbdən iddia ona cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (§ 40-41).
59. Qeyd edilənlər məhkəmə qətnaməsinin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmadığına dəlalət edir (§ 44).
60. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimad ın möhkəmlənməsinə xidmət edir. Məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
61. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
62. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddianın qeyd edilən hissədə həlli maddi və prosessual hüquq normalarına uyğun olmamışdır.
63. Bundan əlavə, baxılan işdən belə görünür ki, hər iki kredit müqaviləsi üzrə borcun borcalan Cavabdeh1 tutulması iddiası zamin Cavabdeh3 iddia müddətinin tətbiqi haqqında ərizəsi əsasında rədd edilmişdir.
64. Kollegiya bu mövqe ilə razılaşmır ona görə ki, əvvəla, yuxarıda göstərilən hüquqi mövqeyə görə (§ 49-52) Cavabdeh3 zaminliyinə xx.xx.2017-ci ildən qanuna əsasən xitam verildiyi üçün o, həmin tarixdən kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmışdır. Cavabdehin olmayan öhdəlikdən iddia müddətinin keçməsi ilə müdafiə olunmasına isə gərək yoxdur. Bu baxımdan Cavabdeh3 iddia müddətinin tətbiqi haqqında ərizəsini n nəinki başqa cavabdehə, hətta özünə münasibətdə hüquqi əhəmiyyəti olmamışdır. Əks yanaşma, o cümlədən cavabdehlərdən birinin ərizəsi əsasında digərinə qarşı da iddianın rədd edilməsi iddia müddətinin mahiyyəti və təyinatı ilə uzlaşmır.
65. Belə ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (§ 26-27, 29).
66. Göründüyü kimi, tələb hüquqlarına bir qayda olaraq iddia müddəti şamil edilir. Bu müddətin tətbiqi tələb hüququnun özünü aradan qaldırmasa da, həmin tələbin məhkəmə qərarı ilə təmin edilməsi nin (və məcburi icrasının) qarşısını alır. Başqa sözlə, iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla, tələbin məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır.
67. Nəzərə alınmalıdır ki, iddia müddətinin keçməsi iddiaçı (və onun tələb hüququnun varlığı) baxımından bir dəyişiklik yaratmır. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Hər hansı borclu (cavabdehlərdən biri) bu hüququndan istifadə (özünü müdafiə) etmədikdə tələbin bu səbəbdən rəddi üçün əsas yaranmır, dolayısı ilə o, üzərinə götü rdüyü öhdəliyə görə ümumi qaydada məsuliyyət daşıyır.
68. Qeyd edilənlər ona dəlalət edir ki, iddia müddətinin keçməsindən istifadə etmək hər bir borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir.
69. Belə olan halda, bir neçə cavabdehə qarşı yönəlmiş iddia üzrə iddia müddətinin tətbiqi və ya hesablanması məsələsi hər bir cavabdehə münasibətdə fərdi olaraq yoxlanılmalı və həll edilməlidir.
70. Bu səbəbdən Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Yaxud, birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur (§ 30, 36).
71. Kollegiya onu da vurğulayır ki, zaminin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürmək imkanına dair Mülki Məcəllənin 474.1-ci maddəsi (§ 34) bu mövqeyi istisna edən müddəa kimi qiymətləndirilə bilməz.
72. Ona görə ki, əvvəla, MM-in 474.1-ci maddəsində zaminin irəli sürə biləcəyi “etiraz”lardan söhbət gedir. İddia müddəti isə dar (maddi) anlamda iddiaya qarşı etiraz olmayıb, bir müdafiə vasitəsidir.
73. Kollegiya vurğulayır ki, cavabdehin iddiaya qarşı etirazı prosessual mənada müdafiə vasitələrindən istifadə imkanlarını da ehtiva etsə də, maddi hüquqi mənada “etiraz”la “müdafiə vasitəsi” bir-birindən fərqli institutlardır.
74. Belə ki, etiaz bir hüququn yaranmasını və ya davam etməsini inkar edən hadisəyə istinad olunmasıdır. Başqa sözlə, etir az qarşı tərəfin hüququnun mövcud olmadığını təsdiqləyən bir hadisənin irəli sürülməsidir - məsələn, əqdə əsaslanan iddia üzrə həmin əqdin etibarsızlığı, öhdəliyin icra səbəbilə xətm olması və s. Etiraz hadisə ilə bağlı olduğu üçün əgər həmin fakt iş materialları ilə təsdiqlənirsə hakim öz xidməti vəzifəsinə görə onu nəzərə almağa haqlıdır. Bu baxımdan cavabdehin baş vermiş hadisəni irəli sürməməsi və ya bundan imtina etməsinin hüquqi əhəmiyyəti olmur.
75. Müdafiə vasitəsi isə kreditorun mövcud olan tələbinin təmin olunmasının qarşısını alan hüquqdur. Borclu bu hüquqdan istifadə etməklə öz öhdəliyini yerinə yetirməkdən daimi və ya müvəqqəti olaraq boyun qaçırmaq imkanı əldə edir - məsələn, iddia müddəti, ləngitmə hüququ və s. Qeyd olunduğu kimi, tələb iddia müddətinin keçməsinə görə rədd e dildikdə öhdəlik aradan qalxmır, sadəcə məhkəmə yolu ilə təqib edilməsi mümkün olmayan natamam öhdəlik vəziyyətinə keçir (bu səbəbdən müddət keçəndən sonra icra edilmişlər geri qaytarılmır). Müdafiə vasitəsindən istifadə etmək səlahiyyəti hüquq sahibinə - cavabdehə məxsusdur və o, hətta öz hüququndan təktərəfli iradə bəyanı ilə imtina da edə bilər. Bu halda məhkəmə həmin vasitəni özü nəzərə almağa və tətbiq etməyə haqlı deyil.
76. Mülki Məcəllənin 474-cü maddəsindəki “etiraz” ifadəsi geniş mənada iddia müddətinin tətbiqini də ehtiva edən anlayış kimi qəbul edildikdə nəzərə alınmalıdır ki, normanın birinci cümləsindəki müddəanın məqsədi əsas borclunun irəli sürə biləcəyi etirazlardan zaminin də yararlana biləcəyini göstərməkdir. Odur ki, həmin qayda məqsədi xaricində, yəni zaminin əsas borc lunun əvəzinə də iddia müddəti tətbiq etmək səlahiyyəti kimi təfsir və tətbiq oluna bilməz.
77. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi, hüquq sahibi olan cavabdeh (məsələn zamin) iddia müddətini tətbiq etdikdən sonra borcludan asılı olmadan bu hüququndan imtina edə bilər. Yaxud əksinə, borclu iddia müddətindən istifadə etməsə belə, zamin bu hüquqdan yararlanmaqda sərbəsdir. Mülki Məcəllənin 474.1-ci maddəsinin ikinci cümləsində də qeyd olunur ki, “zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir” (§ 34).
78. Kollegiya təkrarən qeyd etməkdə yarar görür ki, mülki qanunvericiliyimiz baxımından kredit müqavilələri üzrə bir qayda olaraq, zaminin iddia müddətini tətbiq etmək ehtiyacı yaranmır. Ona görə ki, müqa vilədən irəli gələn üç illik (MM, maddə 373.2) iddia müddətinin axımı başlandığı vaxtdan həm də zaminliyə xitam verilməsi üçün qanunla müəyyən edilmiş (MM, maddə 477.0.4) bir və ya iki illik müddətin axımı hesablanır. Dolayısı ilə, (əgər tərəflər zaminliyi daha uzun müddətə razılaşdırmamışlarsa) iddia müddəti keçənədək zaminliyə kəsici müddətin bitməsinə görə xitam verilir və ona münasibətdə kreditorun tələb hüququ aradan qalxır. Cavabdeh (zamin) bu halı iddiaya qarşı etiraz kimi irəli sürmək imkanına malik olduğu halda, onun müdafiə vasitəsi kimi iddia müddətindən istifadə etməsinin hüquqi baxımdan əhəmiyyəti qalmır (§ 63).
79. Beləliklə, yuxarıda göstərilənləri birlikdə qiymətləndirdikdə bu qənaət hasil olur ki, iddia müddəti birgə borclular üçün ortaq müdafiə vasitəsi deyil. Bu imkand an sadəcə müddətin tətbiqi haqqında ərizə vermiş cavabdeh yararlana bilər. Odur ki, cavabdehlərdən birinin iddia müddətini tətbiq etməsi, bu barədə ərizə verməmiş cavabdehə qarşı iddianın rədd edilməsinə əsas ola bilməz.
80. Hazırkı işdə isə əsas borclu Cavabdeh1, ona qarşı yönəlmiş tələbdən özünümüdafiə vasitəsi olan iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. Buna baxmayaraq, ona qarşı iddia digər Cavabdeh3 həmin müddətin keçməsi haqqında ərizəsi əsasında rədd edilmişdir.
81. Bu mövqe iddia müddətinin tətbqinə dair yuxarıda göstərilən maddi hüquq normalarına uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
82. Qeyd olunanlara əsasən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi qismən - kredit müqavilələri üzrə borcun Cavabdeh1, habelə 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun Cavabdeh3 və Cavabdeh2 tutulması hissələrində ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, həmin tələblərin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
83. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4997/2022 nömrəli, 1 avqust 2022-ci il tarixli qətnaməsi qismən - kredit müqavilələri üzrə borcun Cavabdeh1, habelə 29 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun Cavabdeh3 və Cavabdeh 2 tutulması hissələrində ləğv edilsin və iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.