Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-771/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-771/2019 30 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.09.2018-ci il tarixli 2(103)8254/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Nuriyev, iş № 2(007)-180/2018) iddiaçı “xxxx” QSC-nin cavabdehlər Ca vabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 29 dekabr 2014-cü il tarixli kredit razılaşması üzrə cəmi 7230,88 ABŞ dolları, 07 sentyabr 2015-ci il tarixli müqavilə üzrə 72.374,03 ABŞ dollarının qətnamənin icra olunduğu günə mövcud olan məzənnəyə uyğun olaraq manatla tutularaq iddiaçıya verilməsi, tutmanın ipoteka predmetləri olan Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 16 saylı evin 37 saylı mənzilinə və N saylı evin 27 saylı mənzilinə yönəldilməsi, mənzillərin ilkin satış qiymətinin müvafiq olaraq 75.000 manat və 50.000 manat məbləğində müəyyən olunması, mənzillərin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına kredit borclarının ödənilməsi, artıq qalan məbləğin cavabdehlərə qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov, X.A.Cəmilova və A.Q.Hüseynov) bankın apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami rayon məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsi mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində boşaldılması tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsi və iddianın həmin hissədə təmin olunması, cavabdeh E Vəliyevin apellyasiya şikayətinin təmin olunmaması və qətnamənin ona münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: 19 iyun 2014-cü il tarixdə bankla Cavabdeh1 arasında 120 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə kredit xətti müqaviləsi bağlanmış və həmin müq avilə üzrə Cavabdeh1 29 dekabr 2014-cü il tarixli kredit razılaşması əsasında 12 ay müddətinə aylıq istifadə dərəcəsi 1,5 % olmaqla 66.000 ABŞ dolları məbləğində, 07 sentyabr 2015-ci il tarixli kredit razılaşması əsasında isə 24 ay müddətinə aylıq istifadə dərəcəsi 1,4167% olmaqla 60.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi borclu Cavabdeh1 mülkiyyətində olan N saylı mənzilinə dair ipoteka müqaviləsi bağlanmış, ipoteka müqavilələri dövlət qeydiyyatına alınmışdır. Həmin müqavilənin təminatı kimi eyni zamanda Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. 2017-ci ilin aprel ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit razılaşması müqavilələri üzrə öhdəliyini lazımınca icra etm əməsi səbəbindən banka 29 dekabr 2014-cü il tarixli müqavilə üzrə cəmi 9985,79 ABŞ dolları, 07 sentyabr 2015-ci il tarixli müqavilə üzrə cəmi 98.551,13 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin borclu və zamindən bankın xeyrinə tutulması və tutmanın ipoteka predmetləri olan mənzillərə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermiş, şikayətini kreditin razılaşdırılmış məbləğdə və müddətdə verilməməsini və nəticədə məşğul olduğu bağçılıq təsərrüfatının fəaliyyətinin pozulmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul e dilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, kredit xətti müqaviləsinə uyğun olaraq kredit razılaşmaların a dair müqavilələri bağlamaqla onun iştirakçıları üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müəyyən olunduğu kimi Cavabdeh1 kredit razılaşmalarına əsasən üzərinə götürdüyü öhdəliyə lazımınca əməl etməyərək borcun müqavilələrdə müəyyən olunmuş müddətlərdə və qaydalarda qaytarılmasını tam təmin etməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtın da icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu Cavabdeh1 öhdəliyinə tam əməl etmədiyindən kollegiya hesab edir ki, bank hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş və məhkəmə borcun tutulmasını qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi ona məxsus mənzillər ipoteka ilə yüklü edilməklə onunla ipoteka müqaviləsi, C avabdeh2lə isə zaminlik müqaviləsi bağlandığından, məhkəmə həmin müqavilələrin tələblərinə uyğun olaraq borcun Cavabdeh1 və zamin Cavabdeh2 tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 317.1-ci mad dəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kreditin gecikdirilməsi və razılaşıdırlmış məbləğin tam verilməməsi ilə əlaqədar kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 03 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-771/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-771/2019
30.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver