Məhkəmə qərarları › İş №2(102)-771/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-771/2020

17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-771/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə Cavabdeh vəkili Dadaşov Qabil Ziyadxan oğlunun iştirakı ilə, İddiaçı və vəkili İsayev Emin Ağəmməd oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli, 2(103)-3485/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3360/2018 s aylı, 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.B.Əsədov) İddiaçı Cavabdeh qarşı borc sənədinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı əsas borcun ödənilməsi və sair tələbləri barədə qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı 180.000 ABŞ dolları məbləğində pulun manatın ödəniş gününə olan məzənnəsi ilə tutularaq Cavabdeh ödənilməsi, qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli, 2(103)3485/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi M.A.Məmmədov, X.Ə.Sarıyev və E.Y.Şamayev) İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 (001)-3360/2018 saylı, 20 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun tərəfindən cavabdehə verilmiş 06.11.2016-cı il tarixli borc sənədinin etibarsız sayılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdehi həmyerlisi kimi uzun müddətdir tanıyır, əvvəllər münasibətləri normal olmuşdur. Cavabdeh iddiaçının yanına gələrək məşğul olduğu mebel satışı işinə onun da cəlb edilməsini xahiş etmiş və bildirmişdir ki, görülən işə müvafiq məbləğdə pul vəsaiti qoyaraq onunla birgə fəaliyyət göstərmək istəyir. İddiaçı cavabdehə izah etmişdir ki, dediyi formada birgə fəaliyyət mümkündür, lakin bu işin xeyri də olur, zərəri də. Ona görə də, birgə fəaliyyət göstərəcəklərsə qoyduğu pul həcmində mənfəətdən gəlir götürəcəklər, zərər olduqda isə eyni həcmdə ziyana qatlanacaqlar. Cavabdeh bu şərtlərlə razılaşmış və əvvəlcə 100.000 ABŞ dollarını gətirərək işə vəsait qoymaq istədiyini bildirmişdir. O dövrdə işlər manat üzərindən görüldüyünə görə aralarındakı razılaşmaya görə həmin məbləğ o vaxtın manat məzənnəsinə çevrilərək 78.000 manat şəklində ümumi ticarətə qoyulmuşdur. Bir müddət sonra Cavabdeh əlavə olaraq 60.000 manat gətirərək birgə ticarətdəki dövriyyəyə əlavə etmişdir. Bundan sonra, keçən hər ay ərzində işin ümumi gedişi barədə iddiaçı tərəfindən Cavabdeh məlumatlar verilirdi. Lakin hər dəfəsində o bildirirdi ki, ticarətin detalları ilə məşğul olmaq istəmir və bir neçə aydan sonra mənfəət və ya ziyana baxarlar. İddiaçı tərəfindən cavabdehə edilmiş bütün şifahi müraciətlərə baxmayaraq hər ayın, yaxud üçaltı aylığın yazılı hesabatının birlikdə müzakirəsindən imtina etmişdir. Cavabdeh bildirmişdir ki, özünün başqa işləri ilə bağlı müxtəlif şəxsləri qəbul etməli olur və bunun üçün mebel ticarətinin həyata keçirildiyi Həyat Ticarət Mərkəzində ona ofis ayrılmasını istəyir. Aralarındakı razılaşmaya əsasən həmin Mərkəzdə cavabdehə aylıq icarəsi 1.000 manat olan ofis vermiş və icarə haqqı mebel ticarəti ilə bağlı ona çatası mənfəətdən çıxılmalı idi. Cavabdeh iddiaçı ilə birgə ticarət fəaliyyətinə girişməsi və pulu da bunun üçün verməsi öz xətti ilə tərtib olunmuş və ərizəyə əlavə etdiyi əl yazısı ilə təsdiq olunur. Həmin dövrdə me bel ticarətində geriləmə başlamış, Bakı şəhərində olan bütün mebel mağazaları kimi onlar da mənfəətlə işləyə bilməmişlər. Bunun ardınca manatın ucuzlaşması və dolların bahalaşması ilə insanlar əllərindəki pulu dollara çevirdiklərinə və mebel kimi əşyaları almaqdan yayındıqlarına görə ticarət demək olar ki dayanmış, xərcləri qarşılaya bilməmişlər və tamamilə zərərə düşmüşlər. Onlar mebel ticarətini dayandırmaq məcburiyyətində qaldıqları vaxtadək hər ayı zərərlə çıxmış və bu barədə yazılı hesabata yaxın gəlməsə də, şifahi şəkildə Cavabdeh məlumat verirmişlər. Həmin vəziyyəti Cavabdeh özü onsuz da görürdü. Çünki oturduğu ofis elə ticarət mərkəzinin içində idi və ticarətin olmadığını özü də müşahidə edirdi. Cavabdehlə birgə fəaliyyətləri tamamilə zərərlə başa çatdığı vaxtlar Cavabdeh real vəzi yyəti gördüyü üçün birgə zərərə düşdüklərini bilirdi və bununla da razılaşmışdı. Lakin keçən il Cavabdeh İddiaçı yanına gələrək mebel ticarətinə qoyduğu pulların artıqlaması ilə ona qaytarılmasını iddiaçıdan tələb etmişdir. İddiaçı ona izah etmişdir ki, ticarət zərərlə bitdiyi üçün onun iddiaçıdan nağd şəkildə qoyduğu pulu tələb etməsi doğru deyil. Müvafiq hesablama aparmaqla zərəri bölüşdürməli və yerdə qalan pulun əvəzində qalıq maldan (mebeldən) götürə bilər. Cavabdeh bundan imtina edərək zərərə şərik durmaq istəmədiyini bildirmişdir və pulunu nağd şəkildə, əlavə faizləri ilə, özü də ABŞ dolları ilə iddiaçıdan tələb etmişdir. İddiaçı ticarətlərinin manatla aparıldığını, verdiyi pulun da manat şəklində birgə işə qoyulduğunu, dollar bahalaşdıqdan sonra həmin məbləğlərin dollarla özü də na ğd pul şəklində ondan geri istəməsinin həm yanlış, həm də qanunsuz olduğunu cavabdehə izah etmişdir. Buna baxmayaraq, Cavabdeh müxtəlif vaxtlarda iddiaçının iş yerinə gələrək səs-küy salmağa, mübahisə etməyə, daha sonra isə iddiaçıya hədə-qorxu gəlməyə başlamışdır. Həmin dövrdə iddiaçı iş yerində və tanışları arasında Cavabdehla mübahisələrinin yaranmasının bilinməsini istəmirdi. Çünki yaşlarına görə ağsaqqal adamlardır və vəziyyətdən çıxmaq üçün hansısa formada iş görməyə çalışırlar. Mübahisə olan yerə isə təbii ki, ticarət partnyorları yaxın durmaq istəmirlər. Bundan əlavə, iddiaçı həm də cavabdehlə mübahisənin yaranmasını ailə üzvlərinin bilməsindən çəkinirmiş. Çünki həyat yoldaşı ürək xəstəsidir. Bütün bunları bilən cavabdeh iddiaçını hədələyirdi ki, əgər pulu bir ay ərzində qaytarmasa, yaxud bu barədə ona yazılı sənəd verməzsə, cavabdehə borclu olduğunu hamıya yayacaqdır. Bu səbəbdən cavabdehin hədələri və yaratdığı qorxu ilə ona guya pul borcunun olması barədə iddiaçı yazılı sənəd vermək məcburiyyətində qalmışdır. Həmin sənədi yazarkən iddiaçı cavabdehdən xahiş etmişdir ki, birgə ticarətə qoyduğu pul məbləğini, yəni əvvəl verdiyi 78.000 manatı, sonra əlavə etdiyi 60.000 manat olmaqla, cəmi 138.000 manat kimi yazsın. O isə artıq həmin vəsaiti dollarla iddiaçıdan tələb etdiyi və ümumilikdə 180.000 ABŞ dolları istədiyini bildirərək, həmin məbləği yazmağını tələb etmişdir. Halbuki, aralarında faiz razılaşması ümumiyyətlə olmamışdır. Buna baxmayaraq Cavabdeh həmin məbləğin yazılmasına iddiaçını məcbur etmişdir. Həmin sənəd hədəqorxu ilə yazdırıldığından, oraya bilərəkdən təhrif olunmuş məlumatlar, məbləğlər daxil edildiyinə görə etibarsızdır. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçının ona olan əsas borcunun ödənilməsi məqsədi ilə 180.000 ABŞ dolları, faiz borcunun ödənilməsi məqsədi ilə 100.000 ABŞ dolları, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 120.000 ABŞ dolları məbləğində pulun iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən 2013-cü ilin axırlarında əvvəl 100.000 ABŞ dolları, sonra 60.000 manat borc pul almış və 06.11.2016cı il tarixdə öz əli ilə borc barədə iltizam yazmışdır. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq borcu qaytarmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq ilkin iddia üzrə İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsinə və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İlkin iddia üzrə İddiaçı və vəkili İsayev Emin Ağəmməd oğlu kassasiya şikayətini apellyasiya şikayəti i lə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası tərəflər arasında borc münasibətinin olması haqqında yanlış qənaətə gəlmiş, məsələyə çox formal şəkildə yanaşaraq, tələbin hüquqi əsasını təşkil edən normalara toxunmamış, mübahisələndirilən əqdin niyə etibarsız olmadığını bildirməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının vəkilləri X4 və X6 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şik ayətin təmin edilməsini xahiş etdilər. Barışıq sazişi bağlanılmasına dair tərəflərin vəsatəti əsasında 17 mart 2020-ci il tarixə təyin olunmuş məhkəmə kollegiyasının iclasında iddiaçıların həmin vəkilləri üzrlü səbəb olmadan iştirak etmədilər. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh vəkili Dadaşov Qabil Ziyadxan oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdehlər Cavabdeh və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəm ənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, ilkin iddiaçının vəkilləri X1, X2 və ilkin iddia üzrə Cavabdeh vəkili Dadaşov Qabil Ziyadxan oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə İddiaçı kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib -edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Tərəflərin verdikləri hər iki apellyasiya şikayətinin təmin edilməli olmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda qeyd olunan faktiki halları üzrə əsaslandırılmışdır. 06.11.2016-cı il tarixli “İltizamdan” görünür ki, İddiaçı iki il əvvəl Cavabdeh 100.000 ABŞ dolları və 60.000 manat pul almışdır. İndiki kursla o, 180.000 ABŞ dolları qayt armalıdır. Göründüyü kimi, iş üzrə tərəflər arasında borc münasibətlərinin olması, iddiaçının cavabdeh qarşısında 180.000 ABŞ dolları məbləğində pulu qaytarmaq öhdəliyi daşıdığı, həmin öhdəliyin icra olunmadığı iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə görə borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14.05.2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyu tada ödənilir. Müqavilədə belə bir şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddianın əsas borcun ödənilməsi hissəsi əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə hər hansı mənəvi zərər vurulması sübuta yetmədi yindən bu hissədə qarşılıqlı iddia əsassızdır və birinci instansiya məhkəməsi qarşılıqlı iddianı “vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” hissəsində təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın faizlərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, 06.11.2016-cı il tarixli “İltizamda” faizlərin ödənilməsi ilə bağlı hər hansı şərt nəzərdə tutulmadığı üçün qarşılıqlı iddianın bu hissəsi də əsassız hesab edilməlidir. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-c i maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin apellyasiya instansiyası məhkəməsi hər iki iddia tələbinin dəlillərinə əsasən tərəflər arasındakı münasibətin həqiqi xarakterinin nədən ibarət olmasını tam araşdırmamış və bunun nəticəsi olaraq tələbin maddi hüquqi əsasını düzgün tətbiq etməmişdir. Belə ki, ilkin iddiaçı iddia tələbində Rəcəbəli Məmmədov tərəfindən 100.000 ABŞ dolları və 60.000 manat həcmində pul vəsaitinin mebel satışı ilə bağ lı ticarətə qoyulması və gəlir əldə etmək məqsədi ilə qoyulduğunu, yəni həmin məbləğlərin borc kimi verilmədiyini bildirir. Bununla əlaqədar ilkin iddia üzrə cavabdeh Cavabdeh ilkin iddia tələbinə etirazda aşağıdakı məqamları qeyd etmişdir:”...2013-cü ilin axırlarında İddiaçı Ticarət Mərkəzində məndən əvvəl 100.000 (bir yüz min) ABŞ dolları, sonra 60.000 (altmış min) manat pul istəmiş, bildirmişdir ki, ayda 20.000-25.000 manat xeyrimiz olacaqdır. Mən də ona inanıb, həmin məbləğ pulları iş yerində İddiaçı vermiş, o da öz növbəsində pulları Vüsal adlı oğluna vermişdir...”. İlkin iddia tələbinin dəlilləri ilə bağlı etirazda həmçinin aşağıdakılar qeyd olunmuşdur: “ Belə ki, mən İddiaçı mebel ticarətinə qatılmağımı xahiş etməmiş, o, özü əldə edəcəyi gəlirdən mənə pay verməyi vəd etmiş, lakin və di yerinə yetirməmiş, mebel ticarətinin gedişi məni maraqlandırmamış, bu barədə İddiaçı məlumat tələb etməmiş və almamış, mənə ofis lazım olmamış, İddiaçı ayı 1000 manata mənə ofis təklif etməmişdir...”. Bundan əlavə 06.11.2016-cı il tarixli “İltizamda” iki il bundan öncə alınmış 100.000 ABŞ dolları və 60.000 manat pulun indiki kurs ilə 180.000 ABŞ dolları etdiyi qeyd olunsa da, adi hesablama üzrə bunun düzgün olmadığı müəyyən edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi tərəflər arasındakı münasibətlər müəyyən mənada kommandit ortaqlıq üzrə Mülki Məcəllənin 82.1-ci maddəsində təsbit olunmuş münasibətlərin məzmununa uyğundur. Həmin maddəyə görə kommandit ortaqlığı elə bir ortaqlıqdır ki, ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlak ı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqlar) ilə yanaşı ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçısı – maya qoyanı (kommanditçi) vardır. Lakin Mülki Məcəllənin 82.4-cü maddəsinin tələbləri baxımından tərəflər arasındakı münasibətlərə həmin maddə tətbiq oluna bilməz. Belə ki, Mülki Məcəllənin 82.4-cü maddəsinə əsasən kommandit ortaqlığının firma adında bütün tam ortaqların adları ilə "kommandit ortaqlığı" sözləri və ya "və ortaqları" və "kommandit ortaqlığı" sözləri əlavə edilməklə azı bir tam ortağın adı göstərilməlidir. Buna görə ilkin və qarşılıqlı iddia ərizələrinə Mülki Məcəllənin 390.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından hü quqi qiymət verilməlidir. Həmin maddəyə görə” Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər”. Yuxarıda şərh olunanlardan göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tələbin hüquqi əsasının müəyyən edilməsi üzrə düzgün araşdırma aparmamış və bunun nəticəsi olaraq maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qa nuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2019-cu il tarixli, 2(103)-3485/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar