Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-772/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin vəkili X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1461/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəm əsinin (hakim Elmar Rəhimov) xx xxxxxxx 2018-ci il tarixli, 2(009)-1255/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 010L**********40 saylı uzunmüddətli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli 010R********** saylı kredit razılaşmasına xitam verilməsi, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 010R********** saylı kredit razılaşması üzrə 92512,01 ABŞ dolları kredit borcu, 37.902,56 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 130914,57 ABŞ dolları (Mərkəzi Bankın ödəniş gününə olan məzənnə ilə) məbləğində borcun, 010R********** saylı kredit razılaşması üzrə isə 43678,84 ABŞ dolları kredit borcu, 16872,27 ABŞ dolları faiz borcu və 500 A BŞ dolları cərimə borcu olmaqla, cəmi 61051,11 ABŞ dolları (Mərkəzi Bankın ödəniş gününə olan məzənnə ilə) məbləğində borcun, hər iki müqavilə üzrə ümumilikdə cəmi 191965,68 ABŞ dolları (Mərkəzi Bankın ödəniş gününə məzənnə ilə) məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 Məmmədrza qızına məxsus Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində 6 nömrəli evin 18 nömrəli mənzilinə və Cavabdeh4 məxsus Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində 4 nömrəli evin 19, 18 nömrəli mənzilinə yönəldilməsi, mənzillərin açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına borc məbləğinin ödənilməsi, Bakı şəhə ri, Səbail rayonu, Aqil Quliyev küçəsində 6 nömrəli evin 18 nömrəli mənzilinin ilkin satış qiymətinin 125000 manat və Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində 4 nömrəli evin 19, 18 nömrəli mənzilin ilkin satış qiymətinin 135000 manat müəyyən edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Məmmədrza qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxxx 2018- ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 xxxxxxxx müştərək qaydada iddiaçı “xxxx” QSC- nin xeyrinə 010R********** saylı kredit razılaşması üzrə 37301,55 ABŞ dolları faiz borcu, 010R********** saylı kredit razılaşması üzrə isə 43604,24 ABŞ dolları kredit borcunun tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə “xxxx” QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 010L**********40 saylı uzunmüddətli kredit müqaviləsinə və xx.xx.2015-ci il tarixli 010R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 010R********** saylı kredit razılaşması üzrə 92512,01 ABŞ dolları kredit borcu, 37902,56 ABŞ dolları faiz borcu və 73065.34 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 203479.91 məbləğində borcun, 010R********** saylı kredit razılaşması üzrə isə 43678,84 ABŞ dolları kredit borcu, 16872.27 ABŞ dolları faiz borcu və 34491,01 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 95042,12 ABŞ dolları məbləğində borcun, hər iki müqavilə üzrə ümumilikdə cəmi 298522 ABŞ dolları 03 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 Məmmədrza qızına məxsus Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsi 6 nömrəli evin 18 nömrəli mənzilinə və Cavabdeh4 məxsus Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində 4 nömrəli evin 19, 18 nömrəli mənzilinə yönəldilməsinə, həmin mənzillərin açıq hərracdan satılması və 298522,03 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması, Cavabdeh2 Məmmədrza qızına məxsus Bakı şəhəri, səbail rayonu, Aqil Quliyev küçəsi 6 nömrəli evin 18 nömrəli mənzilinə tutma yönəldildikdə n və o satıldıqdan 1 ay sonra Cavabdeh2 xxxxx və Cavabdeh6 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsini, Cavabdeh4 məxsus Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində 4 nömrəli evin 19, 18 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 və Cavabdeh5 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarix li qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kredit müqaviləsində faizlərin aylıq olaraq hesablanması və tutulmasının qeyd olunması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə tənasübsüz dərəcədə yüksək dəbbə pulunu azaltsa da, tutulmuş dəbbə pulu yenə də yüksəkdir. Məhkəmə ipoteka predmetinin qiymətini müəyyənləşdirərkən MMC-nin rəyini rəhbər tutmuşdur. Ekspert rəyinin məhkəmə üçün öncədən məcburi sübut əhəmiyyəti olmadığı halda, məhkəmə ekspert rəyini təhlil etmədən onun nəticəsi əsasında ipoteka predmetinin qiymətini müəyyənləşdirmişdir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiy mətinin müəyyən edilməsi zamanı daha etibarlı sübut olan dövlət ekspertizası təyin etməklə, onun rəyinə əsaslanıb, mübahisəyə daha mötəbər sübutla aydınlıq gətirməli idi. Adi gündəlik biliklər və məlumatlar kifayət edir ki, Nərimanov rayonunda yerləşən 5 otaqlı evin qiyməti 60000 manat ola bilməz. Məhkəmə ipoteka haqqında qanunun 59-cu maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, həmin normanın tələblərinə görə, mənzil satıldıqdan sonra orada yaşayanlar mənzili 1 ay ərzində könüllü tərk etmədikdə məcburi çıxarılırlar. Məhkəmə müvafiq hüquqi fakt baş vermədən – yəni əmlak hərracda satılmadan, ondan yaranması ehtimal edilən münasibətlərə qiymət verməklə haqlı olmamışdır. Tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayə tini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kollegiyasl ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində yalnız cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verdiyindən qətnamə onların kassasiya şikayətinə əsasən kassasiya qaydasında yoxlanıldı. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,iddiaçı “xxxx” QSC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci tarixdə 010L**********40 saylı “Uzunmüddətli kredit müqaviləsi” imzalanmış, müqaviləyə əsasən 120 ay müddətinə, 10000000 ABŞ dolları məbləğində uzunmüd dətli kredit xətti açılmışdır. xx.xx.2015-ci il tarixdə Cavabdeh1lə bank Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 % olmaqla 100000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixdə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2015-ci il tarixdə bankla Cavabdeh1 arasında 010R********** saylı kredit razılaşması imzalanmış və həmin razılaşmaya əsasən Cavabdeh1 36 ay müddətinə aylıq 1.5 faiz dərəcəsi ilə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixdə həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2015-ci il tarixli 010S**********02 saylı, Cavabdeh3 xx.xx.2015-ci il tarixli 010S**** ******01 saylı və Cavabdeh4 xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri imzalamışlar. Həmçinin kredit xətti müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədilə Cavabdeh2 ilə bank arasında xx.xx.2015-ci il tarixli 010M**********01 saylı ipoteka müqaviləsi imzalanmış və Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev keçəsində, 6 nömrəli evin Cavabdeh2 mülkiyyətindəki 48,6 kvadrat metr yaşayış, 75,7 kvadrat metr ümumi sahədən ibarət 3 otaqlı 18 nömrəli mənzil, Cavabdeh4 ilə bank arasında bağlanan xx.xx.2015-ci il tarixli 010M**********01 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində 4 nömrəli evin Cavabdeh4 mülkiyyətindəki 32,80 kvadrat metr yaşayış, 52,1 kvadrat metr ümumi sahədən ibarət 2 otaqlı 19, 18 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yükl ü edilmişdir. İddiaçı iddia tələbində qeyd olunan və maliyyə arayışlarında göstərilən borc məbləğlərinin tutulmasını xahiş etmiş, iddia tələbi birinci instansiya məhkəməsi tərəfondən yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədi ilə apellyasiya instansiyası məhkəməsi məhkəmə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2019-cu il tarixli 10187 saylı ekspert rəyində qeyd olunur ki, xx.xx.2015-ci il tarixli 010R********** saylı kredit razılaşması üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi Cavabdeh1 tərəfindən banka ödənilmi ş pul vəsaitlərinə dair hesabdan çıxarış, ödəniş qəbzləri, “kredit statusu” vərəqəsi məlumatları, xx xxxxxx 2015-ci il tarixli 010R********** saylı kredit razılaşması və xx xxxxxxx 2015-ci il tarixli “Saziş”in şərtlərinə müvafiq olaraq Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 129861,22 USD: əsas borc üzrə 92559,67 USD, faiz borcu üzrə 37301,55 USD, xx.xx.2018-ci il tarixə (qərardadın tarixinə) 130231,46 USD, əsas borc üzrə 92559,67 USD, faiz borcu üzrə 37671,79 USD, xx.xx.2015-ci il tarixli 010R********** saylı kredit razılaşması üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, ödəniş qəbzləri, “kredit statusu” vərəqəsi məlumatları, xx xxxxx 2 015-ci il tarixli 010R********** saylı kredit razılaşması və xx xxxxxxx 2015-ci il tarixli “Saziş”in şərtlərinə müvafiq olaraq Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2018-ci il tarixə (qərardadın tarixinə) əsas borc üzrə 43604,24 USD, faiz borcu üzrə 16823,15 USD, xx xxx 2018-ci il tarixə (müqavilə müddətini sonuna) 62074,70 USD, əsas borc üzrə 43.604,24 USD, faiz borcu üzrə 18470,46 USD. Bank tərəfindən xx xxxxxx 2015-ci il tarixli, 010R********** saylı və xx xxxxx 2015-ci il tarixli, 010R********** saylı kredit razılaşmaları üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə borcu hesablanmadı. Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı borcu məbləği ilə bağlı tərəflər arasında mübahisə yarandığından, eyni zamanda məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zid d olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ekspert rəyində xx.xx.2015-ci il tarixli 010R********** saylı kredit razılaşması üzrə iddiaçı tərəfindən 92512,01 ABŞ dolları tələb edilməsinə baxmayaraq ekspert tərəfindən 92559,67 ABŞ dolları, xx.xx.2015ci il tarixli 010R********** saylı kredit razılaşması üzrə isə iddiaçı tərəfindən 16872,27 ABŞ dolları faiz borcu tələb edilməsinə baxmayaraq ekspert tərəfindən 18470,46 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 010R********** saylı kredit razılaşması üzrə faiz borc məbləğinin, 010R********** saylı kredit razılaşması üzrə isə əsas borc məbləğ inin tutulması hissəslərində dəyişdirilməli, cavabdehlərdən müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə 010R********** saylı kredit razılaşması üzrə 37301,55 ABŞ dolları faiz borcu, 010R********** saylı kredit razılaşması üzrə isə 43604,24 ABŞ dolları əsas kredit borcu tutulmalıdır. Pul məbləğlərinin tutulması ilə bağlı qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq kredit razılaşmaları üzrə borc məbləğlərinin ödənilməməsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1-ci, “İpoteka haqqında” qanunun 34, 39.3.3, 47.4-cü maddələrinə istinad edərək 010L**********40 saylı uzun müddətli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli 010R********** saylı kredit razılaşmasına xitam verilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, cavabdehlər kassasiya şikayətində kredit müqaviləsində faizlərin aylıq olaraq hesablanması və tutulmasının qeyd olunması qanunvericiliyin tələblərinə zid olduğunu qeyd etmişlər. Cavabdehlər bu halla bağlı Mülki Məcəllənin 741-ci maddəsinə istinad etmişlər. Həmin normaya görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, normada söhbət faizlərin hesablanmasında deyil, ödənilməsindən gedir. Bağlanmış kredit müqaviləsinə əsasən hər ay faizlərin hesablanması, tərəflər arasında bağlanmış kredit müqaviləsinin və qanunverciliyin tələblərinə uyğun olmuşdur. Cavabdehlər kassasiya şikayətinə məhkəmənin tənasübsüz dərəcədə yüksək dəbbə pulunu azaltsa da, tutulmuş dəbbə pulu yenə də tənasübsüz yüksək olduğunu qeyd etmişlər. Cavabdehlərin bu dəlili formal irəli sürülmüş dəlildən ibarət olmaqla heç bir normaya və ya fakta söykənmir, əsaslandırılmamışdır. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri də əsassıdır. Cavabdehlər qeyd etmişlər ki, məhkəmə dövlət ekspertizası təyin etməklə, onun rəyinə əsaslanıb, mübahisəyə daha mötəbər sübutla aydınlıq gətirməli idi. Lakin iş üzrə alınmış mütəxəssis rəyinin mötəbərliliyinə şübhə doğuracaq hər hansı bir hal olmamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlan ılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1461/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-772/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-772/2020
03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver