Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-772/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh: Cavabdeh3 Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh4 Cavabdeh: Cavabdeh5 Üçüncü şəxs: X2 iddia tələbi: kredit müqaviləsinin ləğv edilməsi, 31140 ABŞ dolları əsas borcun, 3188 ABŞ dolları faiz borcunun, 300 ABŞ dolları cərimənin, cəmi 34628 ABŞ dolları pul vəsaitinin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi və mənzildən çıxarılma Açar sözlər: kredit borcunun ödənilməsi və ipoteka predmetinə yönəldilmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı “xxxx” ASC-nin vəkili Quliyev Turhan Ceyhun oğlunun, Cavabdeh3 və vəkili Vəkil Humsi oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-843/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş mаtеriаllаrındа оlаn: -xx xxxx 2014-cü il tarixli 300714/173884 saylı əsas krеdit müqаviləsindən görünür ki, “xxxx” ASC-nin “Əməliyyat” filialı ilə Cavabdeh3 aras ında əsas kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər 120 ay müddətinə 100.000 (yüz min) manat kredit limiti verilməsi barədə razılaşmışlar. -xx xxxx 2014-cü il tarixli 300714/173884 saylı əlavə krеdit müqаviləsindən görünür ki, “xxxx” ASC-nin “Əməliyyat” filialı ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. -xx xxxx 2014-cü il tarixli 300714/173884 saylı ipoteka müqaviləsindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən 6 nömrəli evin 1-ci mərtəbəsində, 48,47 kv.m. ümumi, 30,37 kv.m. yaşayış, 18,1 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 7 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin RX seriyalı ******* saylı çıxarışının surətindən aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 6 saylı evin 7 saylı mənzili Cavabdeh3 məxsus olmaqla “xxxx” ASC-nin Əməliyyat filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. -xx xxxx 2014-cü il tarixli 300714/173884 saylı zaminlik müqavilələrindən aydın olur ki, Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 kreditin verilməsinə görə bank qarşısında öhdəlik götürmüşlər. - “xxxx” ASC-nin xx.xx.2015-ci il tarixli arayışından aydın olur ki, Cavabdeh3 xx xxxx 2014-cü il tarixli 300714/173884 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə 31.140 ABŞ dolları məbləğində əsas borcu, 3.188 A BŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu vardır. -kredit müqаviləsinin ödəniş qrafikindən görünür ki, xx.xx.2014-cü ildən xx.xx.2017-ci il tarixə kimi cavabdeh tərəfindən bаnkа 40.000 ABŞ dolları məbləğində əsаs bоrc, 15.763,90 ABŞ dolları fаiz məbləği оlmаqlа, cəmi 55.763,90 ABŞ dolları pul ödənilməsi nəzərdə tutulmuşdur. -Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2015-ci il tarixli arayışlarından aydın olur ki, Cavabdeh3 xx.xx.1974-cü ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, ev 6, mənzil 7-də, Cavabdeh1 xx.xx.1968-ci ildə Yardımlı rayonunda doğulmuş, Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, ev 47/6B-də, Cavabdeh2 xx.xx.1970-ci ildə Şamaxı rayonunda doğulmuş, Qobustan rayonu, Çalov kəndində qeydiyyatdadırlar. -Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin **********80 saylı, xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 6 saylı evin 7 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. -Qaradağ rayon 150 saylı MKİS-nin xx.xx.2014-cü il tarixli 2656 saylı forma 2 arayışından aydın olur ki, iş üzrə cavabdeh şəxs kimi göstərilmiş Cavabdeh4-xx.xx.2002-ci ildə və Cavabdeh5 xx.xx.2008-ci ildə doğulmuşlar. Məhkəmə həmin şəxslərin azyaşlı olmasını nəzərə alaraq onları cavabdehlərin siyahısından çıxarır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 qarşı məhkəmədə iddia qaldıraraq ipoteka qoyulmuş əmlaka tələb yönəldilməsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 31140 ABŞ dolları əsas borcun, 3188 ABŞ dolları faiz borcunun, 300 ABŞ dolları cərimənin, cəmi 34628 ABŞ dolları pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına və həmin məbləğin girov qoyulmuş Cavabdeh3 mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 1373 nömrəli reyestr kitabının 125534 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən 6 nömrəli evin 1-ci mərtəbəsində, 48,47 kv.m. ümumi, 30,37 kv.m. yaşayış, 18,1 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 7 nömrəli mənzilin açıq hərracda satıldıqdan sonra ən geci 01 ay ərzində mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-40/2016 saylı, xx xxxxxx 2016cı il tarixli qətnaməsi ilə (hakim R.K.Mürsəlov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xx xxxx 2014-cü il tarixli 300714/173884 saylı saylı kredit müqaviləsi üzrə ödənilməmiş 31.140 ABŞ dolları əsas borc, 3.188 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları cərimə borcu, cəmi 34.628 (otuz dörd min altı yüz iyirmi səkkiz) ABŞ dollarının (ödənildiyi zaman manata məzənnə ilə) və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən 6 nömrəli evin 1-ci mərtəbəsində, 48,47 kv.m. ümu mi, 30,37 kv.m. yaşayış, 18,1 kv.m. yardımçı sahədən ibarət 2 otaqlı 7 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə edilmiş məbləğ yaranmış borcun ödənilməsinə yönəldilməsi, yaranmış borc ödənildikdən sonra mənzilin satışından artıq qalan məbləğin Cavabdeh3 qaytarılması, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra mülkiyyətçi Cavabdeh3 ailə üzvləri ilə birlikdə yaşayış sahəsini bir ay ərzində tərk etmədikləri halda həmin mənzildən məcburi qaydada çıxarılmaları qət edilmişdir. Qətnamədən Cavabdeh3 apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-843/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) Cavabdeh3 apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-40/2016 saylı iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh3 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi cavabdehləri işə baxılması günü barədə xəbərdar etmədən işə tərəflərin çəkişməsi prosesi qaydasında deyil, yalnız iddiaçı tərəfi dinləməklə qərar qəbul etmiş, “Məhkəmə qiymətləndirmə ekspertizası keçirilməsinə dair” vəsatəti təmin etməsinə baxmayaraq rəyin alınmasını “xx xx” MMC-yə həvalə etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətində qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi kredit borcundan qaytarılan 16.000 ABŞ dolları məbləğ çıxıldıqdan sonra qalıq borcunun dəqiq məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmək əvəzinə Cavabdeh3 və onun ailəsinin yeganə yaşayış yeri olan əmlakının və pulunun əldən çıxmasını mübahisənin aktuallığını itirməsi kimi qiymətləndirmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh3 və vəkili Vəkil Humsi oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin vəkili Quliyev Turhan Ceyhun oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs X2 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikası MPM-nin: -376.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır. -376.2-ci maddəsinə görə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələr in işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi İşin 221-ci vərəqində olan apelyasiya şikayətinə baxılması haqqında 20 aprel 2020-ci il tarixli məhkəmə bildirişinə əsasən Cavabdeh3 Ənvər qızı tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması xx xxx 2020-ci il tarixə saat 10:00-a təyin edilmişdir. İşin 222-ci vərəqində olan “Arayış” da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın x x xxxx 2020-ci il tarixli tövsiyyələrinə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli qərarına əsasən 13 may tarixində hakim Azad İmanovun sədrliyi ilə baxılmalı olan işlər təxirə salınmışdır. İşin 223-cü vərəqində olan apelyasiya şikayətinə baxılması haqqında xx xxx 2020-ci il tarixli məhkəmə bildirişinə əsasən Cavabdeh3 Ənvər qızı tərəfindən verilm iş apelyasiya şikayətinə baxılması 10 iyun 2020-ci il tarixə saat 10:00-a təyin edilmişdir. Lakin həmin bildirişə əsasən apelyasiya şikayəti vermiş Cavabdeh3 Ənvər qızına və onun vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsi iş materiallarına əsasən təsdiq olunmur. Yəni iş materiallarına əsasən onlara məhkəmə bildirişinin çatdırılması hər hansı rəsmi qəbz və ya elektron məhkəmə informasiya sistemi vasitəsi ilə təsdiq edilmir. Azərbaycan Respublikası MPM-nin 418.4.5-ci maddəsinə əsasən işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apelyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməli dir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayəti vermiş cavabdehin iştirakı olmadan işə baxaraq apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 - 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh3 kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-843/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-772/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-772/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver