Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7720/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Ləğv prosesində olan QSC Cavabdeh-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X3 iştirakı ilə, İddiaçıtərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7701/2019 nömrəli iş üzrə 17 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəh əri Nəsimi rayon məhkəməsinin (hakim Azər Paşayev) 18 iyul 2017-ci il tarixli, 2(006)-4788/2017 saylı qətnaməsi ilə QSC Cavabdeh-nin “Sahil” filialı ilə İddiaçı arasında bağlanmış 02 avqust 2007-ci il tarixli, KMFŞ ********** saylı kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinə xitam verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Abiddin Hüseynov sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İsmayıl Xəlilov) 21 noyabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş k assasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Aslan Kalbalıyev - sədrlik edən və məruzəçi, Vəfaddin İbayev, Ələsgər Əliyev) 18 may 2018-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin müki kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) 27 sentyabr 2018-ci il tarixli, 2(103)8357/2018 saylı qətnaməsi ilə cavabdeh Ləğv prosesində olan Cavabdeh-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellya siya Məhkəməsinin mülki kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Sənan Hacıyev - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Elşanə Vəliyeva) 11 mart 2019-cu il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Şərafət Məmmədova) 17 iyul 2019-cu il tarixli qətnaməsi ilə Ləğv prosesində olan Cavabdeh-ni n ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşin halları İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul öhdəliyinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 19.05.2011-ci il tarixli qətnaməsinə əsasən 02 avqust 2007-ci il tarixli, KMFŞ ********** saylı kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 avqust 2007-ci il tarixdə QSC "xxxx" KB i lə mülki hüquq münasibətlərinə daxil olaraq KMFŞ ********** saylı kredit müqaviləsinə əsasən kredit almışdır. Kredit müqaviləsi təminatlı olmuş və təminat üsulu kimi ipoteka müqaviləsi bağlanmış, notarial qaydada təsdiq edilmiş və kreditor bankın ipoteka hüququ rəsmi reyestrdə qeydə alınmış, əmlak kreditorun xeyrinə yüklü edilmişdir. Kredit müqaviləsi bağlandıqdan sonra bir müddət kredit öhdəliklərini vaxtı-vaxtında icra edə bilsə də, daha sonra maddi vəziyyəti pisləşmişdir və lazımi qaydada öhdəliklərini icra edə bilməmişdir. Bunun əvəzində kreditor bank kredit borcunun tutulması və digər tələblə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 19 may 2011-ci il taıixli qətnaməsinə əsasən bankın iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamə ilə ondan və digər cava bdehlərdən müştərək qaydada cəmi 33520 manat məbləğində kredit borcu tutulmuş, tələbin ipoteka predmeti kimi çıxış edən Bakı şəhəri, ünvan küçəsində yerləşən 7 saylı evin, 2 otaqdan ibarət 113 saylı mənzilə yönəldilməsi, o cümlədən cavabdehlərin həmin mənzildən çıxarılması qət edilmişdir. Məhkəməyə qədər danışıqlar aparılmış və hüquq mübahisələri məhkəmədən kənar həll edilmişdir. Bunun nəticəsində tərəfındən məhkəmə qətnaməsi kreditor bankın xeyrinə icra edilmiş, nəticədə kredit borcu tam bağlanmış, ipoteka predmeti ipotekadan azad edilmiş və bu barədə müvafiq sənədləşmə işləri aparılmışdır. Belə ki, 23 avqust 2011-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, QSC Cavabdeh-nin “Sahil ” filialı ilə İddiaçı arasında bağlanmış 02 avqust 2007-ci il tarixli KMFŞ ********** saylı kredit müqaviləsi üzrə kredit öhdəlikləri bank qarşısında tam olaraq yerinə yetirilib. Bununla əlaqədar 02 avqust 2007-ci il tarixli ********** saylı ipoteka müqaviləsi üzrə İddiaçı məxsus Bakı şəhəri, ünvan küçəsində yerləşən 7 saylı evin, 2 otaqdan ibarət 113 saylı mənzilin üzərinə qoyulmuş qadağanın götürülməsi xahiş edilmişdir. Həmçinin sübut növü kimi əldə etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 25 yanvar 2017-ci il tarixli cavab məktubundan da görünür ki, həmin mənzil 01 sentyabr 2011-ci il tarixdə ipotekadan azad edilmiş və qadağalar ləğv edilmişdir. Tərəflər arasında hüquq münasibətlərinin yuxarıda qeyd edilən qaydada baş verməsi ona dəlalət edir ki, o, kreditor bank qarşısında kredit öhdəliklərini icra etmiş, bunun nəticəsində bank kredit öhdəliklərinin tam şəkildə icra edilməsinə dair reyestr orqanına müraciət etmiş, bunun nəticəsində ipoteka predmeti ipotekadan azad edilmişdir. Lakin buna baxmayaraq, ləğv prosesində olan QSC Cavabdeh-nin kompyuter proqramında o, hələ də borclu statusunda qeyd olunur. Bu barədə dəfələrlə şifahi qaydada ləğv etmə prosesində olan banka müraciət etsə də, müraciətə müsbət baxılmamışdır. Hesab edir ki, ləğv prosesində olan QSC Cavabdeh-nin qeyd edilən hərəkətləri tam qanunsuz və əsassızdır. Belə ki, öhdəliyin tam şəkildə icra olunmasına baxmayaraq, ləğv prosesində olan bank hüquqdan sui-istifadə edərək, onu borclu kimi qəbul edir və bu barədə bank proqramlarında borclu şə xs kimi statusunun ləğv olunması barədə heç bir tədbir görmür. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin özünün də qeyd etdiyi kimi, o, ümumilikdə 33520,9 manat borcdan 23560 manat məbləğində pul vəsaiti ödəmiş, 9960,9 manat ödənilməmiş, yəni iddiaçıya bağışlanılmışdır. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam v erilir. Göründüyü kimi, işin araşdırılmış halları ilə məhkəmə qətnaməsi ilə ödənilməli olan pulun, yəni 9960,9 manatın ödənilməsi bağışlandığı üçün tələb olunmur. Ona görə də QSC Cavabdeh tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə 23 avqust 2011-ci il tarixdə ünvanlanmış məktub kredit müqaviləsi üzrə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrasının sübutu kimi qəbul edilməlidir.Qeyd olunan məktub 02 avqust 2007-ci il tarixli, ********** saylı ipoteka müqaviləsi üzrə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 113 nömrəli mənzilin özgəninləşdirilməsinə qoyulmuş qadağanın götürülməsi üçün tam əsaslı olmuşdur.Qanunun tələbinə görə, iddiaçı məhkəmədə qətnamə ilə ödəməli olduğu ümumilikdə 33520,9 manat borcdan 23560,00 manat məbləğində pul vəsaiti ödə məsi ilə bağlı borc sənədi təqdim etmiş, qalıq 9960,9 manatın ödənilməsi isə QSC "xxxx" KB-nin rəhbərliyi tərəfindən güzəşt edilmişdir.“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir.Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə işə baxarkən bu qeyd edilə hallara əhəmiyyət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Ləğv prosesində olan QSC Cavabdeh-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X6 məhkəmə kollegiyasının iclasında kassa siya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlar a və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(002)-495/2011 saylı, 19 may 2011-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X1 və X2 müştərək qaydada 13486,95 manat əsas, 10033,31 manat faiz, 10000 manat cərimə bor cu olmaqla, ümumilikdə 33520,9 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi, həmin məbləğin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi qət edilmişdir. Bundan sonra cavabdeh İddiaçı 27 iyul 2011-ci il tarixdə kreditin ödənilməsi üçün QSC Cavabdeh-nin kredit şöbəsinə 23560,00 manat məbləğində vəsait ödəmişdir. QSC Cavabdeh tərəfındən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə 23 avqust 2011-ci il tarixdə məktubun ünvanlanaraq QSC Cavabdeh-nin “Sahil” fılialı ilə İddiaçı arasında bağlanmış 02.08.2007-ci il tarixli, ********** saylı Kredit müqaviləsi üzrə kredit öhdəliklərinin bank qarşısında tam olaraq yerinə yetirilməsi bildirilmiş, bununla əlaqədar 02 avqust 2007-ci il tarixli, ********** saylı İpoteka müqaviləsi üzrə İddia çı məxsus ünvan 1 ünvanında yerləşən 113 nömrəli mənzilin özgəninləşdirilməsinə qoyulmuş qadağanın götürülməsi xahiş edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfındən ünvan 1 ünvanında yerləşən 113 nömrəli mənzilinə dair 10.08.2007-ci il tarixdə aparılmış ipotekanın dövlət qeydiyyatı QSC Cavabdeh-nin “Sahil” fılialının 106 saylı, 23 avqust 2011-ci il tarixli məktubuna əsasən 01 sentyabr 2011-ci il tarixdə ləğv edilmiş, hal-hazırda icra sənədi icra mərhələsindədir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1, 386.1 və 528-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə Bank qarşısında götürülmüş öhdəlik lazımınca ic ra olunduğu üçün iddia təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki işin araşdırılmış halları ilə məhkəmə qətnaməsi ilə ödənilməli olan pulun lazımınca icra edilməsi, qalıq 9960,9 manatın ödənilməsi müəyyən olunmur. QSC Cavabdeh tərəfın dən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə 23 avqust 2011-ci il tarixdə ünvanlanmış məktub kredit müqaviləsi üzrə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrasının sübutu kimi qəbul edilə bilməz. Qeyd olunan məktub 02 avqust 2007-ci il tarixli, ********** saylı İpoteka müqaviləsi üzrə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 113 nömrəli mənzilin özgəninləşdirilməsinə qoyulmuş qadağanın götürülməsi ilə bağlı olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsı zlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Qanunun tələbinə görə iddiaçı məhkəmədə qətnamə ilə öd əməli olduğu ümumilikdə 33520,9 manat borcdan 23560,00 manat məbləğində pul vəsaiti ödəməsi ilə bağlı borc sənədi təqdim etmiş, qalıq 9960,9 manatın ödənilməsi ilə bağlı borc sənədi təqdim etməli olduğu halda, həmin sənədi təqdim etməmiş, digər tərəfdən qalıq 9960,9 manatı ödəmədiyini bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Hazırki işdə Qaradağ rayon məhkəməsinin 19.05.2011-ci il tarixli icra sənədi üzrə icraata tələbkarın tələbdən imtinası və ya icra sənədinin tam icra olunması ilə bağlı xitam verilməsi halı müəyyən olunmur. Azərbaycan R espublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə əsasən məhkəmə tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiyası mə hkəməsində işə baxılarkən də irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7701/2019 nömrəli iş üzrə 17 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin haki
Məhkəmə qərarları › İş №2(102)-7720/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7720/2019
24.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver