Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7728/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçının vəkili X4 oğlunun, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2(103)10001/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “M&C” firmasına və Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “pul tələbi nə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-201/2016 saylı mülki iş üzrə 27 yanvar 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh “M&C” firmasından cəmi 15566,6 manatın onun xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə qanuni qüvvə almışdır. Cavabdeh müəssisənin təsərrüfat fəaliyyətinin dövriyyəsinin azaldığını əsas göstərərək 15566,6 manat pulun aylıq müəyyən edilməklə hissə-hissə ödənilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14.09.2016-cı il tarixli qərardadı ilə borclu “M & C” firmasının Bakı Apellyasiya Məhkəməsinin 2(103)-201/2016 saylı mülki iş üzrə 27 yanvar 20 16-cı il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməmiş, daha sonra Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin Mülki Kollegiyası borclu “M&C” firmasının buna dair şikayətlərini təmin etməmişlər. Belə ki, “M&C” firmasının sürücüsü X3 18 fevral 2014cü il tarixdə, saat 21.40 radələrində ona təhkim edilmiş “Şlcoda Rapid” markalı **-AA*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, S.Vurğun küçəsi ilə M.Əliyev küçələrinin kəsişdiyi yerdə işıqforun qadağanedici işığında hərəkəti davam etdirərək yol hərəkəti qaydalarını pozmuş, “Nissan X-Trail” markalı, **-FE-*** dövlət nömrə nişanlı avtomobili vurmuş, zərbənin təsirindən “Nissan X-Trail” markalı avtomaşın kənarda dayanmış “Kia” markalı 99-BB -335 dövlət nömrə nişanlı avtomaşına çırpılmış, həmin avt omobil isə “Toyota Prado” markalı, **-MM-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Qəza nəticəsində “Nissan X-Trail” markalı, **-FE-*** dövlət nömrə nişanlı avtomobil faktiki olaraq əmtəə görkəmini itirmiş və istifadəyə yararsız hala düşmüşdür. “M&C” firması mülki hüquq pozuntusunudan (dəlikdən) irəli gələn öhdəliyi məhkəmədən kənar, könüllü qaydada icra etməkdən boyun qaçırdığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda şərh olunan qaydada qətnamə və qərarlar qəbul edilmişdir. Cavabdehin məhkəmə qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməsə də, ona dəymiş maddi ziyan onun tərəfindən yalnız 06.12.2018-ci il tarixdə tam ödənilmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-201/2016 saylı mülk iş üzrə 27 yanvar 2016-c ı il tarixli qətnaməsinin icrası 2 il 10 ay və ya 34 ay müddətində gecikdirilmişdir. Halbuki, “M&C” firması fəaliyyətdə olan və uğurlu biznesə malik firma hesab olunur. Baş vermiş hadisə və borclu tərəfindən ziyanın ödənilməsində bilərəkdən dirəniş göstərilməsi nəticəsində ona maddi və mənəvi ziyan dəymiş, uzun müddət nəqliyyatsız qalmış və ictimai nəqliyyatdan istifadə etməli olmuşdur. Nəzərə alınmalıdır ki, keçən müddət ərzində milli manat 2 dəfə devalivasiyaya uğramışdır. Məhkəmənin diqqətinə çatdırmışdır ki, 2016- 2018-ci illlər ərzində “xxxx” ASC-də depozitə qoyulmuş “Universal” tipli əmanətlərin illik faizləri 10% olmuşdur.(Bankın internet səhifəsindən çıxarış əlavə edilir). Göründüyü kimi, iki ildən çox müddət ərzində ona ödənilməli olan məbləği “xxxx” ASC-yə depozit olaraq qoysa id i, ən azı 20 faiz, yəni 3133 (əldən çıxmış fayda 15666x20%=3133) manat gəlir əldə etməsi mümkün idi. O, hesab edir ki, ona dəymiş 15566,6 manat ziyanın ödənilməsini 2 il 10 ay ərzində gecikdirdiyi üçün cavabdeh “M&C” firmasından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 2179 (iki min yüz yetmiş doqquz) manat (15666x 14%=2179), Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən 3133 (üç min yüz otuz üç) manat (15666x20%:=3133), cəmi isə 5412 (beş min üç yüz on iki) pul alınaraq ona ödənilməlidir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı cavabdehlər “M&C” firmasına və Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “pul tələbinə” dair iddiasının rədd edilməsi qət olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Ra yon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2(103)10001/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(011)3222/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2(103)10001/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili X4 oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı və vəkili X4 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2(103)-10001/2019 nömrəli qətnaməsinin ləğv, işi n yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş etmişlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin məhkəmə qətnaməsini ciddi əsas olmadan vaxtında və ağlabatan müddətdə icra etməməsi həm iddiaçının hüquqlarını pozur, həm də məhkəməyə qarşı hörmətsizlikdir. Lakin işə baxan məhkəmələr bu hala prinsipial yanaşmamış və qanunun aliliyini təmin etməmişlər. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2(103)-10001/2019 nömrəli qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2(103)-10001/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin etməyib, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(011)3222/2019 saylı qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)201/2016 saylı, 27 yanvar 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-288/15 saylı, 18 iyun 2015-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-288/15 saylı, 18 iyun 2015-ci il tarixli qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilmiş və iddia cavabdeh “M&C” firmasına münasibətdə qismən təmin edilmiş, cavabdeh “M&C” firmasından dəymiş maddi ziyana görə 15425,6 manat, hüquqi xidmətə görə 100 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 15555,6 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki K ollegiyasının 2(102)-581saylı 01 fevral 2017-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2016-cı il tarixli qərardadından borclu “M&C” firmasının kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İcra vərəqəsi ilə cavabdeh “M&C” firmasından dəymiş maddi ziyana görə 15425,6 manat, hüquqi xidmətə görə 100 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 15555,6 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. 07 mart 2018-ci il tarixli, 13 fevral 2018-ci il tarixli, 07 may 2018-ci il tarixli, 05 aprel 2018-ci il tarixli, 02 avqust 2017-ci il tarixli, 07 sentyabr 2017-ci il tarixli, 25 yanvar 2018-ci il tarixli, 13 dekabr 2017-ci il tarixli, 06 noyabr 2017-ci il tarixli, 05 oktyabr 2017- ci il tarixli, 05 may 2017-ci il tari xli, 11 aprel 2017-ci il tarixli ödəniş tapşırıqları (surətləri) ilə “M&C” firması tərəfindən həmin tarixlərdə 500 manat olmaqla, Paşa Bank vasitəsilə X4 oğlunun hesabına vəsaitlər həyata keçirilmişdir. 06 dekabr 2018-ci il tarixli ödəniş tapşırığı ilə 1055.6 manat məbləğində vəsait “PaşaBank” vasitəsilə X4 oğlunun hesabına köçürülmüşdür. 20 fevral 2017-ci il tarixli, 12 dekabr 2016-cı il tarixli, 12 yanvar 2017ci il tarixli, 09 mart 2017-ci il tarixli və 16 iyun 2017-ci il tarixli ödəniş tapşırıqları ilə həmin tarixlərdə müvafiq olaraq 500 manat, 3000 manat, 3000 manat, 1000 manat, 1000 manat Bakı Apellyasiya Məhkəməsinin, 27 yanvar 2016-cı il tarixli icra vərəqəsinə əsasən “M&C” firması tərəfindən X4 oğlunun hesabına köçürülmüşdür. Bakı şəhəri Binəqədi rayon icra şöbəsi tərəfindən “M&C” firmasına ünvanlanmış 01 dekabr 2016-cı il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-201/2016 saylı, 27 yanvar 2016-cı il tarixli icra vərəqəsinə əsasən tutulmalı olan pul məbləğinin tələbkar İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 oğlunun hesabına köçürülməsi xahiş olunmuşdur. “M&C” firması tərəfindən Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 12 noyabr 2018-ci il tarixli məktubun surətindən görünür ki, firma tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)2014/2016 saylı, 27 yanvar 2016-cı il tarixli icra vərəqəsinə əsasən hesablanmış 15555,60 manat dəymiş maddi ziyan məbləğindən İddiaçı hesabına 14500 manat köçürülmüşdür. 08/10/2018-ci il tarixinə yuxarıda göstərilən icra vərəqəsi üzrə qalıq borc məbləği 1055,60 manat təşkil edir. Hal-hazırda “M&C” firm asının maddi vəziyyətinin ağır olduğu və kifayət qədər vəsaitin olmaması səbəbindən 1055,60 manat qalıq borcu İddiaçı hesabına hər ay 100 manat ödəməklə, firma borcun tam ödənişini təmin edə bilər. Borcun ödənişinin firmanın balansında olan Şkoda Octavia markalı, ** AA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini əmlakın tələbi borcun yönəldilməsinə istiqamətində tədbirlərin həyata keçirilməsində köməklik göstərilməsi xahiş edilmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş verm iş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəyə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdi. 449.1-ci maddəyə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İşə baxan apellyasiya instansiya məhkəməsi yuxarıda sadalanan normalara istinad edərək hesab etmişdir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, on u qaytarmaqdan boyun qaçırmaq, onun ödənilməsini digər şəkildə gecikdirmək və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmək və ya toplamaq kimi hallar sübut olduğu təqdirdə ödənilməmiş vəsaitin məbləğindən faizlərin ödənilməsi mümkündür. Halbuki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, cavabdeh “M&C” firması Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2014/2016 saylı, 27 yanvar 2016-cı il tarixli icra vərəqəsinə əsasən hesablanmış 15555,60 manat dəymiş maddi ziyan məbləğini könüllü icra ilə bağlı bildirişi aldığı vaxtdan tərəflər razılaşdırmaqla hissə-hissə olaraq ödəmiş, 08/10/2018-ci il tarixinə yuxarıda göstərilən icra vərəqəsi üzrə qalıq borc məbləği olan 1055,60 manatın ödənilməsində çətinlik yarandığından məktubla Xətai rayon İcra və Probasiya şöbəsinə 12 noyabr 2018-ci il tarixli məktubla müraciət edərək, “M&C” firmasının maddi vəziyyətinin ağır olduğu və kifayət qədər vəsaitin olmaması səbəbindən 1055,60 manat qalıq borcu İddiaçı hesabına hər ay 100 manat ödəməklə, firma borcun tam ödənişini təmin edə bildiyini bildirərək, eyni zamanda borcun ödənişini təmin etmək üçün firmanın balansında olan Şkoda Octavia markalı, ** AA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsində köməklik göstərilməsi xahiş etmişdir. Bununla yanaşı mülki işdə qanuni qüvvədə olan qətnamənin icra edilməməsinə görə cavabdehə qarşı inzibati yaxud cinayət tədbirlərinin tətbiq edilməsini təsdiq edən sübutlar mövcud deyil. Bununla yanaşı iddia tələbi cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı əsaslandırılmamış və həmin cavabdehdən heçə nə tələb edilməmişdir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflə rarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı tərəf Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etsə də cavabdeh tərəfin həmin müddət ərzində iddiaçının vəsaiti hesabına faydalandığını sübuta yetirə bilmədiyindən iddia düzgün olaraq rədd edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azər baycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2(103)-10001/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7728/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7728/2019
02.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver