Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7733/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının vəkili Nümayəndə və Cavabdehiştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin alınması, üzərində fərdi yaşayış evinin tikilməsi və təmirinə çəkilmiş xərclərin cavabdehdən tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açı q məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev) İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin alınması, üzərində fərdi yaşayış evinin tikilməsi və təmirinə çəkilmiş xərclərin cavabdehdən tutulması” tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.Hüseyn) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansi yası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 avqust 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvanda yerləşən 3 sot torpaq sahəsinə xərclənmiş 3000 ABŞ dolları vəsaitin, orada tikdirdiyi ümumi sahəsi 96 kv.m olan fərdi yaşayış evinin tikintisinə xərclədiyi 35000 ABŞ dolları vəsaitin, cəmi 38000 ABŞ dolları vəsaitin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 1092.1-ci maddəsinin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak ə ldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). İddia tələblərinin Mülki Məcəllənin 1092.1 -ci maddəsinə əsasən təmin edilməsi üçün iddiaçı aşağıdakı halları sübut etməlidir: mübahisəli evin yerləşdiyi torpaq sahəsinin əldə edilməsi və evin inşa edilməsi üçün iddiaçı cəmi 38000 ABŞ dolları məbləğində pul vəsaiti sərf etmiş, həmin ev cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan, qanunsuz olaraq zəbt edilmiş, bunun nəticəsində isə sonuncu əsassız varlanmışdır. Lakin iddiaçı tərəfindən bu halların təsdiqi barədə mötəbər s übutlar təqdim edilməmiş və o, Mülki Prosessual Məcəllənin 77.1 -ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri isə bunu təsdiq edən sübut qismində qəbul edilə bilməz. Belə ki, Şahid1 iddiaçının qızıdır və onda olan məlumatlar eyni ilə iddiaçıdan alınan məlumatlardır. Digər Şahid2 ifadəsində isə mübahisəli evin məhz iddiaçının vəsaiti hesabına tikilməsi və ya təmir edilməsi ilə bağlı heç bir hal ümumiyyətlə göstərilməmişdir. Ona görə də, həmin şahidlərin ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz. Əksinə digər şahidlər Şahid3, Şahid4, Şahid5, X3, Şahid7, Şahid8 və X1 ifadələri ilə iddiaçının istinad etdiyi hallar təkzib olunur. Həmçinin iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Şahid1 Cavabdeh və X2 evə köçürmə və evdən çıxarma tələbinə dair iddia tələbi təmin edilməmişdir. İddiaçı Şahid1 həmin qətnamədən apellyasiyä şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qətnaməsi qismən, yəni iddiaçı Şahid1 mübahisəli mənzilə köçürülməsi tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilmiş, iddiaçı Şahid1 ünvan 2 ünvanında yerləşən evə köçürülməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən kassasiy a şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının qızı onun mübahisələndirdiyi evə köçürülmüşdür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin ed ilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7733/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7733/2019
17.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver