Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7735/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim V.Həsənov, iş № 2(008)-xx/18) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabde h4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 12345 (on iki min üç yüz qırx beş) ABŞ dolları 27 (iyirmi yeddi) sent əsas borc, 3373 (üç min üş yüz yetmiş üç) ABŞ dolları 69 (altmış doqquz) sent faiz borcu, 100 (yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi borc 15818 (on beş min səkkiz yüz on səkkiz) ABŞ dolları 96 (doxsan altı) sentin ödəniş günü Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Həmin qətnamədən Cavabdeh4 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi i lə (hakimlər X.Sarıyev-sədrlik edən və məruzəçi, V.Həsənov və Ş.Məmmədova, iş № 2(103)-xx/19)Cavabdeh4 apellyasiya şikayəti təmin edilməyərək Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh4 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 02R000030388 saylı kredit razılaşması üzrə 12514,17 ABŞ Dolları məbləğində kredit borcu, 3531,15 ABŞ dollari məbləğində faiz borcu və 4498,91 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20544 (iyirmi min beş yüz qırx dörd) ABŞ dollari 23 (iyirmi üç) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili Ş.Sadıqov məhkəmə kollegiyasının ic lasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh4 mübahisələndirmişdir. Nə digər cavabdehlər, nə də iddiaçı qətnamədən kassasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız Cavabdeh4 kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçini, vəkil Ş.Sadıqovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixliqətnaməsi həmin kassasiya şikayətinə münasibətdədəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyy ən edilmişdir ki, 21.02.2008-ci il tarixli Ö2L000001640 saylı kredit xətti müqaviləsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında olan razılaşmaya əsasən 60 (altmış) ay müddətinə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. 22.06.2012-ci il tarixli, 1640 saylı sazişlə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında olan razılaşmaya əsasən 21.02.2008-ci il tarixli, 02L000001640 saylı kredit xətti müqaviləsinə dəyişiklik edilərək, müqavilə müddəti 120 ay-21 fevral 2018-ci il tarixədək uzadılmışdır. 05.12.2013-cü il tarixli 02R000030388 saylı kredit razılaşması əsasında Cavabdeh4 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ dollari məbləğində kredit verilmişdir. Həmin tarixli, nəğd kreditin verilməsi barədə qəbzdən görüunür ki, 20000 (iyirmi min) ABŞ dollar məbləğində kredit Cavabdeh4 tərəfindən qəbul olunmuşdur. 05.03.2015-ci il tarixli 02R0000303S8S saylı sazişlə 05.12.2015-ci il tarixdə bağlanmış 02R000030388 saylı kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş planı ilə müəyyən edilmiş ödəniş məbləğləri və ödəniş tarixlərinə dəyişiklik edilmişdir. 21.02.2008-ci il tarixli 02S000001685 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və 22.06.2012-ci il tarixli 02S000017336 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və 31.05.2013-cü il tarixli 02S000020623 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. 22.06.2012-ci il tarixli, 1685 saylı sazişə əsasən Cavabdeh1 ilə bank arasında b ağlanmış 21.02.2008-ci il tarixli, 02S000001685 saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq, müqavilə ilə müəyyənləşdirilmiş borcun ödənilməsinə dair öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçının xəbərdarlığına baxmayaraq, borcu ödəmədiyindən, bu icranı gecikdirmə sayılmalıdır. Həmçinin öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər borcalanın məsuliyyətini öz üzərlərinə götürdüyündən, cavabdehlərin subsidiar məsuliyyəti nəzərdə tutulmadığınd an, onlar kreditor olan iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. İş üzrə ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 22877 nömrəli xx xxx2018-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatları, cari hesabdan çıxarış məlumatları və “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 («Borcalan») arasında bağlanmış xx xxx 2013-cü il tarixli, 02R000030388 saylı kredit müqaviləsinin və bu müqavilə əsasında imzalanmış əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh4 iddiaçı bank İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 09.12.2016-cı il tarixə (maliyyə arayışında borc hesablanılan tarixə) olan borcun 12345,27 ABŞ dolları əsas borc və 3373,69 ABŞ dolları faiz borcu, cəmi 15718,96 ABŞ dolları məbləğində müəyyən edilir. Ape llyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 739.1, 442, 445, 448.1, 470.1, 472.1, 472.3, 465.2, 462.1, 467-ci maddələrini rəhbər tutaraq hesab etmişdir ki, cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə iddiaçı kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlar əsasında və ekspert rəyi əsasında iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri əsasında müvafiq araşdırma aparmış və həmin dəlillər öz təsdiqini tapmadığından qətnaməni Cavabdeh4 aid hissədə dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməs inin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli oldu qları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən y uxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üz rə xx xxx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7735/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7735/2019
17.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver