Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7740/2019 15.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı ASC vəkili X3, Cavabdeh və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli, 2(103)-12915/2019 saylı qərardadından Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli, 2(103)-12915/2019 saylı qərardadı ilə (haki mlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, V.T.Həsənov və X.Ə.Sarıyev) Cavabdeh həmin məhkəmənin 28 dekabr 2017ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməyib və kassasiya şikayəti geri qaytarılıb. Cavabdeh qərardaddan kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə faiz borcunun, cərimənin və əldən çıxmış faydanın tutulması” barədə iddiası təmin edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəm əsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. 01 may 2019-cu ildə cavabdeh qətnamədən kassasiya şikayəti, eyni zamanda qətnamədən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi qətnamədən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsini rədd edib və kassasiya şikayətini geri qaytararkən prosessual normaların tələblərini pozub. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsi xa hiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı ASC vəkili xx məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apel lyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh qətnamədən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsini rədd edib, kassasiya şikayətini geri qaytararkən, onun qanunla müəyyən edilmiş prosessual müddəti üzrlü səbəblərdən ötürməsinə, işdə, buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsasların olmamasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 133.1, 133.2-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kass asiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 134.1.5, 135.1 və 135.2-ci maddələrinin mənasına görə, birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllə nin 405.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1, 130.3 və 133.1-ci maddələrinin mənasına görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsinin surəti rəsmi qaydada 04 yanvar 2018-ci il tarixdə Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvana göndərildiyindən, 10 yanvar 2018-ci il tarixdə qətnamənin surəti həmin ünvanda yaşayan “Quliyev” soyadlı şəxs tərəfindən rəsmi qaydada “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməli məktuba imza etdirilməklə verildiyindən, Cavabdeh isə, qətnamədən prosessual müddəti ötürməklə 01 may 2019-cu il tarixdə kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verdiyindən və buxarılmış prose ssual müddətin bərpası üçün əsaslar müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq Cavabdeh qətnamədən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi rədd edilərək, kassasiya şikayəti geri qaytarılmış və sadalanan prosessual normaların tələbləri hazırkı mübahisəli məsələyə düzgün tətbiq edilmişdir. Cavabdeh 2018-ci ilin yanvar ayından bu günədək ölkə hüdudlarından kənarda olduğunu və bu səbəbdən də prosessual müddəti üzrlü səbəblərdən ötürdüyünü göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlili ilə razılışmır. Belə ki, əvvəla, işdən görünür ki, işə apellyasiya qaydasında mahiyyəti üzrə 28 dekabr 2017-ci il tarixdə baxılıb və qətnamənin surəti Cavabdeh rəsmi qaydə alındığı ünvana 18 yanvar 2018-ci il tarixdə rəsmi qaydada çatdırılıb və qətnamədən kassasiya şikayəti verilmədiyi üçün qətnamə icraya yönəldilib. Bundan sonra 08 noyabr 2018-ci il tarixdə Cavabdeh nümayəndəsi xxx yazılı ərizə ilə Bakı şəhəri, Yasamal rayon məhkəməsinə müraciət edərək, mülki iş materialları ilə tanış olmasını xahiş edib və 12 noyabr 2018-ci il tarixdə mülki iş materialları ilə tanış olaraq bu barədə yazılı qəbz verib. 30 noyabr 2018-ci il tarixdə isə Cavabdeh nümayəndəsi xxx yazılı ərizə ilə yenidən Bakı şəhəri, Yasamal rayon məhkəməsinə müraciət edərək, Bakı şəhəri, xxx rayonu, xxx küçəsi, 21 saylı evin 47-ci mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edib və Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilib. Göründüyü kimi cavabdehin iş üzrə ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlumatsız olması açıq-aşkar mülki iş materialları ilə istisna olunur və işdə, 01 yanvar 2018-ci ildən 11 aprel 2019-cu il tarixədək ötürülmüş 1 il, 3 ay prosessual müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İşin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni, əsaslı olduğundan və işdə, qərardadın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar olmadığından və kassas iya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli, 2(103)-12915/2019 saylı qərardadı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7740/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7740/2019
15.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver