Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7745/2019 05.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli 2(103)-1957/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Nuriyev, iş № 2(007)-3472/2018) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iddianın təmin edilib Cavabdeh 15.000 manat alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları: 2018-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müxtəlif vaxtlarda sahibi olduğu şadlıq evinin təminatı üçün Cavabdeh verdiyi ət məhsulunun pulundan 15.000 manatın cavabdeh tərəfindən ona qaytarılmamasını və bunun onların hər ikisinin imzaladıqları üzləşmə qəbzi ilə təsdiq olunmasını əsas göstərməklə Cavabdeh onun xeyrinə 15.000 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayəti verərək iddiaçının məhkəmədə iddia qaldıranadək ona göndərdiyi pretenziya məktubunda ondan 12.000 manat tələb etdiyi halda, məhkəməyə təqdim etdiyi iddia ərizəsində ondan 15.000 manat tələb etməsini, iddiaçı tərəfindən təqdim edilmiş qəbzin isə kserosurət olmaqla oradakı imzanın ona məxsus olmamasını, onun iddiaçıya hər hansı məbləğdə borcunun olmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlu matlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən cavabdehin iddiaçıdan ət almasını etiraf etməsini, lakin aldığı əti n pulunu qaytarmasını iddia etsə də məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim etməməsini, belə halda sübutetmə yükünün cavabdehin üzərinə düşməsini əsas göstərmişdir. Kollegiya hesab edir ki, qətnamə səthi yoxlanılmış sübutlar əsasında çıxarıldığından qanuni sayıla bilməz. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən cavabdehin ona 15.000 manat məbləğində borcunun olmasını təsdiq edən sübut kimi işin 6-cı səhifəsində olan 18 iyul 2017-ci il tarixli qəbzi təqdim etmişdir. İşin 6-cı səhifəsində olan həmin qəbzdən görünür ki, Cavabdeh iddiaçıya 15.000 manat məbləğində borcu vardır. Həmin qəbzdəki imzanın cavabdehə məxsus olmasının tədqiq olunması məqsədi ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə xətşünaslıq ekspertizasının aparılması barədə qərardad qəbul edilmiş, lakin ekspertizaya təqdim olunmuş qəbz kserosurət olduğundan və ekspertə qəbzin əslinin təqdim olunmaması səbəbindən ekspertizanın keçirilməsindən imtina olunmuş və ekspertiza aparılmamışdır. Nəticədə iddiaçının məhkəməyə təqdim etdiyi yeganə sübut sıradan çıxmış və məhkəmə kollegiyası həmin qəbzə istinad etmədən iddia tələbinin əsaslı olması barədə nəticəyə gəlmiş bu zaman cavabdehin ondan tələb olunan pulu qaytarmasını sübuta yetirməməsinə əsaslanmışdır. İşə baxan məhkəmə kollegiyası isə qəbzin əslinin əldə edilməsi istiqamətində hər hansı bir araşdırma aparmamışdır. İş materiallarından görünür ki, tərəflər arasında ət məhsulunun alqı-satqısı ilə bağlı münasibətin olması tərəflərin heç biri tərəfindən inkar olunmur. Onlar arasında mübahisəyə səbəb olan məs ələ məhsulun dəyərinin ödənilib-ödənilməməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı cavabdehə satdığı ətin pulunun sonuncu tərəfindən ona verilmədiyini və bununla əlaqədar müvafiq tələb irəli sürdüyü üçün tələbinin əsaslı olmasını sübut etmək vəzifəsi ilk növbədə onun üzərinə düşmüşdür. Bununla əlaqədar iddiaçının məhkəməyə təqdim etdiyi 18 iyul 2017-ci il tarixli qəbz sübut əhəmiyyətinə malik olduğu üçün o, həmin sənədin əslini məhkəməyə təqdim etməklə haqlı olduğunu sübuta yetirməli idi. Belə vəziyyətdə sübutetmə yükünün bütünlüklə cavabdehin üzərinə qoyulması Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə uyğun olmamışdır. Qanunun həmin normasına görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, iddiaçı tərəfindən dəyərini tələb etdiyi məhsulun həqiqətən də cavabdehə verilməsini təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçı tələbini mötəbər sübutlara istinad etməklə əsaslandırmamış, məhkəmə kollegiyasının istinad etdiyi hallar isə iddianın təmin edilməsi üçün əsas verməmişdir. İş materiallarından həmçinin görünür ki, mübahisə predmeti olan pulun mənimsənilməsi ilə əl aqədar iddiaçı hüquq mühafizə orqanlarına müraciət etmiş və orada müvafiq araşdırma aparılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi həmin sənədləri tələb edib tədqiq etməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 02 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7745/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7745/2019
05.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver