Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-775/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, subyektiv hüquq, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(103)8545/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kass asiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanı İddiaçı istifadəsindədir. Cavabdeh1, X8, Cavabdeh3 və Cavabdeh4 iddiaçının mərhum X1nun ailə üzvləri olmaqla, qonşuluqda yerləşən torpaq sahəsində inşa edilmiş yaşayış sahəsində yaşayırlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X2 iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən və X2 mülkiyyətində olan 0,0834 ha torpaq sahəsindəki sahəsi 24 kv.m olan V tikilisinin mərkəzi küçəyə baxan sol künc hissəsindən, küçəyə paralel şəkildə 12,7 metr ölçülməklə, həmin 12,7 metrlik hissəyə perpendikulyar şəkildə uzunluğu 65,7 metr təşkil edən sərhəd hasarının inşasına İddiaçı tərəfind ən törədilən maneələrin aradan qaldırılması, İddiaçı cavabdehlər X9 və X4 qarşı “torpaqdan istifadəyə görə yaranmış maneələrin aradan qaldırılması, zəbt olunmuş əmlakın geri qaytarılması, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin isə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi ona münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən edilə n maneələrin aradan qaldırılmasına, ünvan 1 ünvanında cavabdehlərin mülkiyyətində olan 0,0834 ha torpaq sahəsi ilə iddiaçının yaşadığı evin həyətyanı torpaq sahəsinin arasında uzunluğu 65,7 metr təşkil edən sərhəd hasarının inşasına cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini iddiaçı 1996-cı ildə almış, orada ev tikmiş və ailəsi ilə birlikdə həmin evdə yaşayır. X1 aralarında olan 65,7 metr təşkil edən sərhəd hasarının inşa edilməsi ilə bağlı maneələrin arada qaldırılması tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə onun iddia tələbi təmin edilmişdir. L akin, qardaşı vəfat etdiyindən onun uşaqları və arvadı sərhəd hasarını çəkməkdən imtina edirlər. Belə olan halda, o, məcburiyyət qarşısında qalıb həmin hasarı özü çəkmək istəyir. Artıq uzun illərdir ki, torpaq sahəsinə iddiaçı sahiblik edir, oradan fasiləsiz və etirazsız istifadə edir, öz torpaq sahəsini sənədləşdirmək istəsə də, cavabdehlər mərzçəkmə işlərinin aparılmasından ötrü ona aralarında olan sərhəd hasarının çəkilməsinə maneçilik törədir, sərhəd hasarını çəkməyə qoymurlar. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(010)2705/2021 nömrəli qətnaməsi ilə (hakim S.M.Miriyeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək göstərmişdir ki, əvvəlki məhkəmə araşdırm ası ilə müəyyən edilmişdir ki, İddiaçı hasar çəkmək istədiyi torpaq sahəsi nə İddiaçı, nə də cavabdehlərin xüsusi mülkiyyətində deyil. Həmin torpaq sahəsi üzərində yerləşən qanuni (texniki pasporta əsasən tikilmiş) tikililər, eləcə də torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi mərhum X2 mülkiyyətində olmuş, onun ölümündən sonra hazırkı tarixədək həmin ev, digər tikili və torpaq sahəsindən mərhumun arvadı və uşaqları olan cavabdehlər istifadə etmiş, həmin evdə yaşamışlar. Məhkəmə qeyd etmişdir ki, mübahisəli əraziyə tərəflərin iştirakı ilə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçının hasar çəkmək istədiyi torpaq sahəsi cavabdehlərin istifadəsindədir. Bu torpaq sahəsindən hasarla ayrılmış qonşu sahədə iddiaçının evinin tikildiyi və iddiaçının istifadəsində olan torpaq sahəsi yerləşir. Cavabdehlərin istifadəsində olan torpaq sahəsinin tərəflərdən heç birinin mülkiyyətində olmadığını yerində məhkəmə baxışında iştirak edən tərəflər bir daha təsdiq etmişdir. Torpağın nə istifadəsində, nə də mülkiyyətində olmadığını mübahisələndirməyən İddiaçı buradan hasar çəkməklə bağlı mövqeyini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə bu hasarın çəkilməsi qət edilmiş, buna baxmayaraq, cavabdehlər hasarın çəkilməsinə mane olur. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan və iddiaçının istinad etdiyi qətnamə ilə qüvvədə saxlanılmış birinci instansiya məhkəməsi hazırkı iddianın predmetini təşkil edən hasarın çəkilməsini qət etməmiş, sadəcə olaraq bu hasarın çəkilməsinə İddiaçı tərəfindən törədilən maneələrin ar adan qaldırılmasını qət etmişdir. Yəni, iddiaçının qeyd etdiyindən fərqli olaraq, çəkilməsini istədiyi hasarın çəkilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdur. Bu səbəbdən də iş üzrə cavabdehlərin öz istifadələrində olan torpaq sahəsində iddiaçı tərəfindən hasar çəkilməsinə icazə verməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsi kimi başa düşülməməlidir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan və iddiaçının da istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsindən görünür ki, yerli icra hakimiyyəti orqanı başçısının müvafiq sərəncamı ilə iddiaçının bacısına həmin ərazidə ev tikmək üçün torpaq sahəsi ayrılmış, daha sonra başqa bir sərəncamla istifadəyə verilmiş torpaq sahəsinin ölçüsü bir qədər artır ılmışdır. İddiaçının bacısı bu torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ üzrə xüsusi mülkiyyətçi kimi tanınmış və mülkiyyət hüquqları rəsmi qaydada dövlət qeydiyyatına alınmış, sonradan ev bağışlama müqaviləsi əsasında iddiaçının bacısı X13 tərəfindən iddiaçının X1na bağışlanılmış, X7 iş üzrə cavabdehlər olan ailə üzvləri ilə birlikdə bu evdə, mübahisəli torpaq sahəsində yaşamışdır. Sonradan, İddiaçı həm bacısının adına verilmiş sərəncamların, həm də müvafiq bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, onun bu iddiası əsassız hesab edilərək təmin edilməmişdir. Bu baxımdan məhkəmə İddiaçı evin və mübahisəli torpaq sahəsinin faktiki sahibi olması ilə bağlı qeyd etdikləri ilə razılaşmam ışdır. Məhkəmə iddiaçının hasar çəkmək istədiyi torpaq sahəsi üzərində hər hansı formada mülkiyyət hüququnun olmamasını bildirərək hesab etmişdir ki, iddia buna subyekt subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(010)-2705/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(103)-8545/2021 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər X.Ə.Sarıyevdən və N.Ş.Cəfərovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, B akı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(010)-2705/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi İddiaçı hasar çəkmək istədiyi torpaq sahəsinin nə İddiaçı, nə də cavabdehlərin xüsusi mülkiyyətində olmamasını, həmin torpaq sahəsi üzərində yerləşən qanuni (texniki pasporta əsasən tikilmiş) tikililərin, eləcə də torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin mərhum X2 mülkiyyətində olmasını, onun ölümündən sonra evdən, digər tikililərdən və torpaq sahəsindən mərhumun arvadı və uşaqları olan cavabdehlərin istifadə etmələrini, həmin evdə yaşamalarını, iddiaçının hasar çəkmək istədiyi torpaq sahəsinin cavabdehlərin istifadəsində olmasını, bu torpaq sahəsindən hasarla ayrılmış qonşu sahədə iddiaçının evinin tikildiyi və hazırda iddiaçının istifadəsində olan torpaq sahəsinin yerləşdiyini, cavabdehlərin istifadəsində olan torpaq sahəsinin tərəflərdən heç birinin mülkiyyətində olmadığını qeyd edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçı istifadəsində olan torpaq sahəsinin onun mülkiyyətində olmasını, hazırki iddianı vermək üçün subyektiv hüququnun olmasını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(103)-8545/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, əsassız olaraq iddiaçının subyektiv hüquqa malik olmaması nəticəsinə gəlinmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli qətnaməsi nəzərə alınmamışdır. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəfl ərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməs i tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qo runan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. “Torpaq qanunverici liyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 3-cü bəndində əsasən məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddianı rədd edən məhkəmələr hesab etmişlər ki, iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüquq yoxdur. Həmin mövqe onunla əsaslandırılmışdır ki, mübahisələndirilən torpaq sahəsi nə iddiaçının, nə də ki, cavabdehlərin mülkiyyətində deyildir. Eyni zamanda birinci instansiya məhkəməsi göstərmişdir ki, hazırki iş üzrə iddiaçı və onun mərhum qardaşı (cavabdehlərin hüquqi sələfi) arasında torpaq sahəsi üzrə məhkəmə mübahisələri əsasında qəbul edilmiş əvvəlki məhkəmə aktları hazırki iş üzrə preyusdisial əhəmiyyətə malik deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddi açının dəlillərinə tam hüquqi qiymət verilməmiş, mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət və ya istifadə hüququnun dövlət qeydiyyatına alınmaması işin mübahisəsiz halıdır və iddianın mahiyyətindən irəli gəlir (iddiaçı hazırki iddianı hüquqlarının rəsmiləşdirilməsi məqsədi ilə qaldırması ilə əsaslandırmışdır). Bununla belə, cavabdehlərin istifadələrində və mülkiyyətlərində olan tikililərin yerləşdiyi torpaq sahəsinə dair hüquqlarını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə olunmasa da, Bakı Apellyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsinin məzmunundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçux ur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 12 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,0834 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında mərhum X4 məxsus olmuşdur. Həmin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə həmçinin müəyyən olunmuşdur ki, X3 mülkiyyətində olan daşınmaz əmlakın və texniki pasportda nəzərdə tutulmayan tikililərə girişdən sağ tərəfdə yerləşən 65,7 m. uzunluğunda sərhəd hasar mövcud deyil və bu hasar inşa olunmalıdır. Məhkəmə kollegiyası razılaşır ki, qeyd olunan qətnamədə gəlinən nəticə hazırki iddianın təmin olunması üçün yeganə əsas ola bilməz və həmin qətnamə preyudisial əhəmiyyətə malik deyildir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, qətnamə hazırki iş üzrə faktiki hallarının müəyyən edilməsi üçün sübut əhəmiyyətinə malikdir. Həmin işdə isə hazırda müəyyən olunmuş hallardan fərqli olaraq cavabdehlərin tikililərinin yerləşdiyi torpaq sahəsinin cavabdehlərin vərəsələri olduqları şəxsin mülkiyyətinə olması müəyyən edilmişdir. Yəni cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin hüdudları müəyyən olmalıdır. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının hazırda çəkilməsi xahiş etdiyi hasarla ayrılacaq torpaq sahəsinin kimin mülkiyyətində və ya faktiki istifadəsində olmasını, yuxarıda qeyd olunan qətnamədə tikintisinə maneələrin aradan qaldırılması qət olunan hasarla eynilik təşkil edib-etməməsini araşdırmamışdır. Belə olan halda isə apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi “iddiaçının hasar çəkmək istədiyi torpaq sahəsinin cavabdehlərin istifadəsində olması, bu torpaq sahəsindən hasarla ayrılmış qonşu sahədə iddiaçının evinin tikildiyi və hazırda iddiaçının istifadəsində olan torpaq sahəsinin yerləşdiyi” ziddiyyətli olmaqla, işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, müvafiq araşdırma aparılmadan iddiaçının hazırki iddianı verməyə subyektiv hüquqa malik olmaması qənaəti də əsassız olmuşdur. Belə ki, iddiaçı tələbini mübahisələndirilən ərazidə faktiki sahibliyində olan fərdi yaşayış evini inşa etməsi, həmin ev üzərində hüquqlarını rəsmiləşdirmək istəməsi, sahibliyində olan torpaq sahəsinin əhatə olunmamasının buna mane yaradılması ilə əsaslandırmışdır. Belə olan halda, iddia olunan hasarla ayrılacaq torpaq sahəsinin faktiki olaraq iddiaçının sahibliyində olması müəyyən edildiyi hala, onun bu iddianı verməyə subyektiv hüquqa malik olması ehtimal olunur. Məhk əmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qeyd olunan hallara istinad etsə də, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə araşdırma aparmamışdır. Bununla da, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 220.4, 392-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakç ıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanun vericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olu nan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(103)-8545/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-775/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-775/2022
21.02.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver