Məhkəmə qərarları › İş №2(102)-7754/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-7754/2021

29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7754/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, cavabdehlər "xxxx" MMC, "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-yə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddialar barədə mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayəti nin məzmununun prosessual qanunvericiliyinə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2(103)-8958/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi, İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti "xxxx" MMC-yə, "xxxx" MMC-yə və Cavabdeh3 qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53- cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “ULU FARM" MMC-dən, “ULU DİYAR" M MC-dən və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə -09R000006035 saylı kredit razılaşması üzrə 52400.89 ABŞ Dolları kredit borcu, 31399.58 ABŞ Dolları faiz və 69374 ABŞ Dolları cərimə olmaqla, cəmi 153174.47 ABŞ dolları borcun, -09R000008941 saylı kredit razılaşması üzrə 58300.99 ABŞ Dolları kredit borcu, 37102.53 ABŞ Dolları faiz və 76144 ABŞ Dolları cərimə olmaqla, cəmi 171547.52 ABŞ dolları borcun, -09R000012554 saylı kredit razılaşması üzrə 310301.42 ABŞ Dolları kredit borcu, 192502.76 ABŞ Dolları faiz və 432938.74 ABŞ Dolları cərimə olmaqla, cəmi 935742.92 ABŞ dolları, 3 (üç) kredit razılaşması üzrə ümumilikdə cəmi 1 260 464 (bir nıilvon iki yüz altmış min dörd yüz altmış dörd) ABŞ Dolları 91 (doxsan bir) sent məbləğində borcun məhkəmədə iddia qaldırmaq ü çün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 84 manat xidmət haqqının tutulması, 09R000006035 saylı kredit razılaşması üzrə tələbin Abşeron rayonu Novxanı kəndi Bağlar massivində Cavabdeh3 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və ümumilikdə cəmi 153174.47 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; eyni zamanda hər üç kredit razılaşması üzrə tələbin Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində Cavabdeh3 mülkiyyətindəki ümumi sahəsi 111.9 m: qeyri yaşayış sahəsinə, Bakı şəhəri, Binəqədi rayonu. S.S.Axundov küçəsi 11/35 nömrəli binanın 1-ci mərtəbəsində Cavabdeh3 mülkiyyətində olan ümumi sahəli 219.4 m: qeyri yaşayış sahəsinə Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binada yerləşən Cavabdeh3 mülkiyyətində olan 55 nömrəli mənzilinə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılması və ümumilikdə cəmi 1260 464 (bir milyon iki yüz altmış min dörd yüz altmış dörd) ABŞ Dolları 91 (doxsan bir) sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının hərracdan satı şdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin "xxxx" MMC-dən, "xxxx" MMC-dən və Cavabdeh3 müştərək qaydada tutulması; Abşeron rayonu Novxanı kəndi Bağlar massivində Cavabdeh3 mülkiyyətində olan 0.08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində Cavabdeh3 mülkiyyətində olan ümumi sahəsi 111.9 kv metr qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Binəqədi r ayonu, X2 küçəsində 11/35 nömrəli binanın 1-ci mərtəbəsində Cavabdeh3 mülkiyyətində olan ümumi sahəsi 219.4 kv.m qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binada yerləşən Cavabdeh3 mülkiyyətində olan 55 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 isə İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 may 2007-ci il tarixli, 09M000000053 nömrəli, 04 noyabr 2011-ci il tarixli, 09M000000573 nömrəli və 02 may 2012-ci il tarixli, 09M0000006 16 nömrəli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə, iş № 2(001)-17/2021) ilkin iddia qismən təmin edilərək, cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMC-dən və Cavabdeh3 oğlundan müştərək qaydada 08.05.2012-ci il tarixli, 09R00005978 saylı kredit razılaşması üzrə əsas borca görə 52400,89 ABŞ dolları, faiz borcuna görə 31399,58 ABŞ dolları və cərimə borcuna görə 5000 ABŞ dolları; 19.08.2013-cü il tarixli, 09R000008941 saylı kredit razılaşması üzrə əsas borca görə 58300,39 ABŞ dolları, faiz borcuna görə 37102,53 ABŞ dolları və cərimə borcun görə 6000 ABŞ dolları, 30.09. 2014-cü il tarixli, 09R000012554 saylı kredit razılaşması üzrə əsas borca görə 310301,42 ABŞ dolları, faiz borcuna görə 192502,76 ABŞ dolları və 9000 ABŞ Dolları cərimə borcunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 93 manat rüsum və xidmət haqqının əvəzi alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tutulacaq məbləğin Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində Cavabdeh3 mülkiyyətindəki ümumi sahəsi 111.9 kv.m qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 11/35 nömrəli binanın 1-ci mərtəbəsində Cavabdeh3 mülkiyyətində olan ümumi sahəli 219.4 kv.metr qeyri-yaşayış sahəsinə, Bakı şəhə ri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binada yerləşən Cavabdeh3 mülkiyyətində olan 55 nömrəli mənzilinə yönəldilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində ümumi sahəsi 111.9 kv.metr qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 56000 (əlli altı min) manat; Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 11/35 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 219.4 kv.m. qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 220000 (iki yüz iyirmi min) manat; Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binada yerləşən 55 nömrəli mənzilin ilkin satış qiymətinin isə 140000 (bir yüz qırx min) manat müəyyən edilməsi, həmin əmlaklar açıq hərracda satılsınlar və onların satışından əldə olunmuş pul vəsaiti təmin edil miş iddia tələbi həcmində İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, həmin əmlakların satıldıqdan 1 ay sonra Cavabdeh3 tərəfindən boşaldılaraq alıcıya təhvil verilməsi, ilkin iddia tələbinin qalan hissəsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov, iş № 2(103)-8958/2021) İddiaçı QSC-nin apelyasiya şikayəti təmin edilərək, Cavabdeh3 apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)17/2021 saylı iş üzrə 19 aprel 2021-ci il tarixli qətnaməs inin mübahisələndirilən - ilkin iddia tələbinin ipoteka predmeti olan Abşeron rayonu Novxanı kəndi Bağlar massivində 0.08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinə tutmanın yönəldilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə ilkin iddia tələbinin təmin edilməsi və 08.05.2012-ci il tarixli kredit razılaşması üzrə tutma həmçinin Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində Cavabdeh3 mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinə yönəldilməsi, həmin bağ evinin ilkin satış qiymətinin 130000 manat müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti 08.05.2012-ci il tarixli kredit razılaşması üzrə borcun ödənilməsinə yönəldilməsi, bağ evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzin də Cavabdeh3 evi tərk etmədiyi halda, bağ evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 (vəkil Nümayəndə3) kasasiya şikayəti verərək, kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2(103)-8958/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 407.1.4-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, iş ə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti geri qaytarılır. 408.2-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, iddiaçının kassasiya şikayətinin m əzmunu Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Kassasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı işin hallarını, iş üzrə qəbul edilmiş məhkəmə qərarlarını sadalamış, hüquq normalarının pozulmasının nədən ibarət olmasını, hazırki mübahisədə necə tətbiq edilməli olmasını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur k i, kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli, 2(103)-8958/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar