Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7756/2019 02.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı vəkili Nümayəndə, Cavabdeh MTK-nın vəkili X1 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)8271/2019 nömrəli qətnaməsindən Cavabdeh MTK-nın kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə n 129.800 ABŞ dollarının alınıb ona ödənilməsi barədə əqtnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-1902/2019 saylı 14 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia təmin edilmiş, cavabdehdən 129.800 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)8271/2019 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-1902/2019 saylı 14 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)8271/2019 nömrəli qətnaməsindən Cavabdeh MTK və vəkili X1 oğlu kassasiya şikayəti vermişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə tərəfindən məhkəməyə iddiadan imtina edilməsi barədə yazılı və notarial qaydada təsdiq edilmiş ərizəni təqdim etmişdir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçın ın iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası iddiadan imtina barədə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina üçün vəkilin səlahiyyətləri olduğundan, habelə bu imtina hər hansı üçüncü şəxsin hüquqlarına zidd olmadığından qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 410-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏR ARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.07.2019-cu il tarixli, 2(103)-8271/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7756/2019
Ali Məhkəmə Qərardad — İş №2(102)-7756/2019
02.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver