Məhkəmə qərarları › İş №2(102)-7761/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7761/2019

16.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7761/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1rşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.07.2019-cu il tarixli 2(103)-9714/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayət i üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 55000 manat məbləğində pul vəsaitinin, mənəvi zərərin əvəzi olaraq 45000 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırmışdır ki, İddiaçı səhhəti ilə əlaqədar olaraq X3 müraciət etmiş, müvafiq ilkin müayinədən sonra ona və ailə üzvlərinə bildirmişlər ki, problemli heç bir şey yoxdur və xəstəxana tərəfindən müalicə nəticəsində tam sağalacaqdır. Bunun üçün də müayinələrdən sonra o, əməliyyat olunmalıdır. İddiaçı xəstəxanaya anlaqlı vəziyyətdə və kənar yardım olmadan gəlmişdir. O, 03 iyul 2018-ci il tarixd ə X3 daxil olmuşdur. Epikrizə əsasən həmin tarixdə ona 3-cü dərəcəli hipertoniya, beynin hər iki yarımkürəsində və kötüyündə işemik insult, sağ tərəfli hemiplegiya və motor afaziyu diaqnozu qoyulsa da, onun xəstəliyinin ürək xəstəliyi olduğu və stent qoyulmaqla səhhətində olan problemin aradan qalxacağı bildirilmişdir. Lakin bu əməliyyatdan sonra iddiaçı iflic vəziyyətinə düşmüş, nitqi, eləcədə ətrafların hərəkətləri tam itmişdir. O, yeriyə, hərəkət edə və danışa bilmir. Yaxınları tərəfindən xəstəxanadan bunun səbəbi soruşulduqda onlar buna normal izah verə bilməmişlər. Hesab edir ki, onun səhhətində yaranan bu problem həkim səhvi, düzgün müayinənin aparılmaması, eləcə də müalicə vasitələrinin düzgün seçilməməsinin nəticəsidir. Məsələnin ağır tərəfi bir də ondan ibarətdir ki, onu şikəst et məklərinə baxmayaraq, onlar müalicəni edə bilməyəcəklərini bildirmiş, əlavə vəsait tələb etməklə onu taleyin hökmünə buraxmışlar. Yaxınları onu məcburən başqa tibb müəssisinə köçürdükdə orada bildirmişlər ki, onun belə bir vəziyyətə düşməyinin səbəbi həkim səhvi, yanlış müalicədir. Ümumilikdə iddiaçı tərəfindən X3 5000 manatdan artıq pul ödənilsə də, hazırda ödənilmiş 4825 manat pulun müvafiq ödəniş qəbzi vardır. Cavabdeh tərəfindən iddiaçıya fiziki və mənəvi, o cümlədən maddi zərər vurulmuş, onların səhlənkarlığı və səhv müalicəsi nəticəsində iddiaçı nitq qabiliyyətindən və sərbəst hərəkətdən məhrum olunmuşdur. Belə bir hal iddiaçıda və ailə üzvlərində sarsıntı yaratmış, onlara mənəvi əzab vermişdir. Gələcək müalicəsi və qulluq göstərilməsi əlavə xərclər tələb edir ki, kiçik büdcəsi olan ailəsi üçün mümkünsüzdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Namidar Misirzadə) 08 may 2019-cu il tarixli, 2(011)-448/2019 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elşad Şamayev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Şeyda Məhərrəmova) 18 iyul 2019-cu il tarixli 2(103)- 9714/2019 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək Xətai Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.07.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKA YƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspertiza bir tərəfli aparılmış, işin aylarla ekspertizada olmasına baxmayaraq iddiaçı müayinə edilmədən rəy verilmiş, buna iradını bildirib təkrar məhkəmə ekspertizası təyin edilməsinə dair verdiyi vəsatət təmin edilməmiş, məhkəmə tərəfindən iş üzrə araşdırma bir tərəfli aparılmış və düzgün olmayan nəticəyə gəlinmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili X3 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclası na gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir İddiaçı X2 müalicə olunması, ürək-damarlarına iki stent qoyulması və bundan sonra xəstədə ağırlaşma, yəni baş beynində kəskin işemik insultu yaranması işin mübahisəsiz hallarıdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, keçirilmiş məhkəmə-tibbi ekspertizas ının 71/KEŞ saylı 09 aprel 2019-cu il tarixli rəyinə əsasən 1964-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı adına X2 tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona aparılmış angioqrafıya müayinəsi zamanı ürək-damarlarına iki stent qoyulmuş və bundan sonra xəstədə ağırlaşma, yəni baş beynində kəskin işemik insult yaranmışdır. İddiaçı X2 aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İddiaçı stent əməliyyatından sonra yaranmış baş beynin kəskin işemik insultu polietioloji serebro-vaskulyar xəstəliklərə aiddir və xəstəliyin baş vermə səbəbi haqqında konkret fikir söylənilməsi mümkün deyil. İddiaçı adına X2 tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onun üzərində aparılmış stent əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. İddiaçı adına X2 tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona “Hipertoniya xəstəliyi İİİ dərəcə. Şəkərli diabet İİ tip. Beynin hər iki yarımkürəsində və kötüyündə işemik insult. Sağ tərəfli hemiplegiya və motor afaziya ilə” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmiş və göstərilmiş ixtisaslı tibbi yardımlar təyin edilmiş diaqnoza uyğun olmuşdur. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsasən onun hal-hazırda “Hipertoniya xəstəliyi İİİ dərəcə. Şəkərli diabet İİ tip. Beynin hər iki yarımkürəsində və kötüyündə işemik insult. S ağ tərəfli hemiplegiya və motor afaziya ilə” xəstəliklərdən əziyyət çəkdiyi müəyyən edildi. İddiaçınm hazırki sağlamlıq durumu ilə əlaqədar onun müalicəyə ehtiyacı var. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyinə əsasən xəstədə baş vermiş işəmik insultun tibb müəssisəsində aparılmış əməliyyat və müalicə ilə, o cümlədən tibb müəssisəsinin həkimləri tərəfindən seçdikləri müalicənin texniki və taktiki üsulları ilə səbəbli əlaqə olması, yəni baş vermiş ağırlaşmanın tibb müəssisəsinin həkimlərinin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi öz təsdiqini tapmamışdır. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsindən təkrar məhkəmə-tibbi ekspertizasının keçirilməsini xahiş etdiyini qeyd etsə də, həmin məhkəmə kollegiyası hesab etmişdir ki, keçirilmiş ekspert iza tədqiqatının qeyri-mötəbərliyi üçün hər hansı əsas iş materiallarından müəyyən olunmur. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının səhhətində yaranmış vəziyyət mübahisəsiz olaraq onun və ailə üzvlərində mənəvi sarsıntısına və iztiraba səbəb olmuşdur. Həmin vəziyyətin yaranmasında cavabdeh xəstəxananın təqsiri müəyyən olunmadığından, mənəvi ziyana görə də cavabdeh məsuliyyət daşıya bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz v ə s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət gö stərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tər əfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi 09.04.2019-cu il tarixli məhkəmə tibb ekspertizasının rəyini işdə olan digər sübutlarla birgə qiymətləndirməmiş, həmçinin eksp ertin gəldiyi nəticələr, xüsusilə də, ekspert qarşısında qoyulmuş 3 və 4-cü suallar üzrə gəldiyi nəticələr əsaslandırılmamış, 3-cü suala verilən cavab- İddiaçı stent əməliyyatından sonra yaranmış baş beynin kəskin işemik insultu polietioloji serebro-vaskulyar xəstəliklərə aiddir və xəstəliyin baş vermə səbəbi haqqında konkret fikir söylənilməsi mümkün deyil” dəqiq olmamışdır. Buna görə də, məhkəmə kollegiyası ekspert rəyinfə xəstədə baş vermiş işəmik insultun tibb müəssisəsində aparılmış əməliyyat və müalicə ilə, o cümlədən tibb müəssisəsinin həkimləri tərəfindən seçdikləri müalicənin texniki və taktiki üsulları ilə səbəbli əlaqə olması barədə gəlinən nəticəni ekspertin mülahizəsi hesab edir, çünki rəydə bu nəticənin elmi əsaslandırılması, elmi qiymətləndirilməsi mövcud deyildir. Azərbayca n Respublikası MPM-nin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. İddiaçı apellyasiya şikayətində təkrar ekspertiza keçirilməsinin zəruriliyini vurğulasa da, apellyasiya məhkəməsi işdə olan ekspert rəyini mötəbər hesab etməklə, yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qəra rının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin f aktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq m ünasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmişkassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyul 2019-cu il tarixli 2(103)9714/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar