Məhkəmə qərarları › İş №2(102)-777/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-777/2019

01.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-777/2019 01.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 01 fevral 2019-cu il İş № 2(102)-777/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Şadiyev Ənvər Əhməd oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməni n ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər 5 saylı Bakı Cavabdeh1ndən notariat kontorunun xüsusi notariusu Cavabdeh2 və X1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Həsənov, iş 2(003)-53/2018)iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), V.Məmmədov və A.İmanov, iş № 2(103)- 7095/2018)iş üzrə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hü quqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmi ş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı ilə X8 1990-cı ildə rəsmi nikaha daxil olmuşlar və həmin nikah 2006-cı ildə məhkəmə qaydasında pozulmuşdur. 21 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 15 iyul 1995-ci ildə vəfat etmiş X3 vərəsəsi X6r və Bakı şəhəri, ünvan 1 ünvanında evə dair X7 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 24 noyabr 2015-ci il tarixi AN-İ seriyalı ******* №-li 4Ə-1/198 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 Bakı şəhəri, ünvan 1 ünvanında evini X1 satmış və hazırda mənzil sonuncunun xüsusi mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6, 346.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrini tətbiq etmişdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə görə,daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibar sızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 346.1-ci maddəsinə əsasən,fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiy yətindədir (ər-arvadın hər birinin əmlakıdır). Əlizadə Tamilla Tofiq qızı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, keçmiş həyat yoldaşı X8 onun mübahisəli evdə yaşamasını və evə hüququ olmasına baxmayaraq razılığını almadan evi satmışdır. Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev X8 tərəfindən satılarkən onun mülkiyyətində olmuş və mülkiyyətçi həmin evi vərəsəlik qaydasında əldə etdiyinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə tətbiq etdiyi maddi hüquq normalarına əsasən İddiaçı həmin evə mülkiyyət hüququ olmamışdır. Ev satılarkən X8 ilə İddiaçı arasında nikah pozulduğuna görə onlar ailə üzvü kimi hüquqi münasibətdə olmamı şlar. Ona görə də, 2015-ci ildə evin satılması ilə əlaqədar iddiaçı razılığının alınmasına zərurət olmamışdır. Kassasiya şikayətinin qeyd olunan dəlili əsassız olduğuna görə rədd edilməlidir. Kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, keçmiş əri X8 psixi xəstədir və ona şəxsiyyət pozğunluğu diaqnozu qoyulmuşdur. Fəaliyyət qabiliyyəti olmayan şəxsin bağladığı müqavilə etibarsız hesab olunmalıdır. Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342-ci maddəsinə əsasən, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmad ıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər. Həmin maddənin məzmunundan məlum olduğu kimi psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. X4 fəaliyyət qabiliyyəti olmayan sayılması barədə mülki işin materiallarında müvafiq sübut mövcud deyildir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qanunla müəyyənləşdirilmiş qaydada, yəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-cü fəsilinə müv afiq qaydada həll olunmalıdır. Mülki işin materialları ilə X4 məhkəmə qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi təsdiq olunmur. Ona görə də, kassasiya şikayətinin həmin dəlili də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2018-ci iltarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar