Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-777/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin vəkili Əsgərova Əfifə Füzuli qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12692/2019 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv pr osesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1524/2019 saylı, xx xxxxx 2019- cu il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh ərizəsi əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1524/2019 saylı, xx xxx 2019-cu il tarixli qərardadı ilə, məhkəmənin xx xxxxx 2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1524/2019 saylı, xx xxxx 2019- cu il tarixli qətnaməsi ilə (hakim İ.R.Burcayev) iddia tələbi rədd edilmişdir. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB apelyasiya şikayəti verərək, qətnamənin l əğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12692/2019 nömrəli qətnaməsi ilə (hakimlər X3, X1 və X2) iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1524/2019 saylı, xx xxxx 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12692/2019 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB kassasiya şikayəti verərək Bakı Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12692/2019 nömrəli qətnaməsinin qismən, iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsindən sonra başlayır. Bu səbəbdən də kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Hazırkı iş üzrə məhkəmə tərəfin öz sərbəst iradəsi ilə bağlamış olduğu kredit müqaviləsinin şərtlərini tam araşdırmadan iddia müddətinin axımına dair qətnamə çıxarması da qanuni deyildir. Tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Müqavilədə qeyd olunmuş 24 (iyirmi dörd) aylıq müddət müqavilənin qüvvədə olma müddəti deyil, borcun hissə-hissə qaytarılmasını müəyyən edən şərtdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin vəkili Əsgərova Əfifə Füzuli qızı kassasiya şikayətini müdafiə edəərk təmin edilməsini xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əs asən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1524/2019 saylı, xx xxxx 2019- cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, tərəflə r arasında bağlanmış 1xx/xx/4615/12 saylı, xx xxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank borc alana 24 ay müddətinə, xx xxxxx 2014-cü il tarixinədək, illik 25 %-lə, 4000 manat kredit verməyi, cavabdeh kredit borcunu və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bankın təqdim etdiyi arayışa əsasən cavabdehin xx.xx.2018-ci il tarixə 3177.27 manat əsas, 1482.49 manat faiz, 5570.7 manat cərimə, ümumilikdə 10878.14 manat borcu yaranmışdır. Cavabdeh iddiaya etiraz edərək, kredit müqaviləsi üzrə Banka heç bir ödəniş etmədiyini bildirmiş və mübahisəyə 3 illik iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 373.3, 375.2-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli və xx xxxxxx 2014-cü il tarixli Qərarlarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Tərəflər arasındakı kredit müqaviləsinin icra müddəti xx xxxxx 2014-cü il tarixdə, iddia müddəti isə xx xxxxx 2017-ci il tarixdə bitdiyindən və iddiaçı xx xxxxxx 2018-ci il tarixdə məhkəməyə müraciət etdiyindən iddia müddətini ötürmüşdür. İş materiallarında ötən müddət ərzində cavabdehin borcu etiraf edən hərəkətlərə yol verdiyi müəyyən edilmir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gə lmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar Mülki Məcəllə ilə müəyyənləşdirilir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulduğu kimi cavabdeh öz öhdəliyini 24 ay müddətində icra etməli olduğu halda həmin dövr ərzində icra etməmişdir. Beləliklə, iddiaçı həmin dövrdən sonra öz hüquqlarının pozulduğunu bilmişdir. Bu səbəbdən iddiaçının məhkəməyə müraciət etməsi üçün müddətin axımı həmin tarixdən başlamışdır. Apelyasiya şikayətində ifadə olunmuş əks yanaşma, öhdəliklər tam icra olunanadək müqavilə qüvvədə olduğuna görə iddia müddətinin a xımının başlanmaması barədə mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına uyğun olmamaqla, ümumiyyətlə iddia müddəti ilə bağlı mülki qanunvericilik normaları ilə ziddiyyət təşkil edir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, həqiqətən də kredit müqaviləsi ilə müqavilənin tərəflərin öz ö hdəliklərini tam həcmdə yerinə yetirməsinə qədər qüvvədə olması göstərilsə də bu şərt hazırkı tələb üzrə iddia müddətinin ötürülməsini istisna edən şərt kimi qiymətləndirilməməlidir. Çünki tərəflər arasında bağlanmış müqavilədə müəyyən olunmuşdur ki, kredit məbləği 24 ay müddətinə verilir və bu müddət xx xxxxx 2014-cü il tarixində bitmişdir. Odur ki, iddia müddətinin axımı da elə həmin müddətdən başlanmışdır. Həmin müqavilədə göstərilənlər isə müqavilənin qüvvədə olma müddəti kimi qəbul edilə bilməz. Belə ki, həmin bəndə əsasən kredit müqaviləsi tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirdikdən sonra qüvvədən düşür. Kollegiya hesab edir ki, müqavilənin bu bəndi mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, müqavilənin qüvvədə olma müddətinin öhdəliklərin tam icra edilməsi ilə əlaqələndirilməsi Mülki Məcəllənin 372-384-cü maddələrində nəzərdə tutulmuş iddia müddətinin və həmin Məcəllənin 550-554-cü maddələrində nəzərdə tutulmuş müddətin keçməsinə görə öhdəliyin xitamının tətbiqini qeyri-mümkün edir. Çünki bu halda öhdəliklər icra edilməyənədək müddətin axımı başlanmır, öhdəliklər tam icra olunduqda isə müddətin hesablanmasına ehtiyac olmur. Mülki Məcəllənin 554.1-ci maddəsinin tələblərinə görə müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəllənin 554.4-cü maddəsində isə təsbit olunmuşdur ki, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Qeyd olunan halları və Mülk i Məcəllənin 337.1-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 11.1-ci bəndi Mülki Məcəllənin tələblərinə zidd olduğu üçün etibarsızdır. Müqavilənin bu müddəası müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün də etibarsızdır. Bu baxımdan iddiaçının müqavilənin bu bəndinə istinad etməklə iddia müddətinin ötürülməməsinə istinad etməsi də əsassızdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəm ə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12692/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-777/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-777/2020
10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver