Məhkəmə qərarları › İş №2(102)-777/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-777/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-777/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı; İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və X5 qarşı, Bakı şəhər 14 saylı Notariat Kontorunun notariusu X2 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Vəkil1 oğlunun, İddiaçı Cavabdeh1 və onun vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının 2(103)-3800/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx xxxxxx 2018-ci il tarixli notarial kredit müqaviləsinə əsasən, İddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2018-ci il tarixədək qaytarmaq şərtilə 212.000 ABŞ dolları məbləğində borc verilmişdir. 2. xx xxxxxx 2018-ci il tarixdə bağlanmış zaminlik müqaviləsi ilə zamin Cavabdeh2, kreditor İddiaçı əsas borclu Cavabdeh1 qarşı tələb hüququna təminat vermişdir. 3. xx xxxxxxx 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən saylı fərdi yaşayış evini və 0.031 ha to rpaq sahəsini ipoteka ilə yüklü edərək İddiaçı tələb hüququna təminat vermişdir.

4. Öhdəliyin icra və ipoteka predmetlərinin yüklülük müddəti sonuncu dəfə xx.xx.2019-cu il tarixli əlavə sazişlə xx.xx.2019-cu ilədək uzadılmışdır.

5. Kredit borcundan 12 mart və xx xxxx 2019-cu il tarixlərdə müvafiq olaraq, 8.000 ABŞ dolları və 80.000 ABŞ dolları İddiaçı qaytarılmışdır. Qalıq borc 124.000 ABŞ dolları təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 124.000 (yüz iyirmi dörd min) ABŞ dolları borc məbləğinin və borc məbləğinin illik 5%-ni təşkil edən 10.200 ABŞ dolları, ümumilikdə 134.200 (yüz otuz dörd min iki yüz ) ABŞ dollarının ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan saylı fərdi yaşayış evinə və 0,031 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğin ona verilməsi, qalan borc məbləğinin isə cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı, işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər öhdəliyin icrasını gecikdirərək qalan 124.000 ABŞ dollarını ona qaytarmamışlar.

8. Cavabdeh1 iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin, xx xxxxxxx 2018-ci il tarixdə mülkiyyət hüququ ilə ona məxsus olan, ünvan 1 ünvanda olan yaşayış evinin ipotekaya qoyulmasma dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh X3 56.000 ABŞ dolaları pulun alınıb İddiaçı ödənilməsi və onun İddiaçı müqavilə ilə yaranmış öhdəliyin 58.000 ABŞ dollarının ödənilməsi ilə ünvan 1 ünvanda olan yaşayış evinin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh1, işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, sözügedən kredit müqaviləsi ilə ona hər hansı bir məbləğdə borc verilməmişdir. O, həmin borc müqaviləsi və ipoteka müqaviləsini bağlamağına məcbur edilmişdir. Belə ki, 2017-ci ilin fevral ayında İddiaçıla birgə kommersiya fəaliyyəti ilə məş ğul olmaq üçün Dubay şəhərinə getmişlər. Orada keçmiş tanışı X9 Mecidov tanış olmuşlar. Digər cavabdeh X8 ilə İddiaçı Bakı şəhərində onun iştirakı ilə biribirini tanımışlar. Adları çəkilən şəxslərlə birgə kommersiya fəaliyyəti ilə, yəni Ukrayna Respublikasından bitki yağının alınıb X4 Dubay şəhərində satışını təşkil etmək məşğul olmaqlarına dair razılığa gəlmişlər. Malın alınması üçün vəsaiti cavabdeh İddiaçı qoyacaqdı, o isə razılaşdıqları malların alınması, göndərilməsi işləri ilə məşğul olacaqdı. O və İddiaçı 2017-ci ilin iyun ayında Ukrayna Respublikasından 286.153 ABŞ dolları dəyərində, bitki yağını alıb X4 Dubay şəhərində göndərmişlər. Buna baxmayaraq malların Dubay şəhərində satılmasını təşkil edə bilməmişlər. xx.xx.2017- ci il tarixdə Aslanov Kamala məxsus olan “xxxx” MMC vasitəsi ilə malı BİG SHOT LLC şirkətinə satmışlar. Müqaviləyə əsasən 125.000 (X4 pulu) aed (34153 dollar) ilkin ödəniş almışlar və qalan 924,160 aed (252.000 dollar) 1 ay sonraya xx.xx.2018 ci il tarixdə ödəməyə rəsmi bank çeki təqdim edilmişdir. Aldığıqları 34153 dolların bir qismini xərclərə ödəmişlər, təqribən 12.00013.000 dollarını İddiaçı göndərmişlər. Sonradan məlum olmuşdur ki, BİG SHOT LLC-nin hesabında pul yoxdur, ofisi bağlıdır. Belə olan halda anlamışlar ki, onları aldadıblar və dərhal Dubay şəhərinin polis idarəsinə müraciət etmişlər. Malın qalan hissəsinin pulunu alıcıdan ala bilmədiklərinə görə o, İddiaçı qardaşı ilə dostlarının və tanışlarının vasitəsilə pulun 212000 dollarını ödəməyə razılaşmışlar. X1 edəcəyini bildirmişdir. Danışıb razılığa gəlmişlər ki, İddiaçı məxsus 252000 AB Ş dolları pulun 106.000 ABŞ dollarını A. Aslanov ödəsin, 146.000 ABŞ dollarını isə özü ödəsin. O, həmin pulun 88.000 ABŞ dollarını, Aslan Aslanov isə 50.000 ABŞ dollarını ödəmişdir. Onun 58.000 ABŞ dolları, Aslanın isə 56.000 ABŞ dolları ödənilməyən borcu qalmışdır. Borclu olduğu 88.000 ABŞ dollarının 8000 dollarını öncə qalan 80000 dollarını notarial qaydada ödəmişdir. Qalan 58.000 ABŞ dollarının ödəməyə hazır olduğunu bildirmiş və rəsmi şəkildə notarius vasitəsi ilə İddiaçı müraciət etmişdir və əvəzində ipoteka ilə yüklü etdiyi yaşayış evinin ipotekadan azad edilməsini xahiş etmişdir. Lakin, İddiaçı ondan Aslan Aslanovun ödəməli olduğu 56000 ABŞ dolları pulu ödəməyini tələb etmişdir. Kredit və ipoteka müqavilələrini bağlayarkən İddiaçı vədlərinə inanmışdır. Sonuncunun hazırkı əməl və hər əkətləri sübuta yetirir ki, onun inam və etibarından sui-istifadə edib, onu aldadıb, ona müqavilə bağladıb. Faktiki olaraq H. Mecidov ilə Aslan Aslanov arasında 106.000 ABŞ dolları məbləğində borc müqaviləsi bağlanmışdır. Müqavilə 14 saylı notariat kontorunun xüsusi notariusu X7 tərəfindən təsdiq edilmişdir. Cavabdeh Aslan Aslanovun İddiaçı ödəməli olduğu 56.000 ABŞ dolları pulu ödəməməsinə görə o mülkiyyətində olan yaşayış evini ipoteka ilə yüklülükdən azad edə bilmir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İ.Burcayev) xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-5590/2019 nömrəli qətnaməsi ilə, İddiaçı iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 124.000 (yüz iyirmi dörd min) ABŞ dolları borc məbləği (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi m əzənnəyə uyğun) və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmuş, tutma ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən, ümumi sahəsi 196,3 kv.m olan saylı fərdi yaşayış evinə və 0,031 ha torpaq sahəsinə yönəldilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 300.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş məbləğ hesabına İddiaçı olan borcun ödənilməsi, iddianın qalan hissədə, habelə Cavabdeh1 iddia tələblərinin təmin olunmaması qət edilmişdir.

11. Məhkəmə İddiaçı iddiasını qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərinin icrasını gecikdirmişlər və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır. Cavabdeh1 iddiası isə əsasızdır, ona görə ki, bağlamış müqavilələrin etibarsızlığında dair əsaslı, şübhədən kənar, mötəbər sübutlar təqdim olunmamışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) xx xxxx 2020-ci il tarixli, 2(103)-3800/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh1 ka ssasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 iddiasının əsaslandırılması ilə eyni məzmunludur (§ 9). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun vəkili Vəkil2, kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

18. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 kassasiya şikayətinə qarşı etiraz edərək onun təmin olunmamasını xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş də iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

21. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

22. Maddə 404.1 və 404.2. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

23. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

24. Maddə 470.1 və 472.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə v ə ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

25. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı ş əkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

27. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

28. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

29. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipote ka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

30. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə b ildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.

31. Maddə 36.4.1. Tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası m əhkəməsinin mövqeyi

36. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

37. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilm iş faktiki nəzərə alındıqda, İddiaçı borcun cavabdehlərdən tutulması tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 739.1-ci və 472.1-ci maddələri nəzərdən keçirilə bilər.

38. Belə ki, kreditor İddiaçıla əsas borclu Cavabdeh1 arasında 212.000 ABŞ dollarına dair notarial borc müqaviləsi bağlanmış, Cavabdeh2 isə öhdəliyin icrasına zamin durmuşdur. Öhdəliyin icra vaxtı olan xx.xx.2019-cu il tarixədək borc tam qaytarılmamışdır. Bununla da, Cavabdeh1 öhdəliyin icrasını gecikdirən borclu vəziyyətinə düşmüş, həm onun, həm də zamin Cavabdeh2 kreditor İddiaçı qarşısında müştərək öhdəlikləri yaranmışdır (§ 1-2, 4-5).

39. İddiaçı iddiasının söykəndiyi faktiki hallar qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uyğunluq təşkil edir (§ 23-25).

40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, sözügedən kredit müqaviləsi üzrə pul vəsaitinin verilməməsi, həmin əqdi, habelə ipoteka müqaviləsini bağlamağa birgə ticarət fəaliyyətində yaranmış borca görə məcbur edilməsi, bu səbəbdən əqdlərin etibarsız olması haqqında Cavabdeh1 iddiası əsaslı deyil.

41. Ona görə ki, əvvəla, Cavabdeh1 müqavilələrin etibarsız sayılması üçün əsas ola biləcək hallara dair mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Onun bildirdikləri isə əqdlərin etibarsız sayılmasına əsas təşkil etmir. Belə ki, kredit müqaviləsinin İddiaçı birgə ticarət fəaliyyətinə qoyduğu pul vəsaitinin qaytarılması məqsədilə həmin fəaliyyətin iştirakçılarının birgə razılığı ilə bağlandığını Cavabdeh1 özü etiraf etmişdir. Bundan əlavə, o, müqavilə üzrə borcun bir qismini ödəyərək əqdi bəyəndiyini göstərmişdir. Belə olan halda, kredit müqaviləsi və onun təminatı kimi bağlanmış ipoteka müqaviləsinin etibarsız sayılmasına əsas ola biləcək hallar aşkar edilmir.

42. Digər tərəfdən, kredit müqaviləsi bağlanarkən pul vəsaitinin alınmaması, əslində bununla borcun sənədləşdirilməsi barədə iddia sübuta yetirilmiş olsa belə, həmin hal əqdin etibarsız sayılmasına əsas ola bilməz. Çünki, tərəflər arasında olan mövcud borc, kredit müqaviləsi kimi rəsmiləşdirildikdə həmin müqavilə təfsir edilməklə mücərrəd borcun etirafı kimi qiymətləndirilməlidir. Məlum olduğu kimi, müqavilə təfsir edilərkən təkcə söz və ifadələrin hərfi mənası deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, habelə müqaviləyə qədərki və ondan sonrakı danışıqlar, hərəkətlər, qarşılıqlı münasibətlərdə yaranmış praktika və işgüzar adətlər nəzərə alınır (§ 22).

43. O da nəzərə alınmalıdır ki, müvafiq müqavilə ilə borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsinə yol verilmir (§ 26-27).

44. Göstərilənləri nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, borcun Cavabdeh1 və Cavabdeh2 tutulması, habelə Cavabdeh1 iddia tələblərinin rədd edilməsi hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Ona görə də, həmin hissələrdə kassasiya şikayəti rədd edilməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

45. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir.

46. Məlum olduğu kimi, ipoteka, öhdəliyin icrası gecikd irildiyi halda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Başqa sözlə, borclu öhdəliyini pozduqda ipoteka saxlayan təminat verilən əşyanın məcburi olaraq satılmasını tələb edə bilər (§ 20-21, 28).

47. Bununla belə, qanunverici tutmanın ipoteka predmetinə yönəldilməsi üçün məcburi prosedur qaydalar müəyyən etmişdir. Belə ki, ipoteka saxlayan, yönəltmədən əvvəl icra edilməli öhdəlik və tutmanın yönəldilməsi barədə xəbərdarlığı əks etdirən bildirişi ipoteka qoyana göndərməli, habelə həmin bildirişi ipotekanın dövlət qeydiyyatı orqanında ərizə ilə qeydə aldırmalıdır. Bu qaydalara əməl edilmədikdə ipoteka predmetinə tutmanın yönəldilməsi aparıla bilməz (§ 30-32).

48. Baxılan işdə isə ipoteka saxlayan İddiaçı, ipoteka predmetləri olan Bakı şəhəri Sabunçu rayonu Bakıxa nov qəsəbəsi Yavər Əliyev küçəsində yerləşən saylı fərdi yaşayış evinə və 0.031 ha torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 bildiriş göndərməsini və həmin bildirişi müvafiq ərizə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir.

49. Belə olan halda, borcun ipoteka predmetlərinə yönəldilməsi haqqında iddia qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır. Buna baxmayaraq məhkəmələr iddianı həmin hissədə təmin etməklə səhv nəticəyə gəlmişlər.

50. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin həmin hissədə yenidən araşdırılması və nəticəsindən asıl ı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməlidir.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3800/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi tutmanın ipoteka predmetlərinə yönəldilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar