Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-777/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2021-ci il tarixli, 2(103)-7541/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı İB Cavabdeh qarşı “vurulmuş maddi zərərə görə 2.830,80 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 2.860, 80 manat pul tələbinə dair” ilk iddiası rədd, Cavabdeh İddiaçı İB qarşı “qanunsuz hesablanmış 2.835,80 manat borcun, yeni quraşdırılmış sayğacın dəyəri kimi hesablanmış 235,88 manat pulun silinməsi və qanunsuz tutulmuş 343 manat pulun tutulması” barədə qarşılıqlı iddiası qismən təmin edilərək, Cavabdeh abonent hesabına hesablanmış borcdan qalıq qalmış 2.835,80 manat pulun silinməsi, habelə 343 manat pulun onun abonent hesabına geri qaytarılması qət edilib. İddiaçı İB apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. 03 dekabr 2021-ci il tarixdə İddiaçı İB kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Ali Məhkəmənin 27 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı İB iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilib və işə kassasiya şikayətinə əsasən Ali Məhkəmənin Mülki Kollegiyasında yazılı icraat qaydasında baxılması qərara alınıb. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, mülki iş materiallarını öyrənib, kassasiya şikayətini nəzərdə keçirib hesab edir ki, aşağıdakılara görə kas sasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməli, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.1, 408.1.1-ci maddələrində göstərilir ki, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şika yətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi, İddiaçı İB kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 402.1, 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlmadan, hazırki mülki iş üzrə iddianın qiymətinin beş min manatdan az olmasını və kassasiya şikayətinin isə 01 oktyabr 2021-ci il tarixdən sonra daxil olmasını nəzərə almadan, kassasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərib. Azərbaycan Respublikası MPM-nin 404-1.2-ci maddəsində göstərilir ki, kassasiya instansiyası məhkəməsi, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edir. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı İB kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 27 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, işə kassasiya qaydasın da baxmaq üçün prosessual əsaslar olmadığından kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404.2.2, 404-1.2, 417.1.7-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏRARA A L D İ M: İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2021-ci il tarixli, 2(103)-7541/2021 saylı qətnaməsindən İddiaçı İB verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında Ali Məhkəmənin 27 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin, işə kassasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməs i üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-777/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-777/2022
15.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver