Məhkəmə qərarları › İş №2(102)-7777/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7777/2019

10.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7777/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ucar Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(063)199/2019, hakim H.İ.Xəlilov) “xxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC-nin Cavabdeh qarşı iddiası təmin ed ilmiş, cavabdehdən 7035 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-2199/2019, hakimlər V.İ.Məlikov, A.A.Mahmudov, E.Ş.Hüseynov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: “X1” MMC ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2017-ci il tarixli, 12 nömrəli müqaviləyə əsasən sonuncu 73 hektar torpaq sahəsində yüksək keyfiyyətdə pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC -yə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar Cavabdeh 24487 manat məbləğində vəsait avans olaraq ödənilmişdir. 18 yanvar 2019-cu il tarixdə “xxxx” MMC-nin hüquqi varisi İddiaçı MMC Cavabdeh müqavilənin şərtlərini pozaraq cəmi 17452 manat məbləğində 34880 kq xam-pambıq təhvil verdiyinə, 7035 manat məbləğində borcu qaldığına istinad edər hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən həmin məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onuna əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, şahidlərin dindirilməsindən əsassız olaraq imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ond an ibarətdir ki, “X1” MMC ilə cavabdeh arasında bağlanmış 19 aprel 2017-ci il tarixli müqaviləyə əsasən sonuncu 73 hektar torpaq sahəsində pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X1” MMC-yə təhvil verməyi, “X1” MMC isə istehsal edilən pambığı qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə 24487 manat məbləğində vəsait avans kimi ödənilmişdir. Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq 17452,16 manat məbləğində 34880,79 kq xam-pambıq təhvil versə də, 7035 manat məbləğində borcu qalmışdır. Beləliklə, tərəflər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə müqavilə bağlanmış, cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəm iyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya məhkəmə si cavabdehin iddiaçı tərəfindən tədarük etdiyi məhsulu qəbul etməkdən imtina edilməsi ilə bağlı dəlili ilə razılaşmayaraq hesab etmişdir ki, cavabdehin işdə olan 16.04.2019-cu il tarixli ərizəsində həmin tarixdə onun 7035,64 manat borcunun olmasını etiraf etməsi həmin dəlillərlə ziddiyət təşkil edir. Eyni zamanda cavabdeh bu dəlilərlə bağlı heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmu ş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar