Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-778/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-778/2019 şəhəri 11 fevral 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil1, üçüncü şəxs X3 və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.08.2018-cı il tarixli, 2(103)-8734/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami ra yon Məhkəməsinin (hakim E.Nuriyev) 14.09.2017-ci il tarixli, 2(007)4727/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı “mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, 04.09.2014-cü il tarixli 130 saylı müqaviləyə əsasən, “xxxx” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində sahəsi 140.6 kv.m olan 3 otaqlı 31 nömrəli mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququnun bərpa edilməsi, “xxxx” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində sahəsi 140.6 kv.m olan 3 otaqlı 31 nömrəli mənzildə təmin işləri aparılması üçü n şərait yaradılaraq həmin mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində “xxxx” MMC-dən İddiaçı xeyrinə 10 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov, E.Nəbiyev, A.İmanov) 28.08.2018-cı il tarixli qətnaməsi ilə üçüncü şəxs X3 apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14.09.2017-ci il tarixli, 2(007)-4727/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı 04.09.2014-cü il tarixli 130 saylı müqaviləyə əsasən, “xxxx” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi 1 salyı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində sahə si 140.6 kv.m olan 3 otaqlı 31 nömrəli mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququnun bərpa edilməsi, “xxxx” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində sahəsi 140.6 kv.m olan 3 otaqlı 31 nömrəli mənzildə təmir işləri aparılması üçün şərait yaradılaraq həmin mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.08.2018cı il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı “mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə 20.07.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, 04.09.2014-cü il tarixli 130 saylı müqaviləyə əsasən onun Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə “xxxx” MMC-nin tərəfindən inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində sahəsi 140.6 kv.m olan 3 otaqlı 31 nömrəli mənzil üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi, həmin mənzildə təmir işləri aparılması üçün şərait yaradılaraq ona təhvil verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil 1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş, məhkəmə işin hallarını hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, 3-cü şəxs X5 tərəfindən mübahisəli mənzilə dair müqavilənin kim ilə bağlanması, həmin şəxsin “xxxx” MMC-yə məxsus olan əmlak üzərində sərəncam vermək hüququnun olub-olmaması araşdırılmamışdır. X5 apelyasiya instansiyası məhkəməsində verdiyi izahatda göstərmişdir ki, onunla mübahisəli mənzilə dair müqavilə “xxxx” MMC-nin vəzifəli şəxsi ilə deyil, həmin mənzilin yerləşdiyi binanı inşa edən “xxxx” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri ilə bağlanmış və həmin müqavilə əsasında əldə etmişdir. “xxx x” MTK-nın həmin binada yerləşən mənzillər üzərində sərəncam vermək hüququ yoxdur. “xxxx” MMC ilə “xxxx” MTK arasında bağlanmış 05.03.2006-cı il tarixli “Müştərək fəaliyyət üçün razılaşma müqaviləsi”nin 3.1.9-cu bəndinə əsasən, podratçı “xxxx” MMC-nin inşa etdiyi obyektdə mənzillərin və qeyri-yaşayış sahələrinin satışı və özgəninkiləşdirilməsi podratçı ilə razılaşdırılmaqla aparılır və bu razılaşma alıcılarla bağlanılacaq müqavilələrdə öz əksini tapmalıdır. Həmin müqavilənin 3.1.13cü maddəsinə əsasən, MMC tərəfindən obyektin tikintisi 50% yerinə yeitirildikdən sonra özünün həmin payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə podratçı “xxxx” MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının tikint isi başa çatdırılmış, ona görə də podratçı “xxxx” MMC-nin öz payı üzərində sərəncam vermək hüququ yaranmış, MMC həmin hüquqdan istifadə edərək öz payı üzərində sərəncam vermək hüququ əldə etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi işin obyektiv həlli üçün əhəmiyyət kəsb edən həmin halları araşdırmamış “xxxx” MMC-nin öz mülkiyyətində olan əmlak üzərində sərəncam verdiyini nəzərə almamışdır. Mübahisəli mənzil “xxxx” MMC tərəfindən İddiaçı 185000 manata satılmışdır və alıcı tərəfindən qeyd edilən məbləğ həmin gün ödənilmişdir. Bundan sonra mənzil İddiaçı istifadəsinə verilmiş, onun tərəfindən mənzildə tikinti-təmir işləri aparılmış, bu günədək bütün kommunal xərclər və digər zəruri məsrəflər onun törəfindən ödənilməkdədir. Göründüyü kimi mübahisəli mənzil əslində “xxxx” MMC tərəfindən X1. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.08.2018-cı il tarixli qətnaməsinin ləğv edilməsi və işi yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı və “xxxx” MMC məhkəmə iclasına gəlməmiş (nümayəndəsinin iştirakını təmin etməmiş) və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin işti rakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin göstərilən dəlillər əsasında təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 və vəkili Vəkil2 kassasiya şikayətində göstərilən dəlillərin əsassız olduğunu bildirib apelyasiya insitansiyası məhkəməsinin qəbul etdiyi qətnamədə göstərilən əsaslara uyğun olaraq kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hall arından göründüyü kimi, mübahisəli mənzil Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə «xxxx» MMC tərəfindən inşa edilən 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində, sahəsi 140,6 kv.m olan 3 otaqlı 31 №-li mənzildən ibarətdir. Həmin mənzilə dair 2 müqavilə bağlanmışdır. Birinci müqavilə 22 aprel 2010-cu il tarixdə «xxxx» MMC ilə X5 arasında bağlanmış və həmin müqaviləyə əsasən icraçı «xxxx» MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa olunan 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində, 140,6 kv.m ümumi sahədən ibarət olan 3 otaqlı, 31 saylı mənzili payçı X4 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 113183 manat icraçıya ödəməyi öhdəsinə götürmüşdür. 22.04.2010-cu il tarixli 02 sa ylı kassa mədaxil orderinə əsasən sonuncu tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir. İkinci müqavilə isə 04 sentyabr 2014-cü il tarixdə «xxxx» MMC ilə İddiaçı arasında bağlanmış və həmin müqaviləyə əsasən icraçı «xxxx» MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa olunan 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində, 140,6 kv.m ümumi sahədən ibarət olan 3 otaqlı, 31 saylı mənzili payçı İddiaçı təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 185000 manat icraçıya ödəməyi öhdəsinə götürmüşdür. 04 sentyabr 2014-cü il tarixli AXU 163 saylı kassa mədaxil orderinə əsasən sonuncu tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir. İddiaçı onunla bağlanmış 04 sentyabr 2014-cü il tarixli müqaviləyə istinad edərək, mübahi səli mənzilin onun sahiblik və istifadəsinə verilməsi tələblərini irəli sürmüşdür. Kollegiya qeyd etmişdir ki, yuxarıda qeyd olunan müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki cavabdeh «xxxx» MMC mübahisəli mənzili inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı- satqı qaydaları tətbiq edilir. Qeyd olunan maddələrdən müəyyən olunmuşdur ki, podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alqı-satqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Lakin iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh «xxxx» MMC arasında 04 sentyabr 2014-cü il tarixli 130 saylı müqavilə bağlanılan zaman həmin müqavilənin predmetini təşkil edən və inşa edilməli olan mübahisəli mənzil cavabdeh «xxxx» MMC-yə məxsus olmamış və onun həmin mənzilə dair müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Belə ki, mübahisəli mənzillə bağlı iddiaçı ilə müqavilə bağlanmamışdan təxminən 4 il 5 ay əvvəl, yəni 22.04.2010-cu il tarixdə «xxxx» MMC ilə üçüncü şəxs X5 arasında həmin mənzilin tikintisi haqqında müqavilə bağlanmış və o, həmin mənzilin dəyərini tam olaraq ödəmişdir. Qeyd olunanlarla təsdiq olunmuşdur ki, mübahisəli mənzil İddiaçı deyil, üçüncü şəxs X4 məxsusdur. Bununla bağlı kassasiya kollegiyası əlavə olaraq qeyd etməyi zərur hesab edir ki, 30.09.2017-ci il tarixli ittiham aktı ilə də müəyyən edilmişdir ki, İddiaçı istinaq dövründə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa olunan 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbə sində, 140,6 kv.m ümumi sahədən ibarət olan 3 otaqlı, 31 saylı mənzilinin ondan əvvəl X2 məlum olmuş, “xxxx” MMC tərəfindən aldadılması ilə əlaqədar o, zərərçəkmiş şəxs qismində işə cəlb edilmiş, istintaq dövründə bu barədə məlumatlı olduğu halda, həmin dövrdə də qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi28.08.2018-cı il tarixli qətnaməsi ilə üçüncü şəxs X3 apellyasiya şikayəti təmin edərək, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14.09.2017-ci il tarixli, 2(007)-4727/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı 04.09.2014-cü il tarixli 130 saylı müqaviləyə əsasən, “xxx x” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi 1 salyı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində sahəsi 140.6 kv.m olan 3 otaqlı 31 nömrəli mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququnun bərpa edilməsi, “xxxx” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının 10-cu mərtəbəsində sahəsi 140.6 kv.m olan 3 otaqlı 31 nömrəli mənzildə təmin işləri aparılması üçün şərait yaradılaraq həmin mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edərkən haqlı olmuş, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilmə li olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X7rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası M PM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.08.2018-cı il tarixli, 2(103)8734/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-778/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-778/2019
11.02.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver