Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7801/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina, iddia qiymətinin beş min manatdan az olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(103)-8875/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi, İşin halları İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanan 125203-1-11203 saylı, 27.05.2014-cü il tarixli “Kredit xətti müqaviləsi”nə əsasən 164.26 ABŞ dolları məbləğində əsas borc, 503.26 ABŞ dolları məbləğində faiz borcu və 50.56 ABŞ dolları məbləğində cərimə, cəmi 1.718.08 ABŞ dolları məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyev, iş № 2(007)-6/2021) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 27.05.2014-cü il tarixli kreit müqaviləsi üzrə 1164.26 ABŞ dolları əsas borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)-8875/2021) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraat ı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" ASC (Vəkil) kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(103)-8875/2021 nömrəli qətnaməsinin qismən – iddia tələbinin təmin edilməmiş, yəni faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müva fiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır 409-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxl ayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırki iş üzrə müəyyən edilmişdir ki, iddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 1718.08 ABŞ dolları məbləğində pulun ödənilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində yalnız iddianın qismən təmin edilmiş hissəsi mübahisələndirildiyindən, həmin tələb də 5000 manatdan az olduğundan qətnamənin həmin hissəsindən kassasiya şikayəti verilə bilməz Qeyd olunanlara əsasən, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası m əhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(103)-8875/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kasasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7801/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-7801/2021
29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver