Məhkəmə qərarları › İş №2(102)-7803/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7803/2019

09.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7803/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçılar X2, X7 və onların vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X6 və X14 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 11 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 avqust 2015-ci il ta rixində X20 və X21 arasında Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin, 30 avqust 2015-ci ildə X21 və Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin, 18.11.2015ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 arasında bağışlama müqaviləsinin və Cavabdeh1 adına verilmiş № 0757756, № 0787265, № ******* saylı çıxarışların, Cavabdeh2 adına verilmiş № ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-913/2018 saylı iş üzrə qəbul etdiyi 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9018/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin ediməmiş, Bakı şəhəri Xəzər Rayon Мəhkəməsinin 2(003)-913 /2018 saylı iş üzrə qəbul etdiyi 23 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2539/2019 saylı, 16 aprel 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9018/2018 saylı, 16 oktyabr 2018ci il tarixli qətnaməsi qətnaməsi bağışlama müqaviləsinin etibarsız sayılmasının rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2019-cu il tarixli, 2(103)8673/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova sədrlik edən və məruzəçi, M.Məmmədov və E.Şamayev) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Bakı ş əhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3006/2018 saylı iş üzrə qəbul etdiyi 26 oktyabr 2018-ci il tarixli qətnaməsinin bağışlama müqaviləsinin etibarsız sayılmasının rədd edilməsi hissəsində ləğv edilməsi, 17 avqust 2015-ci il tarixində X20 və X21 arasında ünvan 1 ünvanda yerləşənümumi sahəsi 70.1 kv.m, yaşayış sahəsi 18.4 kv.m, yardımçı sahəsi 51.7 kv.m olan 1 otaqlı bağ evinə dair bağlanmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi etibarsız hesab edilməsi, X12 5000 manat pul tutularaq iddiaçı X3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı X6, X16 və onların vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellya siya instansiyası məhkəməsi hazırda şikayət verilən qətnaməsini əsaslandırmaq üçün Ali Məhkəmənin hazırki iş üzrə qərarında göstərilənləri olduğu kimi təkrarlamaqla kifayətlənmiş və faktiki olaraq, mübahisəni necə həll etmək barədə Ali Məhkəmənin göstərişini yerinə yetirməklə, əslində prosessual qanunvericiliklə tam hüquqlu məhkəmə kimi üzərinə düşən vəzifəni yerinə yetirməkdən özünü kənarlaşdırmışdır. Belə ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir ki, bu da nəticə etibarı ilə iddiaçının mülkiyyət və ədalətli məhkəmə hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2019-cu il tarixli 2(103)-8673/2019 saylı qətnaməsinin ləğv edilərək, iddianın tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini x ahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya inst ansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2, 337.1, 337.2, 337.4, 666, Ailə Məcəlləsinin 32.1, 37.1, “Notariat haqqında” Qanunun 35-ci maddələrinə əsasən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, 17 avqust 2015-ci il tarixdə X18 ilə X21 arasında mübahisəli bağ sahəsinə dair bağışlama müqaviləsi bağlanarkən Mülki Məcəllənin 225.2-ci maddəsinin tələbləri gözlənilməmiş, həmin dövrdə X13 nikahda olan İddiaçı x4 razılığı alınmamışdır. Bağışlama müqaviləsi ilə bağlı tərtib edilmiş notariat işində olan razılıq ərizəsinin mötəbərliyi işdəki digər sübutlarla təkzib edilir, buna görə də həmin ərizənin qəbulu mümkün deyil. Apellyasiya instansiyası məhkəməsinin “Notariat haqqında” Qanunun 35, 46-cı maddələrinə, «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 17, 38, 46, və 49-cu bəndlərinə, Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına əsasən işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, X22 və İddiaçı X1 birgə nikahdan olan övladıdır, bağışlama müqaviləsi bağlanarkən onun razılığı tələb olunduğu halda alınmamışdır, lakin bu hal müqavilənin etibarsız hesab edilməsi üçün əhəmiyyətli deyil. Belə ki, mübahisəli bağ evi onun ümumi mülkiyyətində olmamış, habelə onun həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfin dən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2539/2019 saylı, 16 aprel 2019-cu il tarixli qərarına əsasən bağışlama müqaviləsinin etibarsız sayılması hissəsi üzrə araşdırma aparmış və müəyyən etmişdir ki, 41 saylı notariat kontorunda bağlanmış 17.08.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X20 Bakı şəhəri, ünvan 1 ünvanda yerləşənümumi sahəsi 70.1 kv.m, yaşayış sahəsi 18.4 kv.m, yardımçı sahəsi 51.7 kv.m olan 1 otaqlı bağ evini X19 bağışlamış, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. X21 ilə Cavabdeh1 arasında bağlanmış 31.08.2015-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən X21 mübahisəli bağ evini sonuncuya satmış, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmışdır. Cavabdeh1 isə 18.11.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ümumi sahəsi 29.2 kv.m olan bağ evini və 0.04 ha torpaq sahəsini Cavabdeh2 bağışlamış və çıxarış verilmişdir. X20 ilə X1 29 aprel 1975-ci il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ərə İzmaylov, arvada İzmaylova soyadı verilmişdir. İddiaçı X2 isə X5 və İddiaçı X1 birgə nikahdan olan övladıdır. İşin materiallarından görünür ki, iddiaçı mübahisəli bağ evinin birgə nikahda olduğu X20 tərəfindən bağışlanarkən onun razılığının alınmamasını əsas gətirərək müqavilənin etibarsızlığı nı mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 666-cı maddəsinin məzmununa görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama h ədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş b irtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Maddə 337.4.). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödənilməlidir (maddə 337.5.). Ailə Məcəlləsiin 32.1 -ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqa vilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər edilir. Qanunun mənasından görünür ki, tərəflərin nikah dövründə əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyətidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlər əsasında 17 avqust 2015-ci il tarixli bağışlama müqaviləsinin predmetinin bağ evinin təşkil etməsi ilə bağlı qiymətləndirməni düzgün aparmış və haqlı olaraq bu qənaətə gəlmişdir ki, göstərilən tarixli bağışlama müqaviləsi ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə deyil, ümumi sahəsi 70,1 kv.m. (yaşayış sahəsi 4 kv.m., yardımçı sahəsi 51,7 kv.m.) olan 1 otaqlı bağ evinə dair bağlanmış, X5 mülkiyyət hüququ məhz həmin bağ evi üzərində qeydə a lınmışdır. İlqar İzmayılov və Cavabdeh1 arasında bağlanmış 31 avqust 2015-ci il tarixli alqı-satqı müqaviləsinin predmetini də torpaq sahəsi deyil, mübahisəli bağ evi təşkil etmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin mübahisəli bağ evinin X4 və iddiaçı X1 ümumi birgə mülkiyyətində olmaqla 17 avqust 2015-ci il tarixdə X18 ilə X21 arasında mübahisəli bağ sahəsinə dair bağışlama müqaviləsi bağlanarkən Mülki Məcəllənin 225.2-ci maddəsinin tələblərinin gözlənilməməsi, həmin dövrdə X13 nikahda olan İddiaçı X1 razılığı alınmamasına dair nəticəsi ilə də razılaşır. Belə ki, bağışlama müqaviləsi ilə bağlı tərtib edilmiş notariat işində olan razılıq ərizəsinin mötəbərliyi işdəki digər sübutlarla təkzib edilir, buna görə də həmin ərizənin qəbulu mümkün deyil. Azərbayc an Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcu dluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). İşin materiallarından görünür ki, bağışlama müqaviləsi ilə bağlı tərtib edilmiş notariat işinə Voronej vilayətinin notariusu iddiaçı X9 X2 tərəfindən təsdiq edilmiş razılıq ərizəsi əlavə edilmişdir. “Qonçarov və partnyorları” Hüquq firmasının sorğusuna cavab olaraq Voronej vilayətinin notariusu X4 tərəfindən həmin ərizə ilə bağlı notariat hərəkəti edilmədiyini, həmçinin həmin sənədin onun notariat kontorunda rəsmiləşdirilmiş sənədlərlə əlaqəsinin olmadığını bildirmişdir. Kollegiya həmçinin apellyasiya instansiyası məhkəməsinin 17 avqust 2015-ci il tarixli bağışlama müqaviləsi etibarsız olduğundan X5 bağ evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı barədə qeydin də əsassız olması və İlqar İzmayılov ü çün hüquqi nəticə yaratmamasına dair nəticəsini də əsaslı sayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək daha sonra hesab edir ki,X4 həqiqi mülkiyyətçi olmamasına baxmayaraq Cavabdeh1 daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad edərək mübahisəli bağ sahəsini İlqar İzmayılovla alqı-satqı müqaviləsi bağlamaqla əldə etdiyindən vicdanlı əldə edən olmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin araşdırılmış hallarına və qanunvericiliyin bununla bağlı tələblərinə uyğun olmuşdur. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci və 149.2-ci maddələrinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmi r. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisəli bağ evinin iddiaçı X1 mülkiyyətinə qaytarılması mümkün olmadığından, X21 ilə Cavabdeh1 arasında bağlanmış 31.08.2015-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən mübahisəli bağ evinin sonuncuya 10000 manata satılması nəzərə alınaraq onun dəyərinin ½ hissəsi olan 5000 manat hissəsi X12 alınaraq iddiaçı Xədicə İzmayılovaya ödənilməli olmasına dair nəticəsi də qanunvericiliyin tələblərinə uyğun olmaqla əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin Cavabdeh1 özünün və ya vəkili vasitəsilə məhkəmə iclasında iştirak etməməklə özünün «vicdanlı alıcı» olmasını sübut etməyə çalışmamasına dair dəlili ilə bağlı hesab edir ki, proses iştirakçının məhkəmə iclasında iştirak etməməsi mahiyyəti üzrə işə baxan məhkəməyə onunla bağlı olan dəlillərə hüquqi qiymət verilməsinin qarşısını almır və bu halda sözügedən şəxsin məhkəmə iclasında iştirak etməməklə özünün «vicdanlı alıcı» olmasını sübut etməməsi onun «vicdanlı alıcı» olmaması anlamına gəlməsi üçün hüquqi əsas vermir. Beləliklə də, kassatorl arın mübahisələndirilən əqdlər üzrə Cavabdeh1 «vicdanlı alıcı» olmamasına dair dəlillərini məhkəmə kollegiyası əsassız sayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə həmçinin qeyd edir ki, kassatorların 17 avqust 2015-ci il tarixində X20 və X21 arasında ünvan 1 ünvanda yerləşənümumi sahəsi 70.1 kv.m, yaşayış sahəsi 18.4 kv.m, yardımçı sahəsi 51.7 kv.m olan 1 otaqlı bağ evinə dair bağlanmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi istisna olmaqla digər hissələrinə dair dəlillərinə hüquqi qiymət verilə bilməz. Belə ki, qeyd edilən müqavilə istisna olmaqla digər hissələrə artıq hüqqui qiymət verilmiş və kassasiya instansiyasının qərarında qeyd edilən şəxslər arasında bağışlama müqaviləsinin etibarsız sayılmasının rədd edilməsi hissəsində ləğv edilərək yeni apellyasiya baxışın a qaytarıldığından yenidən işə baxan məhkəmə də apellyasiya şikayətinin məhz bu müqavilə üzrə dəlillərinə hüquqi qiymət verməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçı X10 tələbinə münasibətdə hüquqi mövqeyi də düzgün olmuşdur. Belə ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 46-cı maddəsində göstərilir ki, qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər-arvadan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17, 38, 46, və 49-cu bəndlər). Göründüyü kimi, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına əsasən alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifəl ərin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin X22 İzmaylov və İddiaçı X1 birgə nikahdan olan övladı olmasına baxmayaraq bağışlama müqaviləsi bağlanarkən onun razılığı da tələb olunduğu halda alınmamasına hüquqi qiymət verməklə bu halın müqavilənin etibarsız hesab edilməsi üçün əhəmiyyətli olmamasına dair Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyini nəzərə almaqla düzgün qənaətə gəlmişdir. Belə ki, mübahisəli bağ evi onun ümumi mülkiyyətində olmamış, habelə onun həmin mənz ilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasınd a müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, h ərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək 17 avqust 2015-ci il tarixində X20 və X21 arasında ünvan 1 ünvanda yerləşənümumi sahəsi 70.1 kv.m, yaşayış sahəsi 18.4 kv.m, yardımçı sahəsi 51.7 kv.m olan 1 otaqlı bağ evinə dair bağlanmış Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi etibarsız hesab edilməsi və X12 5000 manat pul tutularaq iddiaçı X5 ödənilməsinə dair düzgün hüquqi nəticələrə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM -in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək mahiyyəti üzrə düzgün qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar X1 və X2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 08 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar