Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7806/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X11 oğlunun katibliyi ilə, xxxxnın nümayəndəsi X3 və Cavabdeh1 vəkili Cavabdeh1 iştirakları ilə, xxxx ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-188/19 saylı, 03 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasi ya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: xxxx Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 may 2011-ci il tarixli Kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 27 may 2011-ci il tarixli Kredit müqaviləsi üzrə 40.212,30 manat əsas borc və 4.425,58 manat faiz borcu olmaqla, cəmi 44.637,88 manat məbləğində borcun xxxx ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş XXXküçəsində yerləşən XXXnömrəli mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracdan satılması, mənzil satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına xxxx ASC-yə 4 4.637.88 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin (hakim Zülfüqar Sadıqov) 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xxxx “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 27 may 2011-ci il tarixli Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 40.212,30 manat məbləğində əsas borc, 4.425,58 manat məbləğində faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 44.667,88 manat məbləğində pul vəsaitinin xxxx Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh2 tutulmalı olan cəmi 44.667.88 manat məbləğində pul vəsaitinin xxxx "xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan XXX nömrəli mənzilinə yönəldilməsi və həmin mənzil açıq hərracda satılaraq xxxxya olan borcun ödənilməsi, tutma yönəldikdən və satıldıqdan sonra ən geci bir ay ərzində ipoteka predmeti olan XXX nömrəli mənzilinin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, İlham Kərimli və Vüqar Həsənov) 03 iyun 2019-cu il tarixli 2(103)-188/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 03.10.2018-ci il tarixli qətnaməsi qismən dəyişdirilərək Cavabdeh1 məxsus XXXküçəsində yerləşən XXXnömrəli mənzilinin ilkin satış qiyməti 115.000 (yüz on beş min) manat müəyyən edilmiş, 130 (yüz otuz) manat ekspertiza xərci cavabdehə aid edilmişdir. Cavabdeh1 və vəki li Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilərək iddia tələbinin Cavabdeh1 məxsus olan XXX nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq xxxxya olan borcun ödənilməsi, tutma yönəldikdə və satıldıqdan sonra ən gec bir ay ərzində ipoteka predmetinin boşaltması hissəsində təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsinin səbəblərini araşdırmadan, iştirakını təmin etmədən məhkəmə qətnaməsi qəbul etmişdir. Bununla da məhkəmə sübutların araşdırılmasından və sübutların təqdim olunmasından onu məhrum edərək ədalət mühakimə sinin müqəddəs olan tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərini pozaraq ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən iş üzrə icraatın dayandırılması barədə vəsatət verilərək, X5 xxxx ASC-nə, 9 saylı notariat kontoruna, Cavabdeh1 və qeyrilərinə qarşı “ipoteka müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi, maddi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi üzrə qüvvəyə minmiş məhkəmə qətnaməsi olanadək iş üzrə xxxx ASC Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönədilməsinə dair” iddia ərizəsi üzrə icraatı dayandırılmasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Lakin qeyd olunan vəsatətə ümumiyyətlə qiymət verilməmişdir. Apellyasiya şikayətinin dəlillərindən biri də kredit müqavi ləsi üzrə hesablanmış borc məbləğinin artıq olması olmuşdur. Lakin bununla da bağlı heç bir araşdırma aparmadan ancaq xxxxnın təqdim etdiyi sənədlər üzrə qətnamə qəbul edilmişdir. Cavabdeh2 X2 oğlu tərəfindən “xxxx” ASC-dən götürülmüş 160.000 (yüz altmış min) manat pulun təminatı olaraq ona məxsus mənzili ipoteka ilə yüklü etmək kimi niyyəti olmamışdır. Bununla bağlı Cavabdeh2 X2 oğlu və “xxxx” ASC ilə hər hansı danışıqlar aparmamışdır. Ümumiyyətlə xxxx Cavabdeh2 X2 oğlunu tanımamış, onları bağlayan heç bir əlaqə olmamış və hal-hazırda da yoxdur. Cavabdeh-Cavabdeh1 X4 tərəfindən aldadılaraq Cavabdeh2 X2 oğlu tərəfindən “xxxx” ASC-dən götürülmüş 160.000 (yüz altmış min) manat pulun təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən də Cavabdeh1 şikayət ərizəsi əsasında Suraxanı rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış və aidiyyəti üzrə istintaqın təşkili üçün Suraxanı RPİ-nin İŞ-nə göndərilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, X4 27.05.2011-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Cavabdeh1 aldadaraq ondan götürdüyü 16000 (on altı min) manat borc pulun müqabilində yuxarıda qeyd edilən evi girov qoymaq adı ilə Cavabdeh2 X2 oğlu tərəfindən “xxxx” ASC-dən götürülmüş 160.000 (yüz altmış min) manat pula görə 65000 (altmış beş min) manat qiymətləndirilərək ipoteka qoyub pul götürmüş bununla da Cavabdeh1 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Suraxanı RPİ-nin İstintaq Şöbəsinin 01.11.2014-cü il tarixli qərarı ilə Cavabdeh1 zərər çəkmiş qismində tanınmışdır. Qeyd olunanlar ona d əlalət edir ki, Cavabdeh2 X2 oğlu tərəfindən “xxxx” ASC-dən götürülmüş 160.000 (yüz altmış min) manat pulun təminatı olaraq Cavabdeh1 məxsus mənzilə deyil, digər Cavabdeh2 X2 oğluna və zamin X1 məxsus olan əmlaklara yönəlməsi daha düzgün və ədalətlidir. xxxx orta təhsillidir və latın əlifbası ilə təhsil almamışdır. Buna görə o latın əlifbası ilə nə yaza, nədə ki, oxuya bilmir. Bu səbəbdən də mübahisə edilən müqavilədə onun iradə ifadəsi olması absurd fikirdir. Belə ki, müqavilənin mahiyyətini bilməyən şəxs, müqavilənin bağlanmasında iradə ifadəsi əks oluna bilməz. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasın da xxxxnın nümayəndəsi Anar İmamverdiyev vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatını dinləməmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə g örə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən iş materialları ilə müəyyən edilmişdir: 27 may 2011-ci il tarixli Kredit Müqaviləsinin 3.1-ci bəndindən görünür ki, bu kredit müqaviləsi üzrə verilmiş borcun qaytarılması 27 may 2011-ci il tarixli İpoteka (girov) müqaviləsində göstərilən İpoteka predmeti ilə təmin o lunur. 27 may 2011-ci il tarixli İpoteka müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, xxxx xxxx ASC və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən sonuncunun mülkiyyətində olan XXX nömrəli mənzili “ipoteka qoyan” Cavabdeh1 tərəfindən “xxxx” xxxx ASC qarşısında 27 may 2011-ci il tarixli Kredit Müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 XXX nömrəli mənzilinə hüququ xxxx ASC-nin xeyrinə 60 ay müddətinə ipoteka ilə yüklü edilmiş və bu 10 iyun 2011-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 103 nömrəli reyestr kitabının 109321 nömrəli vərəqində qeydiyyata alınmışdır. İpoteka pred metinə tutmanın yönəldilməsi barədə bildiriş verilmiş və həmin bildiriş müvafiq qaydada rəsmi reyestrdə qeydiyyata alınmışdır. Cavabdeh1 məxsus XXX nömrəli mənzili ipoteka müqaviləsi üzrə yuxarıda qeyd olunan kredit müqaviləsi əsasında alınmış kreditin qaytarılmasının təminatı olaraq ipotekaya qoyularkən və məlum ipoteka müqaviləsi bağlanarkən ipoteka qoyanın ailə üzvləri mənzilin ipotekaya qoyulmasına razılıq verərək, həmin mənzilə tutma yönəldildikdə və mənzil satıldıqda onu tərk etmək barədə öhdəlik götürmüşlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı dəyərləndirmə aparmamışdır və buna görə də ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilməlidir. Apellyasiya instansi yası məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası keçirilmiş və “xxxx” MMC-nin rəyi ilə Cavabdeh1 məxsus XXXküçəsində yerləşən XXXnömrəli mənzilin bazar dəyəri 115.000 manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti rəydə nəzərdə tutulan məbləğdə müəyyən edilməlidir. Apellyasiya məhkəməsi cavabdehin qətnaməni ipoteka predmetinə münasibətdə dəyişdirilməsini, həmin hissədə iddianın təmin edilməməsini xahiş etdiyini və tələbini qeyd olunan ipoteka müqaviləsinin onun həqiqi iradəsini əks etdirmədiyi və etibarsızlığı ilə əsaslandırdığını, lakin onun qeyd etdiyi hallara artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə qiymət verildiyini və ipoteka müqaviləsindəki imzanın Cavabdeh1 tərəfi ndən icra olunduğunun müəyyən edildiyini qeyd edərək, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, hazırki iş üzrə cavabdeh olan Cavabdeh1 “xxxx" Açıq Səhmdar Cəmiyyətinə və qeyrilərinə qarşı "əqdin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 27 may 2011-ci il tarixli İpoteka müqaviləsinin etibarsız olması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etsə də, onun həmin iddiası Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qətnamələri ilə təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 iyun 2018-ci il t arixli Qərarı ilə də xxxx Cavabdeh1 cavabdehlər xxxx Açıq Səhmdar Cəmiyyətinə, Bakı şəhəri 9 saylı Notariat Kontoruna, Cavabdeh2 və X2 qarşı “əqdin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyan tələbinə dair” mülki iş üzrə çıxarılmış iddianın təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə aktları ilə cavabdehin ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı apellyasiya və kassasiya şikayətində göstərdiyi əsaslar ətraflı araşdırılmış və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cümaddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərə findən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. xxxx müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, xxxxın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməmə si, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, xxxxın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və xxxxa ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından xxxxın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Mülki Məcəllənin 203.3.1-ci mad dəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, xxxx daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, xxxx ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barəd ə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ xxxxın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği xxxxa ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ xxxxın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Kassasiya şikayətində cavabdeh məhkəmə iclasları barədə xəbərdar edilmədiyini qeyd etmişdir, lakin şikayətin bu dəlili iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarında olan xəbərnamələrdən görünür ki, Cavabdeh1 məhkəmə iclasları barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdir. Kassasiya şikayətində Cavabdeh1 şikayət ərizəsi əsasında Suraxanı rayon Prokurorluğunda Azərbaycan Respublikası C inayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanması və bununal bağlı hazırki iş üzrə icraatın dayandırılması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 254.1.4.-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Kassasiya şikayətində istinad olunan cinayət işinin məhkəmənin icraatında olması barədə kassator hər hansı sübut təqdim etməmişdir. Buna görə d,məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir. Göstərilənlərə əsasən kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməs inin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayət təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-188/19 nömrəli, 03 iyun 2019-cu il tarixli qətnaməsimübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7806/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7806/2019
16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver