Məhkəmə qərarları › İş №2(102)-7809/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7809/2019

20.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7809/2019 20.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh LPO “xxxx” ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “torpaq sahəsinin yüklülükdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 iyul 2019-cu il tarixli qətnaməsindən LPO “xxxx” ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması F ondu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyeva) İddiaçı cavabdeh LPO “xxxx” ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “torpaq sahəsinin yüklükdən azad edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxx” ASC ilə “xxxx” MTK və X5 arasında bağlanmış 1/188 saylı 21 oktyabr 2008-ci il ipoteka müqaviləsinə xitam verilmiş, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən, X3 mülkiyyətində olan 7,0 ha torpaq sahəsi ipoteka yüklülüyündən azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xəlilov, hakimlər X.Cəmilova və İ.Kərimli) LPO “xxxx” ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh LPO “xxxx” ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 iyul 2019- cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC ilə “xxxx” MTK və X5 arasında bağlanmış 21 oktyabr 2008-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və müqavilə ilə girov qoyulmuş Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 7.0 ha torpaq sahəsinin yüklülükdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, xxxx ASC ilə “x xxx” MTK arasında bağlanmış 21 oktyabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə MTK-ya 1000 000 manat məbləğində kredit alınmışdır. Eyni zamanda iş materiallarından görünür ki, 21 oktyabr 2008-ci il tarixli ipoteka müqaviləsi ilə “xxxx” MTK-nın 21 oktyabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin təminatı kimi ipoteka qoyan X4 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 7,0 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. 08 fevral.2016-cı il tarixində ipoteka qoyan X5 vəfat etmişdir. İş materiallarında olan ünvan 1 ünvanlanmış 20 noyabr 2018-ci il tarixli məktubun surətindən görünür ki, mərhum X1 qalmış miras əmlaka dair vərəsəlik işinin açılması ilə bağlı vətəndaş İddiaçı tərəfindən Bakı şəhəri 54 saylı notariat kontoruna müraciət daxil olmuş, X3 08.02.2016-cı il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı müraciəti əsasında vərəsələrin dairəsi müəyyən olunmuş və vərəsəlik işi açılmışdır. X3 vərəsəsinin İddiaçı olduğu müəyyən edilmişdir. Bununla əlaqədar “xxxx”dan ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 7,0 ha torpaq sahəsini ipotekadan (girovdan) azad olunmasına dair arayışın X3 vərəsəsi İddiaçı verilməsi xahiş olunmuşdur. Eyni zamanda iş materiallarında olan Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş 20.11.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən 1.000,000.00 manat kredit tam ödənilmişdir. Bununla yanaşı iş materiallarında olan Ləğv prosesində olan Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fonduna ünvanlanmış 18 iyul 2018-ci il tarixli məktubun surətindən görünür ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına “xxxx” ASC vasitəsilə güzəştli kredit vəsaiti almış və kredit öhdəliyi olan sahibkarlıq subyektlərinə vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət etmək məqsədilə daha gücləndirilmiş formada monitorinqlərin keçirilməsi barədə məktuba Ləğv prosesində olan Cavabdeh Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. Ləğv prosesində olan “xxxx” ASC-nin Fond qarşısında olan borc öhdəliyi 1 fiziki şəxs və 5 hüquqi şəxs üzrədir. X6 və “xxxx” MMC bank qarşısında borcunu tam icra etmiş, digər borclu “xxxx” Mənzil Tikinti Kooperativinin öhdəliyi kollektor şirkəti tərəfindən ödənilmişdir. Həmçinin iş materiallarında olan “xxxx” ASC tərəfindən verilən hesabdan çıx arışdan görünür ki, “xxxx” Mənzil Tikinti Kooperativinin borcu tam olaraq ödənilmişdir. “İpoteka haqqında” qanunun 48.1. maddəsinə əsasən, ipotekaya xitam verilməsi əsaslarından biri də əsas öhdəliyə xitam verilməsidir. İpoteka əsas öhdəliklərin icrasının təminatı üsulu kimi əlavə öhdəlikdir. Yəni ipoteka qoyan ipoteka saxlayan qarşısında əsas öhdəliyi icra etmədikdə tələb ipoteka predmetinə yönəlir. İpoteka ilə təmin edilən əsas öhdəlik ləğv edildiyi halda ipotekaya da xitam verilir. Hazırkı iş üzrə əsas öhdəlik icra olunmuş, tərəflər arasında öhdəliyə xitam verilmişdir. Belə ki, borc tam olaraq ödənilmişdir. Bu hal birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin verdiyi izahatla, həmçinin borcun tam ödənilməsinə dair Azərbaycan Kredit Bürosu MMC tərəfindən tərəfindən verilmiş çıxarışla, eyni zamanda Ləğv prosfesində olan “xxxx” ASC-nin Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fonduna ünvanlanmış məktubu ilə də təsdiq olunur. Həmin məktubda borclu “xxxx” MTK-nm öhdəliyinin kollektor şirkəti tərəfindən ödənildiyi bildirilir. Belə olan halda borcun ödənilməsinin təminatı olan ipoteka predmetinin yüklü qalmasının heç bir əsası yoxdur, buna görə də ipoteka müqaviləsinə xitam verilməli, ipoteka predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən 7.0 ha torpaq sahəsi yüklülükdən azad olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi brinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi t ərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh LPO “xxxx” ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar