Məhkəmə qərarları › İş №2(102)-781/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-781/2019

11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-781/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 11 fevral 2019-cu il İş № 2(102)-781/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)8650/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Ramin Quliyev) 02 may 2018-ci il tarixli 2(005)-1968/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 10900 manat məbləğində pul və 1862,083 manat məbləğində əldən çıxmış fayda və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Tofiq Səmədov) 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 02 may 2018-ci il tarixli, qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edərək Cav abdeh cəmi 10900 manat məbləğində pulun və cavabdehin günahı üzündən əldən çıxmış faydanın X3 Xidmətinin 2014, 2015, 2016, 2017 və 2018-ci illər üzrə banklara qoyulan depozitlərə müəyyən edilmiş 15 faiz hesablanmaqla hər il üçün 1635 manat olmaqla, 4 ilə 6540 manat, cəmi 17440 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını və Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş "dələduzluq" cinayət əməlinin tərkibi olduğundan onun barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ilin iyun ayında Bakı şəhərində ev almaq qərarına gəlmiş və bununla bağlı Bakı şəhəri, Xətai rayonunda yerləşən ev alqısatqısı ofisində makler işləyən cav abdehlə tanış olmuşdur. Bununla bağlı cavabdeh ona özünə məxsus Bakı şəhəri, ********************* küçəsində yerləşən, təmir işləri aparılan, ümumi sahəsi 230 kvadrat metr olan, 2 mərtəbəli evini göstərmişdir. O, evi bəyənmiş və cavabdehlə belə razılığa gəlmişlər ki, sonuncu evin təmirini başa çatdırmalı, daha sonra onun həyat yoldaşını qeyd olunan evə paspot qeydiyyatına salmalı, kommunikasiya müqavilələrini onun yoldaşının adına rəsmiləşdirməli, adına qeydiyyat vərəqəsi açdırmalı, evin texniki pasportunu tərtib etdiriməli və nəticədə evi 138000 ABŞ dollarına, yəni 105000 manata ona satmalı idi. Cavabdeh həmyerlisi olduğundan onunla aralarında səmimi münasibət yaranmış və bununla bağlı evin ümumi sahəsini ölçmədən evin qiyməti ilə razılaşmışdır. Evə baxdıqdan 1 həftə sonra cavabdehlə zə ngləşib onun ofisinə getmiş və oraya bacanağı X1 ilə birlikdə gələrək ona evə görə 300 manat məbləğində beh vermis, cavabdeh isə bu evdə təmir-abadlıq işlərini başa çatdırmalı və evdə dolab yığdırmalı idi. Beh veriləndən təxminən 15 gün sonra, avqust ayının ortalarında cavabdeh iddiaçıya zəng edərək pul istəmiş və o, dərhal 3000 manat məbləğində pulu həmin evin yanında bacanağının və digər şahidlərin iştirakı ilə cavabdehə vermişdir. Bundan 3 həftə sonra cavabdeh ondan yenidən pul istəmiş və o, 5000 manat məbləğində pulu bacanağı, onun dostları Ə6 və F6 iştirakı ilə cavabdehə alqı-satqı ofisində vermişdir. 2014-cü ilin oktyabr ayının əvvəlində cavabdeh ondan evə görə yenə pul istədiyindən o, yenə bacanağı və onun dostu Ə6 iştirakı ilə 2000 manat məbləğində pulu Fəhlə prospektindəki “Bəh-bə h” restoranının qabağında “Mercedes” markalı avtomaşınında cavabdehə vermişdir. Həmin ilin oktyabr ayının ortalarında evin həyat yoldaşının adına sənədləşdirilməsi üçün cavabdehlə görüşmüş və evin sxemi ilə tanış olarkən ona məlum olmuşdur ki, evin faktiki ölçüsü 230 kvadrat metr deyil, cəmi 146 kvadrat metrdir. Aldadıldığını başa düşərək cavabdehə evi almayacağını bildirmiş və evə görə ödədiyi cəmi 10300 manat, mətbəx şkafı yığdırmaq adı ilə verdiyi 600 manat, cəmi 10900 manat pulu geri istəmişdir. Lakin, cavabdeh başqa bir evini satıb pulu qaytaracağına söz versə də, o, bununla razılaşmayaraq, pulunu tələb etməkdə davam etmişdir. Cavabdeh ilk vaxtlar pulu qaytaracağını bildirsə də, sonradan onu hədələmiş, müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan yayınmışdır. Cavabdehin bu qanunsuz hərəkə tləri ilə bağlı aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə, həmin rayonun Polis İdarəsinə və digər rəhbər hüquq mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət etsə də, şikayətləri əsasında toplanmış material üzrə cinayət işi başlanması iki dəfə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin iki ayrı-ayrı müstəntiqlərinin qərarları ilə rədd edilərək, tələbin mülki xarakterli olması ilə bağlı ona mülki qaydada iddia qaldırmaq hüququ izah edilmişdir. Bundan başqa, cavadeh ondan aldığı 10900 manat məbləğində pulu 2014-cü ilin oktyabr ayından hazırkı vaxtadək qaytarmamaqla ona maddi zərər vurmuşdur. Cavabdeh ondan aldığı cəmi 10900 manat məbləğində pulu həmin vaxt ona qaytarsa idı, həmin pulu respublikanın banklarından birinə depozitə qoyub respublika X2 Xidmətinin həmin il üçün, yəni 2014-2018-ci illər üçün müəyyən etdiyi məbləğdə əlavə fayda formasında faiz pul götürə bilərdi. Banklara qoyulan depozitlərə Azərbaycan Respublikası X2 Xidməti faizləri hər ilə görə müəyyən edir. Odur ki, cavabdehin əldən çıxmış fayda formasında ona vurduğu zərərin həcmi X3 Xidmətinin 2014-2018-ci illər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğun hesablanmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instans iyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə onun Xətai rayon Polis İdarəsinin 06.01.2017-ci il tarixli qərarında göstərilən izahatını təhrif edərək qətnaməyə köçürmüş, həmçinin qərarda göstərilən bir xüsusatı nəzərə almamışdır. Belə ki, həmin qərarda göstərilir ki, iddiaçının ərizəsinə əsasən cavabdeh polis şöbəsinə dəvət edilməsinə rəğmən çağırışa gəlməmiş, telefon vasitəsi ilə müstəntiqə bildirmişdir ki, onun əvvələr bu iş üzrə verdiyi izahatlar əsasında işi araşdıra bilər. Cavabdeh iddiaçının ona təmir üçün 10900 manat pul verməsini etiraf etməmiş və həmin məbləğdə pulun cavabdehə verilməsi işin digər materialları ilə təsdiq edilmir. Ona görə də, qətnamə iddianın təmin edilməsi hissəs ində ləğv edilməli və iddia rədd edilməlidir. Tərəflərin izahatları: Cavabdeh vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şik ayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı Cavabdeh məxsus Bakı şəhəri, ******************* küçəsində yerləşən evi almaq istəmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı evin alınması üçün cavabdehə 300 manat məbləğində beh ödəmişdir. Daha sonra iddiaçı evi cavabdeh vasitəsilə öz hesabına 10000 manat məbləğində pul xərcləməklə təmir etmiş və evə 600 manat dəyərində mətbəx mebeli yığdırmış, iddiaçı tərəfindən evə görə cəmi 10900 manat məbləğində xərc çəkilmişdir. Tərəflər arasında heç bir müqavilə (evin alqı-satqısı, beh və s.) bağlanmamışdır. Daha sonra iddiaçının uşağı xəstələndiyindən onun həmin evi almağa maddi imkanı çatmamış və o, cavabdehdən evə çəkilən xərclərin qaytarılmasını xahiş etmiş, lakin cavabdeh pulun qaytarılmasından imtina etmişdir. İddiaçı cavabdehin hərəkətləri ilə bağlı polis idarəsinə müraciət etmiş, cavabdeh polis idarəsində izahat verərəkən iddiaçı tərəfindən ona 300 manat beh verilməsini, evin təmirinə 10000 manat, mətbəx mebelinə isə 600 manat məbləğində xərc çəkdiyini təsdiq etmiş, lakin pulu qaytarmaqdan əsasız olaraq boyun qaçırmışdır. Şikayət mülki xarakterli olduğundan iddiaçının ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Nəticədə iddiaçı mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qayd alarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ib arətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin faktiki əsasları tələbin qanuni əsası olan Mülki Məcəllənin 1091.2, 1092.1 və 1093.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğundur. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh 2014-cü ilin iyun ayında Bakı şəhəri, ***************** küçəsində yerləşən mübahisəli evin qeyri-rəsmi formada 138000 ABŞ dollarına, yəni 105000 manata alqı-satqısı barədə razılığa gəlmiş, iddiaçı cavabdehə bunun la bağlı 300 manat beh, 600 manat mebel üçün pul vermiş, sonradan razılaşmaları baş tutmamışdır. İşin mübahisə doğuran halı isə ondan ibarətdir ki, iddiaçı razılaşdıqları puldan cavabdehə evin qalan təmir işlərini tamamlamaq üçün hissə-hissə 10000 manat (5000, 3000 və 2000) verdiyini iddia edir, cavabdeh isə iddiaçıdan birbaşa həmin məbləği almadığını, iddiaçı özü mübahisəli evi öz zövqünə uyğun yenidən təmir etdiyini və ustalara pulu özünün verdiyini bildirərək iddiaya etiraz edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, cavabdeh həm cinayət mühakimə icraatı zamanı istintaq orqanı tərəfindən araşdırma aparılarkən, həm də apellyasiya baxışı zamanı verdiyi izahatında iddiaçının iddia etdiyi məbləğ i mübahisəli evlə bağlı sərf etməsini etiraf etmişdir. Cavabdehin bu hissələrdə iddianı qismən etiraf etməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Digər tərəfdən cavabdeh sonradan başqa şəxsə satdığı mübahisəli evdə iddiaçının təmir işlərini həqiqətən də apardığını və vəsait xərclədiyini inkar etməmiş, lakin bunu iddiaçının öz təşəbbüsü ilə etdiyini bildirmişdir. Cavabdeh həm də təsdiq etmişdir ki, həmin evi 2015-ci ilin yanvar-fevral aylarında başqa şəxsə satmışdır. Göründüyü kimi, iddiaçının da vəsait xərcləyərək daha da yaxşı vəziyyətə gətirdiyi evi başqa şəxsə sataraq gəlir əldə etməsini cavabdeh inkar etməmişdir. Lakin mübahisəli evlə bağlı iddiaçının sərf etdiyi vəsaiti geri qaytarmaq istəməmiş və bununla da iddiaçının hesabına əsassız olaraq varlandı ğını açıqaşkar nümayiş etdirmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi üzrə cavabdeh iddiaçının gətirdiyi dəlillərə dair öz etirazının əsası kimi bu halları təkzib etmək üçün kifayət qədər ciddi arqumentlərdən istifadə etməmişdir. Belə ki cavabdeh iddiaçının mübahisəli evi öz təşəbbüsü ilə təmir etməsini və ustalara birbaşa özünün pul verdiyini bəyan edirsə bunu sübut etməlidir. Bu halı sübut etmək vəzifəsi artıq cavabdehin üzərinə düşür. Lakin cavabdehin gətirdiyi dəlillər inandırıcı görünmür. Çünki bu dəlillər iddia tələbinə etiraz kimi gətirilən şəxsi mülahizələrə əsaslanır. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, tərəflər arasında tanışlıq münasibətinin yaranması (həmyerli olmaları ilə əlaqədar) cavabdehin əsassız varl anmasını daha ağlabatan olmasına dəlalət edir. Çünki, cavabdeh iddiaçının hesabına sonradan aradan qalxmış əsasa söykənən əmlak (10900 manat) əldə etmişdir. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Varlanmış şəxs olan cavabdeh iddiaçının verdiyi pula görə özünə əlverişli şərait yaratmışlar. İddiaçı və varlanmış şəxsə pul verən məhrum olan isə varlanmış şəxs olan cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığından verdiyini geri tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini t ənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən də irəli sürülmüş və məhkəmə həmin dəlilləri tam, hərtərəfli, obyektiv araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin e dilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8650/2018 nömrəli iş üzrə 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar