Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-781/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Quliyev Elxan Ağalar oğlu, cavabdehin vəkili Məmmədov Asəf Sahib oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(005)54/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər x2 və x3-dən ünvan 1 ünvanında yerləşən mənzilə vurulmuş 27438 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumu iddiaçı x1nın xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən, məruzəçi), T.Səmədov və İ.Şirinov, 2(103)-12109/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 09 aprel 2019cu il tarixli qətnaməsi cavabdehlərin apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdehlər x2 və x3-ya qarşı iddia ərizəsi və iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin 27438 manat zi yan hissəsində təmin edilməsini, mebellərə dəymiş ziyanın, yəni 60336 manat hissəsində isə baxılmamış saxlanmasını, həmçinin cavabdeh x3 onu bilərəkdən aldadaraq, etibarından sui-istifadə edərək, mənzili ona sataraq 540000 manat pulunu mənimsədiyindən, texniki qüsuru olan mənzili ona satdığından və 3 dəfə həmin mənzilə kapital qoyaraq təmir edib 113504 manat xərclədiyi ilə əlaqədar x3 barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayət i onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Məmmədov Asəf Sahib oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Quliyev Elxan Ağalar oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddianın təmin edilərək cavabdehlər x2 və x3-dan ünvan 1 ünvanda yerləşən mənzilə vurulmuş 27438 manat məbləğində maddi zərərin iddiaçı x1nın xeyrinə tutulmasına dair birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apellyasiya instansiyası məhkəmsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh x2 satdığı mənzildə olan qüsurlar barədə qabaqcadan iddiaçıya məlumat verməmiş, mübahisəli mənzil hələ x2nın mülkiyyətində olarkən qüsurlar mövcud olmuş, lakin x2 belə bir qüsurların olduğunu bilə-bilə həmin qüsurlar barədə məlumat vermədən m ənzili iddiaçıya satmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdeh x2ya münasibətdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, qətnamə maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, işdən görünür ki, 14.06.2011 -ci ildən ünvan 1 mənzili (278,46 kv.m ümumi sahəsi olan) mənzil x2nın adına qeydə alınmış, 01.04.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 16.10.2015-ci il tarixdə x4 adına qeydiyyatdan keçmişdir. Məhkəmə tikinti texniki ekspertizasının 30 yanvar 2019-cu il tarixli 9382/83 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin konstruktiv elementləri (divar, tavan, döşəmə) üzərində su sızma izlərinin olduğunu nəzərə alaraq, 66 saylı mənzilə ziyan vurulması müəyyən edilmişdir. 66 saylı mənzilin qüsu rlar aşkar edilmiş otaqlarının konstruktiv elementləri üzərində yerləşən terrasın döşəməsinə baxış keçirilmiş, terrasın döşəməsi su ilə doldurularaq x3-nın və mənzil sahiblərinin iştirakı ilə eksperiment aparılmış, lakin müəyyən müddətdən sonra 66 saylı mənzilə baxış keçirilmiş divar, tavan, döşəmə üzərində hər hansı su sızmaları aşkar edilməmişdir. Bununla müəyyən edilir ki, atmosfer suları güclü küləyin təsirindən şimal hissədə yerləşən terrasın döşəməsi üzərinə və döşəməyə bitişik fasadın qabaritli aqlay daşı ilə üzlənmiş hissələrinə sızaraq oradan da 66 saylı mənzilin konstruktiv elementlərinə su sızması baş verir. Bununla yanaşı MTK-nın və mənzil sahiblərinin ifadələrində bildirdilər ki, su sızma halı yalnız güclü şimal küləyinin müşahiyəti ilə yağışların yağdığı zaman müşahidə edil mişdir. Rəyin təsviri hissəsində qeyd olunur ki, araşdırmanın nəticəsi olaraq müəyyən edildi ki, 66 saylı mənzilin qüsurlar aşkar olunmuş, yəni su sızma baş verən sahələr terrasda yerləşən tikilinin divarlarının yerləşdiyi sahənin alt hissəsini əhatə edir. Bununla belə bir nəticəyə gəlinir ki, 66 saylı mənzilə suyun divarlara yapışdırılmış ağlay daşlarının üzərinə düşən atmosfer sularının ağlayın alt hissəsinə sızması nəticəsində baş verə bilməsi müəyyən edilir. Ekspert tərəfindən qeyd olunur ki, mərtəbəarası örtük konstruksiyalarından su sızması aşağıdakı səbəblərə görə baş verə bilər - mərtəbənin döşəməsində izoliyasiya qatının keyfiyyətsiz olması; axırıncı mərtəbənin döşəməsində dam nəzərdə tutulmadıqda yağış sularının yer səthinə ötürülməsi üçün su novlarının düzgün, quraşdırılmaması, mailliyin cüzgün seçilməməsi və s. Yuxarıda qeyd olunan şəkillərdən və baxış zamanı əldə olunmuş məlumatları nəzərə alaraq 66 saylı mənzilə həmin mənzilin üzərində yerləşən terrasın döşəməsindən su sızma nəticəsində ziyan vurulması müəyyən edildi. Qeyd olunur ki, su sızma nəticəsində 66 saylı mənzilin divarları, tavanları və döşəmələri üzərində qüsurların olduğunu və həmin qüsurların döşəmə üzərində az aşkar olunduğu üçün gələcəkdə həmin hissələrdə qabarma, nəmişlik, çökmə kimi qüsurların əmələ gəlməsini nəzərə alaraq, qüsurlar aşkar edilmiş divarların, tavanların və döşəmələrin sökülərək yenidən işlənməsi zəruri hesab edilir. Mənzilə suyun sızma halları nəticəsində konstruktiv elementlərə dəymiş zərərin bərpa olunması üçün sərf olunan vəsaitin məbləği 27438,0 manat olduğu müəyyən edilmişd ir. İşdən görünür ki, mübahisəli mənzilin binanın məhz x3 inşa etmişdir. Mənzilin keyfiyyətsiz inşa olunması x3-nın təqsiri üzündəndir. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1-ci maddəsinə istinad etməklə x2nın mənzilin qüsurlu olduğunu bilə bilə həmin qüsurlar barədə məlumat vermədən iddiaçıya satmasına dair gəldiyi nəticə əsaslı olmamaqla bunu x2nın bildiyini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin saxlanmasının təmin edilməsi, vaxtı-vaxtında təmir edilməsi, tikintinin keyfiyyətli aparılması x3-nın vəzifəsi olmaqla, mənzilə güclü küləyin müşayəti altında yağış, atmosfer sularının sızmasına görə vurulmuş zərərə görə x2nın məsuliyyət daşıması əsaslı deyildir. Ona görə də məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə iş üzrə obyektiv və qanuni nəticəyə gəlinməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x2nın kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-781/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-781/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver