Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7817/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1889/2019 saylı 25 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin e dilərək, maddi zərərə görə 9.700 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov, iş № 2(103)-10895/2019) cavabdeh “xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1889/2019 saylı 25 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxx” ASC-nin Şimal-Qərb Regional Şöbəsinin Nəzarət Departament Satışa Nəzarət İdarəsinə qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASC-nin İsmayıllı rayon elektrik şəbəkəsi tərəfindən ona vurulmuş 9.700 manat və əldən ç ıxmış fayda kimi 4.800 manat olmaqla, cəmi 14.500 manat məbləğində maddi zərərin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh “xxxx” ASC və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən düzgün araşdırma aparılmamış, iş üzrə toplanmış sənədlərə düzgün hüquqi qiymət verilməmiş, iş materiallarına əlavə olunmuş sənədlər təhrif edilmiş, hadisənin həqiqətən də elektrik qapanması nəticəsində baş verməsini təsdiq edən mötəbər sübutlar əldə edilməmiş, bununla da məhkəmələr qanunsuz və əsassız nəticəyə gəlmişdirlər. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 15 avqust 2019-cu il tarixli 2(103)10895/2019 saylı qətnaməsinin iddianın qismən təmin edildiyi hissədə ləğv olunması və iddia tələbinin tam rədd olunması haqqında yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh “xxxx” ASC-yə lazımi qa ydada bildiriş göndərilmiş olsa da, cavabdehin nümayəndəsi üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdeh “xxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 15 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiy ası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi iş materiallar ında olan İsmayıllı RİH başçısının Qoşakənd kənd İƏD üzrə nümayəndəsi X5, İsmayıllı rayon Baytarlıq İdarəsinin Qoşakənd kənd sahə baytar məntəqəsinin müdiri X10, Laçın rayonundan məcburi köçkün, hal-hazırda İsmayıllı rayonunun Gənzə kəndində yaşayan İddiaçı, Dövlət Qaçqınkomun İsmayıllı rayonu ərazisində mütəxəssis X13, Şuşa RİHnin səlahiyyətli nümayəndəsi X6 və İsmayıllı REŞ-in nümayəndəsi (montyor) X3 iştirakı ilə tərtib edilmiş 21.09.2018-ci il tarixli akt əsasında müəyyən etmişdir ki, həqiqətən Gənzə Kəndində Laçın rayonundan olan məcburi köçkün İddiaçı məxsus 5 (beş) baş iribuynuzlu qara malın yüksək gərginlikli xəttin qapanması nəticəsində tələf olmuşdur. İşdə olan İsmayıllı DAİM-nin heyvandarlıq sektorunun baş məsləhətçisi X7, İsmayıllı RİH başçısının Qoşakənd kənd İƏD üzrə nümayənd əsi X5, İsmayıllı rayon Baytarlıq İdarəsinin Qoşakənd kənd sahə baytar məntəqəsinin müdiri X10, Laçın rayonundan məcburi köçkün, hal- hazırda İsmayıllı rayonunun Gənzə kəndində yaşayan İddiaçı, Dövlət Qaçqınkomun İsmayıllı rayonu ərazisində mütəxəssis X13, Şuşa RİH-nin səlahiyyətli nümayəndəsi X6 və İsmayıllı REŞ-in nümayəndəsi (elektrik) X3 iştirakı ilə tərtib edilmiş 21.09.2018-ci il tarixli akt əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Gənzə kəndində yaşayan Laçın rayonundan olan məcburi köçkün İddiaçı tərəfindən ona məxsus 5 (beş) baş iribuynuzlu qara malın yüksək gərginlikli elektrik xəttinin qapanması nəticəsində tələf olması və həmin heyvanların qiymətləndirilməsi barədə mərkəzə daxil olmuş ərizəyə əsasən həmin tələf olmuş heyvanlara yerində bax ılmışdır. Baxış zamanı vətəndaşın 5 baş iri buynuzlu heyvanının tələf olması və həmin heyvanların dəyəri orta bazar qiymətləri ilə inək-2.300 manat, inək-2.300 manat, inək-2.200 manat, inək-2.100 manat və inək düyəsi 800 manat, cəmi 9.700 manat məbləğində müəyyən edilmişdir. İşdə olan İsmayıllı rayon Qoşakənd sahə baytar həkimi X7 tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı İsmayıllı rayonu, Gənzə kəndində yaşayır. Ona məxsus olan elektrik cərəyanı vurmuş 5 baş iri buynuzlu mallardan 2 başı mal sahibinin dediyinə əsasən gündə 20 litr laktasiya dövrü süd verir. Malların cinsi boz şves cins mallardır. Arayış lazım olan yerə təqdim edilməsi üçün verilmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası həmçinin, İsmayıllı DAİMnin direktoru Həsən Həsənov tərəfindən verilmiş 16 ap rel 2019- cu il tarixli, 03-A saylı arayış əsasında müəyyən etmişdir ki, İddiaçı yaşadığı ərazidə yüksək gərginliklik elektrik xəttinin qapanması nəticəsində 5 (beş) baş iri buynuzlu heyvanı tələf olmuşdur. İddiaçı ziyanlığın müəyyən olunması ilə əlaqədar İsmayıllı DAİM-nə ünvanladığı ərizə mərkəzin mütəxəssisləri tərəfindən yerində araşdırılmış və onun tələf olunmuş heyvanlarının orta bazar qiymətləri ilə aşağıda göstərilən qaydada ziyanlıq dəydiyi aşkar olunmuşdur: inək 2300 manat, inək - 2300 manat, inək - 2200 manat, inək - 2100 manat, inək düyəsi - 800 manat, cəmi- 9700 manat məbləğində dəyərləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıya məxsus beş baş iri buynuzlu heyvanın tələf olması, heyvanların tələf olmasının məhz İsmayıllı rayonunun Gənzə kəndində baş vermiş yüksək elektrik xəttinin qapanması nəticəsində baş verməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, İsmayıllı DAİM-nin heyvandarlıq sektorunun baş məsləhətçisi X7, İsmayıllı RİH başçısının Qoşakənd kənd İƏD üzrə nümayəndəsi X5, İsmayıllı rayon Baytarlıq İdarəsinin Qoşakənd kənd sahə baytar məntəqəsinin müdiri X10, Laçın rayonundan məcburi köçkün, hal-hazırda İsmayıllı rayonunun Gənzə kəndində yaşayan İddiaçı, Dövlət Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu ərazisində mütəxəssis X13, Şuşa RİH-nin səlahiyyətli nümayəndəsi X6 və İsmayıllı REŞ-in nümayəndəsi (elektriki) X3 iştirakı ilə bu barədə 21,09.2018-ci il tarixli akt tərtib edilmişdir. Bundan əlavə İsmayıllı rayon Qoşakənd sahə baytar həkimi Əsgər Məmmədov və İsmayıllı DAİM-nin direktoruX8 tərəfindən verilmiş 16.04.2019-cu il tarixli arayışla da bu fakt təsdiq edilir. Eyni zamanda elektrik avadınlıqlarının texniki vəziyyətinin yararsız olduğu barədə cavabdehin məlumatlı olmasına və elektrik qurğuların texniki vəziyyətinə dair məsuliyyət daşımasına baxmayaraq onun tərəfindən vaxtında müvafiq tədbirlərin görülməməsinin iddiaçının maddi ziyana məruz qalmasına səbəb olması də iş materialları ilə sübuta yetirilmişdir. Zərərin mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır. Məhkəmə yol verilmiş hərəktsizlik də cavabdehin təqsirli olub-olmaması ilə əlaqədar qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərinə əsasən zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçıya dəymiş zərərin əvəzi olaraq 9.700 manat məbləğində pul vəsaiti yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən cavabdeh tərəfindən ödənilməli və beləliklə də iddia bu hissədə əsaslı olduğundan haqlı olaraq qismən təmin edilmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün heç bir hüquqi əsaslar yaratmır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırm ışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1 -ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nət icəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.1 -ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrik qəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Həmin Qaydaların 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikas ı qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Həmin Qaydaların 10.18.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarl a müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifə si yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. “xxxx” ASC-nin kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçıya dəymiş zərərin əvəzi olaraq 9.700 manat məbləğində pul vəsaiti yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən cavabdeh tərəfindən ödənilməli olması barədə gəldiyi nəticə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə instansiyası tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətin i tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halda hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 15 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7817/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7817/2019
09.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver