Məhkəmə qərarları › İş №2(102)-7828/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7828/2019

24.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7828/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı İKB-nın (hazırda “xxxx” ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov R ayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) İddiaçı İKB-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10,137.28 ABŞ dolları əsas borcun, kredit müqaviləsi müddətinin bitmə tarixinə 1159.91 ABŞ dolları faiz borcun və kredit müqaviləsi üzrə 10.01.2018-ci il tarixindən, 31.08.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 323.55 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, 100 ABŞ dolları cərimə borcunun, cəmi 11,720.24 ABŞ dolları borcun ödəniş günü manata məzənnə ilə manatla və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı İKB-nın xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Kərimli, hakimlər X.Cəmilova və İ.Xəlilov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 iyul 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı İKB (hazırda “xxxx” ASC) iddia ərizəsi i lə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 08 yanvar 2015-cü il tarixli kredit müqaviləsi üzrə 10137,28 ABŞ dolları əsas borc, 2838,18 ABŞ dolları faiz borcu və 1537,34 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 10.01.2018-ci il tarixdən 31.08.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 323,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 14836,35 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kass asiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, 08.01.2015-ci il tarixli, Bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən İddiaçı İKB ASC Cavabdeh1 istehlak məqsədi ilə, 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 13000 ABŞ dolları məbləğində kredit vermiş, Cavabdeh2 isə həmin borcun ödənilməsinə zamin durmuşdur. 10.03.2015-ci il tarixli müqaviləyə əsasən kreditin verilmə müddəti 35 ay 2 gün, qaytarılma müddəti 10 dekabr 2017-ci il müəyyən edilmişdir. Borc məbləği könüllü şəkildə ödənilmədiyindən cavabdehlərə bank tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan 21 sentyabr 2018-ci il tarixli məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, ekspertizay a təqdim edilmiş, İddiaçı İKB ASC-nin 10 saylı Filialının və borc alan Cavabdeh1, zamin Cavabdeh2 adlarından olan 08.01.2015-ci il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsində “Zamin” qrafalarındakı imzalar, 08.01.2015-ci il tarixli Kredit və zaminlik müqaviləsinə 10.03.2015ci il tarixli əlavədə “Zamin” qrafasındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur. İş üzrə alınmış 07 mart 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 İddiaçı İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka 09.07.2018-ci il tarixə 10137,28 ABŞ dolları əsas, 2838,18 ABŞ dolları faiz borcu, 10.12.2017-ci il tarixə 10137,28 ABŞ dolları əsas, 1159,91 ABŞ dolları faiz borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasə n borc nüqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən ışyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sü buta yetirməyə borclu deyildir. İşin faktiki hallarından göründüyü kimi cavabdehin banka kredit borcu olaraq 10137,28 ABŞ dolları əsas borç, kredit müqaviləsi müddətinin bitmə tarixinə 1159,91 ABŞ dolları faiz borcu» və kredit müqaviləsi üzrə 10.01.2018-ci il tarixdən, 31.08.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 323,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda, 100 ABŞ dolları cərimə borcu, cəmi 11720,74 ABŞ dolları borcu ödənilməmiş qalmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanında qeyd olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödə mə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş k redit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682000000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215000000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə ə sas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. İddiaçı banka olan borcunun 6500 ABŞ dolları olduğunu və yuxanda qeyd edilən Fərmanın tətbiq edilməli olduğunu bildirmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sübutlarla, o cümlədən məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh1İddiaçı İKB ASC-yə müqavilənin bitdiyi tarixə, yəni 10.12.2017-ci il tarixə 10137,28 ABŞ dolları əsas, 1159,91 ABŞ dolları faiz borcunun olması sübuta yetirilmişdir. Odur ki, cavabdehin banka əsas borcunun məbləği 10000 ABŞ dollarından çox olduğu üçün qeyd edilən Fərmanın təsiri altına düşmür. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsin in qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir və apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərilənləri əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar