Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7829/2019 12.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)7071/2019 nömrəli iş üzrə 29 may 2019-cu il tarixli qətnaməsindən birgə verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Pirallahı rayon məhkəməsinin (hakim Rəşad Mustafayev) 2(094)-130/2019 saylı iş üzrə 05 mart 2019-cu il tarix li qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh borc olaraq verilmiş 7000 manat və 30 manat dövlət rüsumunun, cəmi 7030 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) 29 may 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Pirallahı rayon məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsi cavabdeh Nəcəfov Mahmud Rafiq oğluna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 2016-cı ilin fevral ayında Cavabdeh özünə məxsus **-ZB-*** dövlət nömrə nişanlı “Romork” markalı ya rımqoşqunu satmaq istədiyini bildirdi. Aralarındakı razılığa əsasən cavabdeh yarımqoşqunu ona 14000 manata satmalı idi. O, cavabdehə 7000 manat pul verdi və yarımqoşqunu aldı. Razılaşmalarına əsasən qalan məbləği qısa müddətdə ödəməli idi. Lakin maddi imkanı olmadığından cavabdehə yarımqoşqunun dəyərini tam şəkildə ödəyə bilməyəcəyini bildirdi. Cavabdeh isə yarımqoşqunu ona qaytarmasını və yarımqoşqunu satdıqdan sonra onun ona ödədiyi 7000 manatı da ödəyəcəyini bildirmişdir. O, Cavabdehla razılaşmış və 08 mart 2016-cı il tarixdə yarımqoşqunu Cavabdeh qaytarmış və cavabdeh bu barədə iltizam yazaraq yarımqoşqunu sataraq onun 7000 manat pulunu qaytaracağını qeyd etmişdir. Lakin həmin vaxtdan sonra dəfələrlə cavabdehlə əlaqə saxlasa da onun pulunu qaytarmaqdan imtina etmişdir. Ona görə də məhk əməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq 7000 manat pulu və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halla r aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,08.03.2016-cı il tarixli iltizama əsasən, Cavabdeh İddiaçı 7000 min manat pul aldığını və özünə məxsus “Romork” markalı **-ZB-*** nömrə nişanlı yarım qoşqunu satdığını və Nuriyev Yəhya pulun qalığını verə bilmədiyinə görə o, həmin yarım qoşqunu ondan alaraq satıb onun pulunu ödəyəcəyini qeyd etmişdir. Nəqliyyat vastələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən göründüyü kimi, Cavabdeh “Romork” yarımqoşqunu X1 idarə edilməsi üçün etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borcl u) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasım tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəl lənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (mülki Məcəllənin 5-ci maddəsi). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulmasıöhdəliyin tərkibini təşkil edən hərəkətlərin üm umiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. İşin hallarına qiymət verərək tərəflər arasında razılaşmanın şərtlərinə və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh üzərinə götürmüş öhdəliyi icra etməmiş və bu səbəbdən Yəhya Nuriyevin məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranmışdır. Ona görə də, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə qiymət verən apellyasiya instansiyası məhkəməsi məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd olunanlar əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçı ilə aralarında olan münasibətin borc münasibətləri deyil, alqı-satqıdan yarandığını və hazırda iddiaçıya hər han sı borcunun olmadığını qeyd etsə də, həmin hal iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan 08.03.2016-cı il tarixli iltizama əsasən, Cavabdeh İddiaçı 7000 min manat pul aldığını və özünə məxsus “Romork” Markalı **-ZB-*** nömrə nişanlı yarımqoşqunu satdığını və Yəhya Nuriyevəpulun qalığını verə bilmədiyinə görə o, həmin yarım qoşqunu ondan alıb sataraq onun pulunu ödəyəcəyini qeyd etmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətində qoşqunun iddiaçı tərəfindən 9 ay istifadə etdikdən sonra geri qaytardığını, istismar etdiyi bu müddətdə 6 təkər (şin) hər birinin qiyməti 420 manat olmaqla cəmi, 2520 manat, 9 ay müddətində icarə haqqı hesablansa hər ay üçün 500 manat olmaqla 4500 manat icarə haqqı verilməli olduğunu, bütünlükdə iddiaçının ona 7020 manat borclu olduğunu gö stərməsi qəbul olunsa belə,apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı hesab etmişdir ki, cavabdehin qeyd etdikləri başqa bir iddia tələbinin əsasını təşkil etməklə hazırki iddia tələbi üzrə mübahisə predmetini təşkil etmir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qər ara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7071/2019 nömrəli iş üzrə 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7829/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7829/2019
12.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver