Məhkəmə qərarları › İş №2(102)-783/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-783/2019

06.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-783/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 06 fevral 2019-cu il iş № 2(102)- 783/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, Cavabdeh və cavabdehin vəkili OMnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 fevral 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.Quliyev) ilkin iddia qismən təmin edilərək, Cavabdeh 11363.28 ABŞ dolları əsas borcun, 664.09 ABŞ dolları faiz borcunun, cəmi 12027.37 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Mərkəzi Bankın müəyən etdiyi məzənnə üzrə manat hesabı ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması, dövlət rüsumunun çatışmayan hissəsinin, 10 manat məbləğində pulun Cavabdeh dövlət büdcəsinin xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin olunmaması, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza xərci olan 50 manatın Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 se ntyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova (sədrlik edən, məruzəçi), A.Hüseynov və İ.Xəlilov, 2(103)-9874/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qəbul etdiyi 2(010)-1180/2018 saylı 15 may 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən- ilk iddianın təmin olunan, qarşılıqlı iddianın isə təmin olunmayan hissələrində dəyişdirilmədən saxlanılmışdır. İşin halları Kreditor “xxxx” ASC-nin borclu Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi təmin edilmiş, bu barədə əmr verilmişdir. Cavabdeh həmin əmrə etiraz vermiş və bununla əlaqədar iddia icraatına keçilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçının nümayəndəsi X1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının icl asında Cavabdeh və cavabdehin vəkili OM kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya inst ansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 15.05.2015-ci il tarixli 10-15-11-021935 saylı kredit müqaviləsinə əsasən, “xxxx” ASC borclu Cavabdeh illik 29% olmaqla 14323 ABŞ dolları məbləğində kredit verir, kreditin ödənilmə müddəti 15.06.201515.05.2019-cu ildir. 05.12.2017-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh həmin tarixə qədər cəmi 9683.94 ABŞ dolları ödəmiş, həmin məbləğdən 2959.72 ABŞ dolları əsas borcdan, 6724.22 ABŞ dolları faiz borcundan silinmişdir. Həmin tarixə ümumi borc 13690.50 ABŞ dolları təşkil edir ki, bundan 11363.28 ABŞ dolları əsas borc, 2327.22 ABŞ dolları faiz borcudur. İşdə ol an xəbardarlıqdan görünür ki, Cavabdeh banka olan borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə yazılı xəbərdarlıq göndərilmişdir. Məhkəmənin 2(005)1180/2018 saylı 03 aprel 2018-ci il tarixli qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25.04.2018-ci il tarixli 9814 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh “xxxx” ASC –yə olan əsas borcu 12354.90 ABŞ dolları, faiz borcu 664.09 ABŞ dolları təşkil edir. “xxxx” ASC ASC tərəfindən cavabdehə borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Lakin cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən qismən təmin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansi ya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsini işin müəyyən edilmiş hallarına tətbiq etməklə cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan əsas, faiz və cərimə borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəlləni n 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən tələb olunan faiz məbləğini ekspert rəyinə uyğun azaldaraq 664.09 ABŞ dolları məbləğində müəyyən etməkdə də haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rəyi üzrə cavabdehə hesablanmış məbləğlər üzrə hər hansı şübhənin yaranmaması səbəbindən təkrar mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət görməmişdir. Qarşılıqlı iddia ilə bağlı cavabdehin göstərdiyi dəlillərə münasibətdə isə məhkəmə kollegiyası nəzərə almışdır ki, Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələrinə əsasən tərəflər müqavilə bağlamaqda azad olduqları üçün hazırki işdə onlar arasında mövcud müqavilə hər iki tərəfin razılaşdırılmış iradə ifadəsi ilə bağlanmışdır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən- ilk iddianın təmin olunan, qarşılıqlı iddianın isə təmin olunmayan hissələrində dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Hakimlər Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar