Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7833/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ə.S.Qəhrəmanov, iş 2(003)-3416/2018) İddiaçı Cavabdeh qarşı id diası təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, ***************************** saylı evə dair alqı-satqı müqaviləsinin 05 aprel 1995-ci il tarixdən bağlanmış hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov, A.Q.Hüseynov, V.N.Sadıqov, iş 2(103)-8426/2019)Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 17 avqust 2018-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ************************** saylı evə dair onunla Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsi işdə tərəf qismində cəlb edilməmişdir. Qətnamə həmin idarəyə yalnız icra üçün birbaşa daxil olmuşdur. Bu halda idarə həmin qətnaməni mübahi sələndirə bilməzdi. Eyni zamanda iddiaçı cavabdehdən aldığı evə görə onun yeznəsinə 17.000 ABŞ dolları məbləğində pul ödəmiş və bu hal məhkəmədə sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418 -ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı 17.08.2018-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsi üzrə cavabdeh kimi göstərilən Cavabdeh 06 noyabr 1999-cu il tarixdə öldüyünü və bu barədə Bakı şəhəri Nizami rayon VVAQ şööbəsi tərəfindən 01 dekabr 1999-cu il tarixli AZ № ********* saylı ölüm haqqında şəhadətnamə verildiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsi ilə apellyasiya intansiyası məhkəməsində işə baxılmanın hədləri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə apellyasiya intansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Deməli ölmüş şəxsin Azərbaycan Respublikası MPM-nin 48 və 49-cu maddələri ilə təsbit edilən mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti də mövcud deyildir. Bu halda ölmüş şəxsə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin iş üzrə tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılaraq qətnaməsi qəbul edilməsi qeyri-mümkündür. Beləliklə, qeyd olunan normaların tələbləri pozularaq iddia ərizəsi icraata qəbul edilmiş və işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 418.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə min
Məhkəmə qərarları › İş №2(102)-7833/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7833/2019
17.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver