Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-784/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli 2(103)9595/2018 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs N oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim Z.Ə.Əliyev, iş № 2(009)-340/2017) İddiaçı İKB ASC-nin cavabdehlər Ca vabdeh3yə, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh3-dən İddiaçı İKB ASC-nin xeyrinə cəmi 1.993.308,20 manat məbləğində kredit borcunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş avtomobillərə yönəldilməsi və həmin avtomobillərin açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov, X.A.Cəmilova və A.Q.Hüseynov, iş № 2(103)8423/2017) İddiaçı İKB ASC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 04 may 2017-ci il ta rixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.A.Mirzəliyev, T.A.Qoldman və G.A.Quliyev, iş № 2(102)793/18) bankın və MMC-nin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2018-ci ilin aprel ayında işdə iştirak etməyə cəlb edilməmiş İbişov X2 rayon məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və eyni zamanda ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsi barədə iddia vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.Ş.Cəfərov, V.Ə.Baxışova və V.T.Həsənov) ape llyasiya şikayəti və iddia təmin edilməmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 03 fevral 2014-cü il tarixdə bankla Cavabdeh2 arasında kredit xətti müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində bağlanmış 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 2.130.000 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi ona məxsus olan 72 ədəd müxtəlif markalı avtomobillər ipoteka ilə yüklü edilmişdir. 2016-cı ilin noyabr ayında bank borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmədə iddia qaldırmış, iş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. 2018-ci ilin aprel ayında işdə iştirak etməyə cəlb edilməy ən İbişov X2 rayon məhkəməsinin 04 may 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda ipoteka ilə yüklü edilmiş “Lexus İS 250” markalı avtomobilin onun tərəfindən lizinq müqaviləsi əsasında alınmasını əsas göstərməklə 25 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsinin həmin avtomobilə aid hissədə etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Y.L.İbişovun apellyasiya şikayəti və iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən yuxarıda göstərilən 26 sentyabr 2018-ci il tarixli qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İN oğlu kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq norm alarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və qətnamənin ləğv edilməklə iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Y.İbişov və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikay əti qismən təmin edilərək qətnamə ləğv olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən 04 may 2017-ci il tarixli qətnaməsinin qanuniliyi iş üzrə tərəflərin apellyasiya və kassasiya şikayətləri əsasında yoxlanılmış və həmin qətnaməni dəyişdirmədən saxlamış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2017-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş Səbail rayon məhkəməsinin 04 may 2017-ci il tar ixli qətnaməsi ilə N oğlu tərəfindən mübahisələndirilən “Lexus İS 250” markalı avtomobilə tutmanın yönəldilməsi və həmin avtomobilin hərracdan satılmasının qət olunmasına baxmayaraq, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsindən verilmiş apellyasiya şikayətinə və iddia ərizəsinə həmin icraatda baxmaqla Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinin tələbini pozmuşdur. Həmin maddəyə görə apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnaməsindən verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kollegiya hesab edir ki, qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-784/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-784/2019
27.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver