Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-784/2020 06.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X9 və Cavabdeh3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən XXXkassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-21/2019, hakim M.Ə.Rüstəmli) İddiaçı ASC-nin cavabdehlər Kərimova Ağgül Hüseyn qızı, Cavabdeh2, Cavabde h3, Cavabdeh4 qızı və Cavabdeh5 qarşı iddiası təmin edilmiş, cavabdehlərin XXXistifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılması qət edilmiş, XXXİddiaçı ASC-yə qarşı ipoteka müqaviləsinin, çıxarışın və ona əsas olmuş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-11141/2019, hakimlər F.Ş.Talışinski, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) XXXapellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən XXXverdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi “xxxx” MMC Fermer Təsərrüfatından İddiaçı ASC-nin xeyrinə 200.000 manat əsas borc, 12.142 manat faiz borcu, 2.000 manat cərimə borcu olmaqla, cəmi 214.142 manat məbləğində borcun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş X5 mülkiyyətində olan ilkin satış qiymətinin 100.000 manat təşkil edən fərdi yaşayış evi, X3 mülkiyyətində olan ilkin satış qiymətinin 90.000 manat təşkil edən mənzilə və İdris Səlim oğlunun mülkiyyətində olan ilkin satış qiymətinin 70.000 manat təşkil edən mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi qət edilmiş, həmin qətnamə qüvvəyə minərək icraya yönəldilmişdir. “X1 Mərkəzi”nin hərrac ın nəticələri haqqında xx xxxx 2015-ci il tarixli yekun protokolunun və həmin tarixli alqı-satqı müqaviləsinə əsasən X6 məxsus fərdi yaşayış evi İddiaçı ASC-yə satılmışdır. İddiaçı ASC Kərimova Ağgül Hüseyn qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızı və Cavabdeh5 həmin fərdi yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və fərdi yaşayış evinin boşaldılması tələblərinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kərimova Ağgül Hüseyn qızı İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia qaldıraraq İddiaçı ASC ilə bağlanmış xx xxx 2011-ci il tarixli ipoteka müqaviləsinin, çıxarışın və ona əsas olmuş sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlil ləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı bank hərrac vasitəsilə aldığı fərdi yaşayış evindən cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməklə evin boşaldılmasını tələb edir. Eyni zamanda cavabdehlərdən XXXhəmin fərdi yaşayış evinə dair ipoteka müqaviləsi, cavabdehin adına verilmiş çıxarış və çıxarışın verilməsinə əsas olmuş bütün sənədlərin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 156-cı maddəsinin tələbl ərinə görə qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırdığından apellyasiya məhkəməsinin qətnaməsi ilk növbədə qarşılıqlı iddia hissəsində yoxlanılır. Yuxarıda qeyd edildiyi kimi qarşılıqlı iddianın əsasını ipoteka müqaviləsi və hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi təşkil edir. Qarşılıqlı iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ipoteka müqaviləsi bağlanarkən mərhum əri olan mülkiyyətçi X5 etibarından sui-istifadə edilməklə mənzili girov qoyulmuş, ona qarşı dələduzluq edilmişdir. Qeyd edilən hal qanuni qüvvəyə minmiş hökm ilə də təsdiqlənir. İş materiallarına əlavə edilmiş cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından göründüyü kimi, X5 etibarından ipoteka müqaviləsinin tərəfi – İddiaçı ASC deyil, üçüncü şəxs sui-istifadə etmişdir. Bundan əlavə, üçünçü şəxs tərəfindən aldadıması barədə ipoteka müqaviləsi üzrə ipoteka saxlayan şəxs – İddiaçı ASC-nin aldatmadan xəbərdar olması da qeyd olunan məhkəmə aktlarında öz təsdiqini tapmır. Əksinə, İddiaçı ASC-nin özü də həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsi ilə hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 354-cü maddəsi ilə etibarsız əqdlər üzrə müddətlər müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nə ticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddənin məzmunundan göründüyü kimi həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyən edilmiş mübahisə tərəfinin məhkəm ə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi mübahisələndirilən ipoteka müqaviləsi xx xxx 2011-ci il tarixdə bağlanmış, bank borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və xx xxxxxx 2014-cü il tarixdə həmin mübahisə üzrə yekun məhkəmə aktı qəbul edilmiş və qətnamə icraya yönəldilmişdir. Ağgül Səfərova isə bank xx xxxxxx 2015-ci il tarixdə həmin fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia qaldırdıqdan sonra həmin tələbə dair qarşılıqlı iddianı irəli sürmüşdür. Beləliklə, apellyasiya məhkəməsi qarşılıqlı iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. İlk iddia tələbinin əsasını ipoteka predmeti olmuş və məhkəmə qətnaməsi əsasında tutma yönəlməklə iddiaçının mülkiyyətinə keçmiş mənzildən cavabdehlərin istifadə hüquqlarının itirilməklə mənzilin boşaldılması təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının 59-cu maddəsi ilə ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka q oyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bununla bərabər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi ilə mülkiyyətin müdafiəsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən də müəyyən edildiyi kimi iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evi cavabdehlərin qanunsuz sahibliyindədir və bu hal iddiaçının həmin daşınmaz əmlaka mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququnu məhdudlaşdırır. Beləliklə, apellyasiya məhkə məsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-784/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-784/2020
06.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver