Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7848/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli 2(103)9367/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev, iş № 2(005)-3977/2017) İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələbinə dair ilkin iddiası rədd edilmiş, Cavabdeh qarşılıqlı iddiası isə qismən təmin edilərək Cavabdeh ilə İddiaçı arasında bağlanmış 25 noyabr 2017-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilmiş, qalan hissədə qarşılıqlı iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov, X.A.Cəmilova və A.Q.Hüseynov, iş № 2(103)350/2019) İddiaçı apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi qismən, ilkin iddianın rədd edilməsinə dair hissədə ləğv edilmiş, ilkin iddianın təmin edilib Cavabdeh və Zamin müştərək qaydada 98.000 ABŞ dollarının qətnamənin icra edildiyi günə olan məzənnəyə uyğun olaraq manatla tutulu b İddiaçı verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.A.Mirzəliyev, G.A.Quliyev və T.A.Qoldman, iş № 2(102)6387/18) Cavabdeh kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli qərardadı ilə (hakimlər: Ş.Ə.Məhərrəmova, M.A.Məmmədov və X.Ə.Sarıyev, iş № 2(103)-13486/18) İddiaçı iddiası baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 201 8-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Ə.Məhərrəmova, M.A.Məmmədov və X.Ə.Sarıyev, iş № 2(103)13486/18) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın həll edilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddianın qismən təmin edilib Cavabdeh ilə İddiaçı arasında bağlanmış 25 noyabr 2015-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli qərarı ilə (hakimlər: A.Ə.İsgəndərov, Ə.A.Əhmədov və İ.K.Dəmirov, iş № 2(102)3431/19) İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli qətnaməsi ləğ v edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə üçüncü dəfə apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, İ.Ə.Kərimli və V.N.Sadıqov) cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın həll edilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddianın qismən təmin edilib Cavabdeh ilə İddiaçı arasında bağlanmış 25 noyabr 2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: 28 noyabr 2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və müqaviləyə g örə İddiaçı tərəfindən Cavabdeh 28 noyabr 2017-ci il tarixə kimi qaytarmaq şərti ilə 98.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Zamin ilə zaminlik müqaviləsi bağlanmışdır. 2017-ci ilin may ayında İddiaçı etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin məbləğin borclu və zamindən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək İddiaçı ona nisyə mal satmaq üçün onunla kredit müqaviləsi bağlamasına baxmayaraq müqavilədə nəzərdə tutulmuş 98.000 ABŞ dollarını ona verməməsini, lakin əvvəllər ondan aldığı, sata bilmədiyi malların satılmasında ona kömək göstərəcəyini vəd etməsini və bununla əlaqədar İddiaçı ona m əxsus 95.000 ABŞ dolları məbləğində mallarını ondan götürüb Azərbaycandakı tanışlarının anbarına yığsa da nə malları və nə də onun dəyərini verməməsini, kredit müqaviləsinin nisyə alqı-satqı müqaviləsini pərdələmək üçün bağlamalarını və s. əsas göstərməklə 28 noyabr 2015-ci il tarixli borc müqaviləsinin ləğv edilməsini və bununla əlaqədar əldən çıxmış faydaya görə ondan 24.500 ABŞ dollarının, ondan götürdüyü malların dəyərini təşkil edən 95.000 ABŞ dollarının və həmin mallarla əlaqədar əldən çıxmış faydaya görə 21.384 ABŞ dollarının və hüquqi xidmətə görə ödədiyi 5.000 manatın İddiaçı onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin işə məhkəmə instansiyalarında baxılarkən İddiaçı iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmaması səbəbindən apellyasiya in stansiyası məhkəməsi tərəfindən baxılmamış saxlanılmış, qarşılıqlı iddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı kassasiya şikayəti verərək Cavabdeh 2 il müddətinə qaytarmaq şərti ilə 98.000 ABŞ dolları məbləğində borc verməsini və müqavilənin notariatda təsdiqlənməsini, belə vəziyyətdə müqavilənin görünüş üçün bağlanması nəticəsinə gəlmək üçün heç bir hüquqi əsasın olmamasını, müqavilənin etibarsız sayılması barədə iddianın Mülki Məcəllənin 354.1-ci maddəsində müəyyən olunmuş 1 illik müddətin ötürülməklə verilməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və qarşılıqlı iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında İd diaçı vəkili kassasiya şikayəti müdafiə edərək təmin edilməsini, Cavabdeh vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh qarşılıqlı iddiasını qismən təmin edib onunla cavabdeh arasında bağlanmış kredi t müqaviləsini etibarsız hesab edərkən kredit müqaviləsinin bağlanması zamanı cavabdehin iddiaçıya 98.000 ABŞ dolları məbləğində nağd şəkildə pul verməməsini və bunun cavabdehin birinci instansiyası məhkəməsində verdiyi izahatı ilə də təsdiq olunmasını, kredit müqaviləsinin əslində mövcud olmayan nisyə alqı-satqı müqaviləsinin pərdələnməsi məqsədi ilə bağlanmasını, cavabdehin kredit müqaviləsini bağlayarkən iddiaçıya nisyə mal göndərəcəyini vəd etsə də vədinə əməl etməməsini, kredit müqaviləsində göstərilən “borc verən” “borc alana” 98.000 ABŞ dolları verir” ifadəsinin borcun verilməsi anlamına gəlməsi üçün əsas verməməsini əsas göstərmiş və qanuni əsas kimi Mülki Məcəllənin 340.1–ci maddəsinə əsaslanmaqla hesab etmişdir ki, həmin əqd görünüş üçün bağlanmaqla ona uyğun hüquqi nəticələr yar atmaq üçün bağlanmamışdır. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır. İş materiallarından görünür ki, tərəflər arasında 28 noyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndində göstərilmişdir ki, “borc verən” “borc alana” 98.000 ABŞ dolları məbləğində pul borc verir”. Apellyasiya instansiyası məhkəməsi müqavilənin yalnız həmin bəndinə əsaslanmaqla belə bir nəticəyə gəlmişdir ki, “borc pul verir” ifadəsi “borcun verilməsi” kimi başa düşülə bilməz. Əvvələn, kollegiyaya görə “borc verir” ifadəsi borcun ümumiyyətlə verilməməsi qənaətinə gəlmək üçün əsas vermir. Əksinə müqavilədə “pul borc verir” ifadəsinin göstərilməsi və borc alanın da müqaviləni imzalaması və borcun qaytarılması barədə üzərinə öhdəl ik götürməsi borcun verilməsi anlamına gəlmək uçun tam əsas verir. İkincisi, apellyasiya instansiyası məhkəməsinin müqavilənin yalnız bir bəndinə istinad edib müqaviləyə bütövlükdə qiymət verməməsi sübutların qiymətləndirilməsinə dair Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə ziddir. Qanunun həmin normasına görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kredit müqaviləsinin həm 1-ci bəndi, həm də digər bəndlərinin bütövlükdə təhlili borcun verilməsi nəticəsinə gəlmək üçün əsas verir. Müqavilədən göründüyü kimi borc alan Cavabdeh borcun 2 il müddətdə qaytarılması barədə üzərinə öhdəlik götürmüş və müqavilənin bütün şərtləri ilə razılaşmaqla onu imzalamış və müqavilə notariatda təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda nəzərə almamışdır ki, kredit müqaviləsi zaminliklə təmin olunmaqla Zamin iddiaçı tərəfindən borc qaytarılmadıqda kreditorun təmin edilməsi üçün öz üzərinə öhdəlik götürmüşdür. Zaminlik müqaviləsinin məzmunundan isə aşkar görünür ki, zamin məhz götürülmüş borcun təminatı kimi borc verənlə müqavilə bağlamışdır. Lakin işə baxan məhkəmə kollegiyası zaminlik müqaviləsinə heç bir qiymət verməmiş və həqiqətə nail olmaq üçün bütün hüquqi imkanlardan istifadə etməmişdir. Apellyasiya instansiyası məhkəməsinə görə cavabdeh iddiaçıya müqavilədə göstərilən pul məbləğini vermədiyi kimi həmin müqavilənin bağlanması üçün əsas olmuş malı da iddiaçıya verm əmiş və belə vəziyyətdə iddiaçı cavabdehdən 98.000 ABŞ dolları məbləğində borcu alması barədə müqaviləni imzalamışdır. Kollegiya həmin nəticəni ağlabatan məntiqə uyğun saymır. Belə ki, iddiaçı həmin müqaviləni bağlamaqla heç kim tərəfindən məcbur edilməmiş və müqavilənin tərəflərin könüllü iradələrinə uyğun bağlanması heç bir mübahisə doğurmur. Apellyasiya instansiyası məhkəməsinin başlıca sübutlardan biri kimi istinad etdiyi cavabdehin birinci instansiyası məhkəməsindəki “etirafedici” izahatı da müqavilənin etibarsız sayılması üçün əsas verməmişdir. Həmin izahatda cavabdeh 98.000 ABŞ dolları məbləğində borcun onların ticarət münasibətlərində yaranmasını bildirsə də qətnamədən verdiyi şikayətlərində iddiaçıya nağd pul verməsini iddia etmişdir. Göründüyü kimi, cavabdeh heç bir halda iddiaçı nın ona borcunun olmamasını etiraf etməmişdir. Əgər həmin borcun iddiaçıya verilmiş mala görə yaranması müəyyən olunarsa, həmin hal da müqavilənin görünüş üçün bağlanmış əqd kimi etibarsız sayılması üçün əsas ola bilməz. Məhkəmə kollegiyasının qanuni əsas kimi istinad etdiyi Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Apellyasiya məhkəməsinə görə tərəflər könüllü surətdə uydurma əqd bağlamışlar. Yəni tərəflər arasında əmlakın və yaxud kreditin verilməsi ilə bağlı heç bir münasibət mövcud olmamış, onlar yalnız görünüş xatirinə notariat kontoruna gedərək müqavilə bağlamışlar. Belə olduqda, görünüş üçün müqavilənin bağlanmasının hansı məqsəd daşıdığı aydınlaşdırılmal ı idi. Mülki Məcəllənin 340.1-ci maddəsi hüquqi nəticələrinə görə uydurma və yalan əqdləri biri-birindən fərqləndirmişdir. Uydurma əqd hüquqi nəticələr yaratmadan yalnız görünüş üçün (340.1), yalan əqd isə başqa əqdi pərdələmək üçün (340.2) bağlanılır. Məhkəmə kollegiyası müqaviləni 340.1-ci maddənin tələbi əsasında etibarsız saysa da, eyni zamanda 340.2-ci maddənin müddəalarına da əsaslanmışdır. Bu isə həmin normaların hüquqi nəticələrinə görə yolverilməzdir. Qətnamənin məzmunu belə bir nəticəyə gəlməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən mübahisənin hansı maddi hüquq normasının tətbiq edilməklə həll edilməli olmasında qəti fikrə malik olmamış və ona görə də nəticəsini birmənalı və aydın şəkildə əsaslandırmamışdır. Qətnamədə əqdin etibarsızlı ğını nəzərdə tutan müxtəlif normalara, onların birinin mövcudluğunun digərini inkar etməsi nəzərə alınmadan (Mülki Məcəllənin 337.1, 340.1, 340.2-ci maddələri) gəlinməsi bunu təsdiq edir. Kollegiya hesab edir ki, tərəflər arasında olan mübahisəli hüquq münasibəti heç bir halda müqavilənin uydurma əqd olması nəticəsinə gəlmək üçün əsas verməmişdir. 340.2-ci maddəyə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, əgər müqavilənin (yalan əqd) bağlanması ilə başqa əqd pərdələnmişdirsə, onda nəzərdə tutulan əqdə aid qaydalar tətbiq olunmalıdır. Kollegiya hesab edir ki, hazırkı iş üzrə qətnamə m addi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 418-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 iyul 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7848/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7848/2019
11.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver