Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-785/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Vəkil1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşıiş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi və borcun ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2112/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiqlənmiş kredit müqaviləsinə görə Cavabdeh1 Vəkil1 27.300 manat məbləğində borc almışdır. Tərəflər razılaşmışlar ki, Cavabdeh1 krediti hər ay 500 manat, sonuncu ay isə 300 manat olmaqla xx.xx.2023-cü ilədək qaytaracaqdır.
2. Eyni tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiqlənmiş zaminlik müqaviləsinə görə Cavabdeh2 zamin kimi həmin kredit müqaviləsi üzrə Vəkil1 tələb hüquqlarına təminat vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar Vəkil1 və İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərlə arasında bağlanılmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinin və xx xxxx 2018-ci il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada 27.300 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı ərizə verərək, iddia tələbindən imtina etdiyini bildirmiş və ona münasibətdə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı münasibətdə iş üzrə icraata xitam verilmişdir.
5. İddiaçı Vəkil1 işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər müqavilə öhdəliklərini icra etməmişlər, ona görə də tələbdə göstərilən borc məbləği onlardan tutulmalıdır.
6. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, Cavabdeh1la İddiaçı arasında hər hansı mülki və ya cinayətlə bağlı iş olmamış, İddiaçı adlı şəxsi tanımamış, bu şəxsi görməmiş, hər hansı şifahi və ya yazılı razılaşması olmamışdır. İddiaçı 3-cü şəxsin adından danışaraq iddia tələbini irəli sürmüşdür. Başqa sözlə desək, İddiaçı ilə əmlaka dair bütün mülki münasibətlər hazırki iddia ərizəsində adı keçən Yaşar Vəliyevlə olmuş və hazırkı iddia ərizəsində qeyd olunanlar Yaşar Vəliyevin adından deyilir. X4 hazırki işdə tərəf kimi iştirakı mövcud deyildir. X1 2015-ci ilin avqust ayında Masallı rayonu ərazisində yerləşən “Moskva” yeməkxanasının yaxınlığında əvvəldən tanıdığı Cavabdeh1 “Hova” markalı **-TD-*** nömrəli yük avtomobilini icarə əsasında işlətməyi təklif etmiş və bu barədə heç bir rəsmi razılaşma olmamışdır. Şifahi razılaşmaya əsasən yük avtomobilinin saz və işlək vəziyyətdə olması əsasında avtomobili müəyyən müddət sürdükdən sonra (1 ay) şifahi razılaşmanı rəsmiləşdirməyə və Cavabdeh1 bundan sonra avtomaşını idarə etmək üçün etibarnamə verəcəyinə razılaşmışlar. Cavabdeh1 avtomaşını işlədərkən avtomaşında müəyyən problemlərin olduğunu hiss etmiş, bu problemlərin aradan qaldırılması üçün şəxsi vəsaiti hesabına təmir işləri görmüş, lakin avtomaşının köhnə olması, təmiri üçün külli miqdarda vəsait tələb olunduğunu görərək, bu barədə Yaşar Vəliyevə məlumat vermiş və yük avtomaşınını icarə əsasında işlətməkdən, icarə müqaviləsi bağlamaqdan imtina etmiş və gəlib avtomaşını aparmağı Y.Vəliyevdən xahiş etmişdir. Y.Vəliyev bir nəfər şəxslə gəlib yük avtomaşınına baxmış, bir müddətdən sonra yanında olmuş həmin şəxs tərəfindən avtomaşın aparılmışdır. Bundan t əxminən 5 ay sonra X5 Cavadovun yaşadığı Bakı şəhəri, Xəzər rayonu Polis İdarəsinin 2-ci PBnə şikayət ərizəsi ilə müraciət etmiş, bundan sonra bu ərizə aidiyyəti üzrə Masallı rayon Polis Şöbəsinə göndərilmiş, Y.Vəliyevin şikayəti əsasında ərizə araşdırılmış, Cavabdeh1 barəsində Masallı rayon PŞ-nin istintaq şöbəsində cinayət işi başlansa da, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanması rədd edilmiş və Y.Vəliyevlə Cavabdeh1 arasında birinciyə dəymiş zərərlə bağlı razılaşma əldə olunmuş və bu razılaşmaya əsasən dəymiş zərər 30 000 manat qiymətləndirilmiş, həmin məbləğin 2700 manat nağd şəkildə Y.Vəliyevə ödənilmiş, qalan 27300 manatına dair xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat kontorunda Yaşar Vəliyevin və avtomaşının mülkiyyət çisinin razılıqları əsasında Y.Vəliyevin Bakı şəhərində yaşayan qızı Vəkil1 ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 2-ci bəndinə görə Cavabdeh1 xx.xx.2023-cü il tarixədək hər ay Vəkil1 500 manat, sonuncu ay isə 300 manat ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilədən görünür ki, iddiaçı hazırda əsassız olaraq mülkiyyətində olan avtomaşınla bağlı Cavabdeh1 qarşı iddia qaldırmış, əslində isə razılaşdırılmış və müqavilə üzrə rəsmiləşdirilmiş məbləği şişirdərək heç bir qanuni əsas olmadan Cavabdeh1 qarşı ümumilikdə 65.000 manat dəyərində əmlak tələb edir. İddiaçı Cavabdeh1 qarşı olan əmlak tələbinə dair iddia tələbi tam əsassızdır. Belə ki, sözügedən yük maşınına dair hazırki iş üzrə İddiaçı ilə Cavabdeh1 arasında heç bir danışıq və ya razılaşma olmamış, birinci yük maşınını qohumu Yaşar Vəliyevə vermişdir. Cavabdeh1la Yaşar Vəliyev arasında yük maşınına dair qeyri-rəsmi danışıqlar olmuş və sonradan bu razılaşma pozulmuş və məhz Yaşar Vəliyevin qeyd olunan məsələyə dair Masallı rayon PŞ-nin, İB-də aparılan araşdırmadan sonra Cavabdeh1 qarşı cinayət işinin başlanması rədd edilmiş və Yaşar Vəliyevlə avtomaşınla bağlı dəymiş zərərlə əlaqədar razılaşma olmuş və həmin zərər 30.000 manat qiymətləndirilərək borc müqaviləsi kimi notariat qaydasında rəsmiləşdirilmiş və həmin məbləğdən 2700 manat nağd şəkildə Y.Vəliyevə ödənilmiş, qalan 27.300 manat isə kredit borcu kimi ödənilməmiş qalmışdır. Bütün şikayət ərizələri, Pİ-yə Yaşar Vəliyevin adından göndərilmiş və Pİ-də aparılmış araşdırmalar və sonrakı razılaşmalar Y.Vəliyevin iştirakı və razılığı ilə olmuşdur.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim R.Xəzri) xx xxxxxx 2019-cu il tarixli, 2(003)2992/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı Vəkil1 ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Cavabdehlər müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, iddiaçıya olan 27.300 manat məbləğində borc ödənilməmişdir. Nəticədə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2112/20 nömrəli qət naməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağlanmış bu müqavilələr avtomobilin mülkiyyətçisi İddiaçı iradəsi əsasında həyata keçirilmiş, lakin Vəkil1 ilə Cavabdeh1 arasında heç bir borc münasibəti olmamış, bağlanmış müqavilə form al xarakter daşımış Vəkil1 heç bir borc məbləği hazırkı iş üzrə götürülməmişdir. Bundan başqa, mülkiyyətçi İddiaçı yük avtomobilinə görə Cavabdeh1 tərəfindən ona dəymiş maddi zərərin ödənilməsinin əvəzi kimi hər hansı müqavilənin, o cümlədən kredit müqaviləsinin bağlanmasına dair Vəkil1 heç bir rəsmi səlahiyyət verməmiş və onlar arasında hər hansı hüquqverici sənəd olmamışdır. İşin mahiyyətindən də görünür ki, bağlanmış bu əqd (yəni kredit müqaviləsi) yalan əqddir. Cavabdeh1la, Vəkil1 arasında heç bir kredit münasibətləri mövcud olmamış, bu müqavilə əslində yalan əqddir. Göründüyu kimi, əslində tərəflər arasında bağlanmış kredit müqaviləsi heç də tərəflər arasında borc münasibətlərini deyil, iş üzrə iddiaçı olmuş İddiaçı mülkiyyətində olmuş “HOVA” markalı yük avtomobilinin əvəzi olaraq Cav abdeh1 tərəfindən mülkiyyətçi İddiaçı dəymiş ziyanın ödənilməsi məqsədi ilə bağlanmışdır. Vəkil1 işdə iddiaçı kimi çıxış etsə də, əslində bağlanmış əqd, yəni kredit müqaviləsi mahiyyətçə yalan əqdir və bu əqd başqa bir əqdi İddiaçı, Cavabdeh1 tərəfindən dəymiş ziyanı özündə ehtiva edir. Vəkil1 əslində İddiaçı iradəsini ifadə etmiş və bağlanmış bu əqd sonuncuya dəymiş maddi zərərin əvəzi olaraq nəzərdə tutulmuşdur. İddiaçı isə məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbindən imtina etdiyini bildirmiş və ona münasibətdə icraata xitam verilmişdir. Lakin tələb hüququ İddiaçı aid olduğu üçün bütövlükdə işin icraatına xitam verilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 1
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq p ul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
18. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sür ülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materia llarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi iş materi allarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
25. Cavabdeh, İddiaçı mülkiyyətindəki avtomobili icarəyə götürmək barədə sonuncunun tapşırığı ilə hərəkət edən Yaşar Vəliyevlə razılığa gəlmiş, avtomobil ona təhvil verilmiş, sonradan avtomobili qaytara bilmədiyindən İddiaçı dəymiş ziyan 30 000 manat qiymətləndirilərək həmin məbləğdən 2700 manatını ödəmiş, qalan 27 300 manatın ödənilməsi ilə bağlı isə Vəkil1 və onun arasında xx xxxx 2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavbadeh, qeyd olunan məbləği ayda 500 manat (sonuncu ay 300 manat) olmaqla xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında ö hdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz həmin münasibətlər çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi sonuncunun onunla bağladığı və borcun etirafı mahiyyətində olan notarial təsdiqli müqavilədən irəli gəlir.
27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Odur ki, birinci instansiya məhkəməsi Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Cavabdeh1, əslində iddiaçıdan borc almadığı və müqavilənin formal olaraq bağlandığı arqumentləri ilə əlaqədar kollegiya qeyd etmişdir ki, tərəflə r arasındakı borc müqaviləsinin bağlanmasına səbəb olan şərait və tərəflərin münasibətinin mahiyyəti hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Hazırkı mübahisə konkret şəxslər arasında mövcud olan müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır; həmin müqavilənin etibarsızlığını şərtləndirən əsaslar isə müəyyən olunmamış və ümumiyyətlə belə bir tələb irəli sürülməmişdir.
28. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Cavabdeh1 ilə Vəkil1 arasında notarial qaydada bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə əslində borcun etirafı müqaviləsi olduğundan borcunu Vəkil1 qarşısında etiraf etmiş Cavabdeh1 müqavilənin əsasında duran hallara dair etiraz irəli sürülə bilməz. Çünki, borcun etirafı institutu tərəflər arasındakı hər hans ı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar. Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Ona görə də, iddiaçı Vəkil1 sözügedən müqavilə üzrə müstəqil şəkildə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir və mülki işə İddiaç ı aid hissədə xitam verilməsi Vəkil1 həmin hüququnu aradan qaldırmır.
29. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2112/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.