Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7858/2019 12.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “Yelo Bank” (keçmiş“xxxx” İKB) Açıq Səhmdar Cəmiyyətinin vəkili X1, Müstəqil tələb irəli sürən 3-cü şəxs X3 vəkili X2, Cavabdeh1 və onun vəkili X7, Cavabdeh2 vəkili X8 iştirakıilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)11971/2019 nömrəli iş üzrə 18 sentyabr 2019-cu il tarixli qərardadından verilmiş kas sasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhər Yasamal rayon məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 14 fevral 2017-ci il tarixli 2(004)-53/2017 saylı qətnaməsi ilə iddiaçı “xxxx” İKB-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun girov predmetinə yönəldilməklə ödənilməsi tələbinə dair ilk iddiası qismən təmin edilərək ilk iddia üzrə Cavabdeh1 136921,50 manat əsas borc, 40566,60 manat faiz borcu, 4426,82 manat dəbbə pulu olmaqla, cəmi 181904,92 manat borcun və ödənilmiş dövlət rüsumunun 24,90 manat hissəsinin ilk iddia üzrə iddiaçı “xxxx” İKBnın xeyrinə tutulması, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, “xxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış 13.04.2011-ci il tarixli, 174 saylı “mənzil tikintisinə və satışına dair” müqavilənin etibarsız hesab edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbinin təmin edilməsi, “xxxx” İKB ilə Cavabdeh2 arasında bağlanmış 14.04.2011-ci il tarixli, 2985(G) saylı girov müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Mədinə Bağırova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Saqi Məmmədov) 21 iyun 2017-ci il tarixli, 2(103)-4959/2017 saylı qətnaməsi ilə iddiaçı “xxxx” İKB-nın apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhər Yasamal rayon məhkəməsinin 14 fevral 2017-ci il tarixli, 2(004)53/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İlqar Dəmirov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Əh məd Əhmədov) 24 noyabr 2017-ci il tarixli qərarı ilə iddiaçı “xxxx” İKB ASC-nin kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2017-ci il tarixli, 2(103)-4959/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 18 sentybar 2019-cu il tarixli qərardadı ilə Bakı şəhər Yasamal rayon məhkəməsinin 14 fevral 2017-ci il tarixli 2(004)-53/2017 saylı qətnaməsinən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, Cavabdeh1 hazırki iş üzrə məhkəmə aktlarını əlavə kassasiya qaydasında mübahisələndirmək və ya təqdimat verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etmək h üququnun olması izah olunmuşdur. İşin halları: İddiaçı “xxxx” İKB ASC cavabdehlər Cavabdeh1 Saleh oğlu və qeyrisinə qarşı “tələbin əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Daha sonra “xxxx“ MMC cavabdehlər “xxxx” İKB və qeyrisinə qarşı “müqaviləınin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddia vermişdir. Həmçinin 3-cü şəxs X6 cavabdehlər “xxxx” İKB və qeyrilərinə qarşı “girov müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Yasamal rayon məhkəməsinin 14.02.2017-ci il tarixli qətnaməsinin Cavabdeh1 maraqlarına toxunması işin mübahisəsiz halını təşkil edir. Belə ki, bu qətnaməyə əsasən Cavabdeh1 iddiaçı "xxxx" İKB-nin xeyrinə cəmi 181904,92 manat borcun və 24,90 manat dövlət rüsumunun tutulması qət olunub. Cavabdeh1 həmin mülki iş ilə bağlı nə birinci instansiya, nə apellyasiya, nə də kassasiya instansiyası mərhələsində iştirakının təmin edilməməsi (bir sıra məhkəmə iclasları ilə bağlı ümumiyyətlə bildiriş göndərilməməsi, göndərilən bir sıra bildirişlərin isə ona çatmaması) də işin mübahisəsiz halmı təşkil edir. Cavabdeh1 apellyasiya şikayətindən və həmin şikayətə əlavəyə əlavə olunmuş sənədlərdən görünür ki, onun şikayə ti formal xarakter daşımır. Belə ki, apellyasiya şikayətinə iddiaçı tərəfindən tələb olunan borc məbləğinin tam ödənilməsi barədə sübutlar əlavə olunub. Məhkəmə bu hallara qiymət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh1 və onun vəkili X11 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh2 vəkili X12 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı “Yelo Bank” (keçmiş“xxxx” İKB) Açıq Səhmdar Cəmiyyətinin vəkili X4 və müstəqil tələb irəli sürən 3-cü şəxs X3 vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qə bul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,bundan əvvəl Bakı Apelyasiya Məh kəməsi tərəfindən iddiaçı “xxxx” İKB ASC-nin verdiyi apelyasiya şikayətinə baxılarkən birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmış, onun şikayəti təmin edilməmiş və mübahisələndirilən qətnamə bütovlükdə yoxlanılmaqla dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarda qeyd edilən Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Qeyd olunanlara görə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bundan əvvəl apelyasiya qaydasında tam yoxlanıldığından, qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin tərəfindən dəyişdirilmədən saxlanıldığından, həmin qətnamənin yenidən yoxlanılması (təftiş edilməsi) prosessual qanunverciliyə görə yolverilməzdir. Göstərilənlərə əsasən apellyasiya ins tansiyası məhkəməsi hesab etmişdir ki, yaranmış bu hal işə apelyasiya qaydasında baxılmasını qeyri-mümkün edir, ona görə də Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxılmasını qeyrimümkün hesab edərkən Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, işdən göründüyü kimi, hər üç instansiya məhkəməsində işə baxılarkən Cavabdeh1 rəsmi qeydiyyat ünvanı olan ünvan 1ilmi şdir. Lakin məhkəmə bidirişləri məhkəməyə geri qayıtmışdır. İşə əlavə edilmiş poçt qəbzlərindən görünür ki, bildirişlər “bu ünvanda kirayəçi yaşayır”, “ünvan düzgün deyil” və s. qeydlərlə geri qayıtmışdır. Cavabdeh1 işə məhkəmələrdə baxılan zaman həmin ünvanın onun rəsmi qeydiyyat yeri olmaması və ya məhkəmə sənədlərinin göndərildiyi vaxtda başqa ünvanda qeydiyyatda olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Onun sonradan təqdim etdiyi şəxsiyyət vəsiqəsindən isə görünür ki, həmin şəxsiyyət vəsiqəsi Cavabdeh1 30.07.2018-ci il tarixdə, yəni hazırki işə mahiyyəti üzrə Ali Məhkəmədə baxılıb yekunlaşandan sonra verilmişdir. Beləliklə müəyyən edilir ki, məhkəmələr işə baxarkən Cavabdeh1 məhkəməyə məlum olan ünvanına məhkəmə sənədlərini göndərmişlər. Belə olan halda cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması barədə şikayətinin dəlili əsassızdır. Digər tərəfdən Cavabdeh1yn mübahisələndirdiyi qətnamə apellyasiya və kassasiya qaydasında tam yoxlanıldığından apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi həmin qərarların yenidən mübahisələndirilməsi prosessual qanunvericiliyin tələblərinə ziddir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(1 03)-11971/2019 nömrəli iş üzrə 18 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7858/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7858/2019
12.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver