Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7861/2019 27.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, Cavabdeh1 vəkili X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı “kredit borcunun qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayət inə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xəzər Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli qətnaməsi ilə (hakim Z.Axundova) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı “kredit borcunun qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 06.05.2015-ci il tarixli, “H05013 saylı, 20 avqust 2013-cü il tarixli kredit limitinin ayrılması müqavilə daxilində kredit sazişi” üzrə 61,949 (altmış bir min doqquz yüz qırx doqquz) ABŞ dolları 32 sent əsas borc, 9349 (doqquz min üç yüz qırx doqquz) ABŞ dolları 22 sent faiz borcu, 10 (on) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 71,308 (yetmiş bir min üç yüz səkkiz) ABŞ dolları 54 sent məbləğində pulun, 29.05.2015-ci il tarixli, 20.08.2013-cü il tarixli kredit l imitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişi” üzrə 52,991 (əlli iki min doqquz yüz doxsan bir) ABŞ dolları 16 sent əsas borc, 9290 (doqquz min iki yüz doxsan) ABŞ dolları 18 sent faiz borcu, 20(iyirmi) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 62,301 (altmış iki min üç yüz bir) ABŞ dolları 34 sent məbləğində pulun manatın ödəniş gününə məzənnə nisbəti ilə və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 saylı evə və X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilməsi, həmin ev və mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait borcun ödənlməsi üçün yetərli o lmadıqda və ya hər hansı səbəbdən ipoteka predmetinə tutma yönəldilməsinin icrası mümkün olmadıqda borcun qalıq hissəsinin Cavabdeh1 tutulması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun 100 (bir yüz) manatının İddiaçı ASC-dən, 100 (bir yüz) manatının Cavabdeh1 tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Həsənov, hakimlər Ş.Məmmədov və N.Cəfərov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 15 fevral 2017ci il tarixli qətnaməsi “tələbin ipoteka predmeti olan Cavabdeh1, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 saylı evə və X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilməsi” hissəsin də dəyişdirilməsi və iddia tələbinin 71000 (yetmiş bir min) manat ilkin satış qiyməti müəyyən olunmaqla Cavabdeh1, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 saylı evə və 110000(yüz on min ) manat ilkin satış qiyməti müəyyən olunmaqla X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 125 saylı mənzilə yönəldilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 ap rel 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və X2 qarşı “kredit borcunun qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 20 avqust 2013-cü il tarixli kredit limitinin ayrılması haqqında müqavilə ilə İddiaçı ASC tər əfindən Cavabdeh1 145.000 manat məbləğində kredit limiti açılmışdır. 06.05.2015-ci il tarixli sazişlə Cavabdeh1 illik 20% hesablanmaqla 39 ay müddətinə 78.300 ABŞ dolları məbləğində kredit verilmişdir. 29.05.2015-ci il tarixli sazişlə iddiaçı tərəfindən cavabdehə 21 % hesablanmaqla 38 ay müddətinə 59.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, 21.09.2005-ci il tarixli ipoteka müqaviləsi və əsas öhdəliyin ölçüsü və icra müddətinin dəyişməsinə dair 21 sentyabr 2005-ci il tarixli ipoteka müqaviləsinin yeni redaksiyada təsdiq edilməsi barədə razılaşma ilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 14 saylı ev ipotekaya qoyulmuşdur. 13.04.2 012-ci il tarixli razılaşma ilə kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün X1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, 2 otaqlı, 79,7 kv.m ümumi, 42,9 kv.m yaşayış, 36,8 kv.m yardımçı sahədən ibarət 125 saylı mənzil də ipotekya qoyulmuşdur. «xxxx» MMC-in 19.01.2017-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Cavabdeh1 məxsus olan ünvan 3 ünvanda yerləşən 14 saylı evin bazar dəyəri 71.000 manat, X2 məxsus ünvan 5 ünvanında yerləşən 125 saylı mənzilin bazar dəyəri isə 110.000 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşı yıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həm in Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidm ətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Cavabdeh kassasiya şikayətində əsas borc və cərimə borcunun azaldılmasını, ödənişin kredit məbləğinin verilməsi tarixində dolların məzənnəsi ilə tutulmasını, manatla yeni qrafik açılmaqla borcun ödənilməsinin təmin edilməsini və borcun ödənilməsi üçün əlavə vaxtın verilməsini xahiş edir. Məhkəmə kolegiyası cavabdehin əsas və faiz borcunun düzgün hesablanmaması dair kassasiya şikayətinin dəlili ilə bağlı olaraq bildirir ki, iş materiallarından göründüyü kimi məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuş, ekspert qarşısında müqavilə və onun əsasında bağlanmış sazişlər üzrə borcun düzgün hesablanmasının müəyyən olunmasına dair sual qoyulmuşdur. Lakin iş üzrə tərəflər ekspertizanın aparılması ilə bağlı ödəniş sənədlərinə dair məlumatları tam olaraq ekspertə təqdim etmədiklərindən tədqiqatın aparılması mümkün olmamışdır. Cavabdeh əsas və faiz borcunun tutulan məbləğləri ilə razı olmadığını göstərsə də, ödəmiş olduğu məbləğlər, onların müqavilə şərtlərinə uyğun hesablanmadığına dair hər hansı sübuta istinad etmir. Be lə olan halda birinci instansiya məhkəməsinin əsas və faiz borcu ilə bağlı müəyyən etdiyi məbləğlər işin halları baxımından düzgün hesablanmış hesab edilməlidir. Həmçinin tərəflər arasında bağlanmış müqavilələrdə kredit müqaviləsi üzrə hesablanmalı olan faizlər və onların məbləği aşkar olaraq göstərilmiş və cavabdehin ödəniş qrafikinə uyğun ödənişləri həyata keçirmədiyi halında tələb olunan faiz borcunun məbləği işin araşdırılmış hallarına uyğun hesab edilməlidir. Məhkəmə kolegiyası cavabdehin əsas borc və cərimə borcunun azaldılması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, cavabdehin faiz borcunun ödənilməsindən azad edilməsi və ya onun hər hansı məbləğ həddində azaldılmasını nə qanunvericilik, nə də tərəflər arasında bağlanmış müqavilə mümkün etmir. Tərəflər bağl amış olduqları müqavilədə faizlərin ödənilmə qaydasını razılaşdırmışlar. Cavadehin dəlilləri faktiki olaraq müqavilənin şərtlərinin dəyişdirilməsinə yönəlmişdir ki, belə dəyişməyə isə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında yol verilə bilər. Digər tərəfdən cavabdehin müqavilənin şərtlərinin dəyişilməsinə dair iddiası mövcud deyildir. Maddi imkanın olmamasına görə öhdəliyini icra edə bilməməsinə münasibətdə isə qeyd edilməlidir ki, kredit götürərkən cavabdehə öz maddi imkanları məlum idi, həmin vaxtdan sonra maliyyə vəziyyətinin daha da ağırlaşması onu müqavilə üzrə yaranmış öhdəliyin icrasından azad etmir. Borcun ödənilməsinə dair yeni qrafikin açılması və əlavə vaxtın verilməsi ilə bağlı qeyd edilməlidir ki, həmin məsələ də yalnız tərəflər arasında bağlanmalı yeni müqavilə əsasın da həyata keçirilməlidir ki, işin araşdırılmış halları baxımında belə razılaşmanın olması da müəyyən olunmur. Məhkəmə tərəfindən belə qaydanın müəyyən edilməsi isə müqavilənin digər tərəfinin vəziyyətinin ağırlaşması ilə yanaşı səlahiyyəti olmayan məsələnin həllinə yönəlmiş olar. Kassasiya şikayətində göstərilən digər dəlilə, baş vermiş devalivasiya ilə əlaqədar ödəniş qabiliyyətinin olmamasına dair qeyd ediməlidir ki, tərəflər müqavilədə devalivasiya baş verərkən öhdəlikdən azad olunma ilə bağlı hər hansı razılıq əldə etməmişlər. Digər tərəfdən devalivasiyanın baş verməsi cavabdehi öhdəlikdən azad etmir və müqavilə şərtlərinə hər hansı dəyişiklik edilməsinə əsas yaratmır. Tərəflər müqavilə ilə kredit məbləğini, faizləri, öhdəliyin icra müddətini və bununla qarşılıqlı bağlı olan digər şərt ləri razılaşdırmışlar. Müqavilənin şərtlərin əməl edilməməsi isə cavabdehin öhdəliyi pozması və lazımınca icra edilməməsi kimi qəbul olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə görə açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. İpoteka predmetinin ilkin satış qiym ətinin müəyyən edilməsinin eyni qaydası Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 39.3-cü maddəsində nəzərdə tutulmuşdur. Qanunun həmin normasına görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda aşağıdakıları göstərməlidir: -ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir (39.3.1). -ipoteka predmetinin təsviri (39.3.2.); -ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.). Göründüyü kimi qanu nda nəzərdə tutulduğundan, ipoteka predmetinin ilkin satış qiyməti də müəyyən edilməlidir. Lakin birinci instansiya məhkəməsi müvafiq qiymətləndirmə rəyi almasına baxmayaraq tələbin əmlaka yönəldilməsi məsələsini həll etsə də ilkin satış qiymətini müəyyən etməmişdir. Halbuki “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən isə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Odur ki Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini bu hissədə dəyişdirərək ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edil məsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7861/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7861/2019
27.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver