Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7862/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əzizli Nəvazi Vidadi oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2(103)8999/2019 nömrəli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması F ondunun kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC Masallı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan, X3, X1 və X2 müştərək qaydada əsas borca görə 4270, 88 ABŞ dolları, 1106, 53 ABŞ dolları faiz borcu, 389,18 ABŞ dolları cərimə, cəmi-5766, 59 ABŞ dolları və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. 01 mart 2016-cı il tarixdə mülki iş üzrə məhkəmə əmri çıxarılm ış, lakin iddiaçıya göndərilməmişdir. 2016-cı ilin aprel ayında İcra Şöbəsinin əməkdaşları vasitəsilə 01.03.2016-cı il tarixli məhkəmə əmrinin olması barədə iddiaçının məlumatı olmuş və MPM-lə ona verilmiş hüququndan istifadə edərək dərhal 01.03.2016-cı il tarixli məhkəmə əmrinə etiraz göndərmişdir. Masallı Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli, 2(50)-1225/2016 saylı Qərardadı ilə Masallı Rayon Məhkəməsinin 01 mart 2016-cı il tarixli 2(50)-1225/2016 saylı məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. Məhkəmə hazırlıq iclasının keçirilməsi 13 may 2016-cı il tarixə, saat 09:40-a təyin edilmişdir. Daha sonra Masallı Rayon Məhkəməsinin 27 may 2016-cı il tarixli, 2(50)-1225/2016 saylı qətnaməsi qəbul edilmiş və məhkəmə qətnaməsi ilə iddianın təmin edilməsi, id diaçıdan, X3, X1 və X2 müştərək qaydada əsas borca görə 4270, 88 ABŞ dolları, 1106,53 ABŞ dolları faiz borcu, 389,18 ABŞ dolları cərimə, cəmi - 5766,59 ABŞ dolları və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh ASCnin xeyrinə ödənilməsi qət edilmişdir. Masallı Rayon Məh-kəməsinin 27 may 2016-cı il tarixli, 2(50)1225/2016 saylı qətnaməsindən narazı qaldığı üçün iddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli, 2(106)- 2034/2016 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və Masallı Rayon Məhkəməsinin 27 may 2016-cı il tarixli, 2(50)-1225/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2016-cı i l tarixli, 2(106)-2034/2016 saylı qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Ali Məhkəmədə hakim Əhməd Əhmədovun icraatına qəbul edilərək 26 may 2017-ci il tarixə təyin edilmişdir. Mülki işə kassasiya qaydasında baxılanadək Cavabdeh ASC ilə tərəflər arasında razılıq əldə edilmişdir. Həmin razılığa əsasən 24 may 2017-ci il tarixdə hər iki tərəfin razılığı ilə Akt tərtib edilmiş və şərtlər qeyd edilmişdir. Həmin Aktdan da göründüyü kimi, iddiaçı 5200 manat vəsait ödəmək əvəzinə Cavabdeh ASC qarşısında olan ********* saylı, 04.12.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə kredit borcunun qalığı Bank tərəfindən bağışlanmışdır. Eyni zamanda, Cavabdeh ASC-nin Problemli Kreditlərin Hüquqi Tənzimlənməsi Departamentinin Direktor əvəzi Elnur İsma yılov tərəfindən Babək rayon İcra Şöbəsinə ünvanlanmış 24 may 2017-ci il tarixli, 05PRK/3759 saylı məktubla da iddiaçının Masallı Rayon Məhkəməsinin 2(050)-1225/2016 saylı, icra sənədi üzrə öhdəliyini icra etməsi təsdiq edilərək "İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə (icra sənədi tam icra olunduqda) əsasən Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-1225/2016 saylı, 01 mart 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunur. Lakin, bir neçə gün əvvəl məlum olmuşdur ki, Masallı rayon icra və probasiya şöbəsinə Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş məktubda Masallı Rayon Məhkəməsinin 01.03.2016-cı il tarixli, 2(050)-1225/2016 saylı qərarına istinad edilərək 04.12.2014-cü il tarixli kredit müqav iləsi üzrə İddiaçı icra olunmamış 2720,31 ABŞ dolları kredit borcunun mövcud olduğu bildirilir. Halbuki, yuxarıda sadalanan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçının Masallı Rayon Məhkəməsinin 2(050)-1225/2016 saylı icra sənədi üzrə hal-hazırda borcu yoxdur. Göstərilənlərə əsasən, 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçının silinməmiş 2720,31 ABŞ dolları borcunun silinməsinin cavabdeh - ləğv prosesində olanCavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçının silinməmiş 2601,55 ABŞ dolları borcunun silinməsinin c avabdeh - ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamənin qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2627/2019 saylı 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia tələbinin təmin edilməsi,İddiaçı 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə silinməmiş 2.601,55 (iki min altı yüz bir ABŞ dolları, əlli beş sent) ABŞ dolları məbləğində borcunun silinməsi öhdəliyinin cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayə ti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2(103)8999/2019 nömrəli qətnaməsi ilə (hakimlər A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2627/2019 saylı 15 aprel 2019-cu il tarixli qətnaməsi cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2(103)8999/2019 nömrəli qətnaməsindın Cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2(103)-8999/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırki işdə məhkəmə araşdırmasının predmeti olan iddia ərizəsi müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı oldğunu, belə olan halda isə iddia əsl olmayan cavabdehə qarşı qaldırıldığından rə dd edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əzizli Nəvazi Vidadi oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2(103)-8999/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respu blikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 03 iyul 2019-cu il tarixli qətnamə ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)2627/2019 saylı 15 aprel 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı tərəfindən 04 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ASC-dən kredit borcu götürülmüş, sonradan İddiaçı tərəfindən qeyd olunan müqavilə üzrə öhdəlik yerinə yetirilməmiş, nəticədə onun banka borcu yaranmışdır. Bank bu əsasla iddia qaldırmış, Masallı Rayon Məhkəməsinin 2(050)-1225/2016 saylı, 01 mart 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və yuxarı instansiya məhkəmələri sözügedən qətnaməni dəyişdirmədən saxlamışdır. İddiaçı ilə bank arasında razılıq əldə olunmuş, borc bağlanmışdır. Belə ki, iş materiallarında olan Cavabdeh ASC-nin Yasamal filialının müdiri M.M.Əliyev, Cavabdeh ASC-nin Yasamal filialının satış məsləhətçisi V.M.Vəliyeva və İddiaçı tərəfindən təsdiq edilmiş 24 may 2017-ci il tarixli aktda qeyd olunur ki, İddiaçı Cavabdeh ASC qarşısında olan ********* saylı, 04/12/2014-cü il tarixli Kredit müqaviləsi üzrə kredit borcunun 5399,94 (beş min üç yüz doxsan doqquz ABŞ dolları doxsan dörd sent) ABŞ dolları məbləğində qalığının Bank tərəfindən bağışlanması nəticəsində tam bağlanmasına yönəldilmişdir. Bank təsdiq edir ki, qeyd edilən müqavilə üzrə heç bir öhdəlik mövcud deyil. İş materiallarında olan Cavabdeh ASC-nin Yasamal filialının müdiri M.M.Əliyev,Cavabdeh ASC-nin Yasamal filialının satış məsləhətçisi V.M.Vəliyeva və İddiaçı tərəfindən təsdiq edilmiş 18 may 2017-ci il tarixli aktda qeyd olunur ki, İddiaçı Cavabdeh ASC qarşısında olan 948018 saylı, 04/12/2014-cü il tarixli Kredit müqaviləs üzrə kredit borcunun 88,31 (səksən səkkiz manat otuz bir qəpik) AZN məbləğində qalığının Bank tərəfindən bağışlanması nəticəsində tam bağlanmasına yönəldilmişdir. Bank təsdiq edir ki, qeyd edilən müqavilə üzrə heç bir öhdəlik mövcud deyil. İş materiallarında olan Cavabdeh ASC-nin Problemli kreditlərin Hüquqi Tənzimlənməsi Departamentinin Direktor əvəzi Elnur İsmayılov tərəfindən Babək rayon icra şöbəsinə ünvanlanmış 22 may 2017-ci il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, Nadirli X4 Rayon Məhkəməsinin 2(050)-1225/2016 saylı, 27 may 2016-cı il tarixli qətnaməsi üzrə öhdəliyini icra etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 15.01.2019-cu il tarixli məktubda Masallı Rayon Məhkəməsinin 27.05.2016-cı il tarixli icra vərəqəsi üzrə 04.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2601,55 ABŞ dolları borc qaldığı məlum olduğundan, hal-hazırda üzərindən məhdudiyyətin götürülməsinin əsasının olmadığı qeyd edilmişdir. dudiyyətin götürülməsinin əsasının olmadığı qeyd edilmişdi r. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 iyun 2017-ci il tarixli, 2(102)-2649/2017 saylı qərarının əsaslandırıcı hissəsində qeyd olunur ki, Cavabdeh ASC-nin 06 iyun 2017-ci il tarixli məktubuna əsasən cavabdeh İddiaçı təşkilat qarşısında olan öhdəliyini tam olaraq icra etmişdir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı təşkilatın qeyd olunan məktubu iş ürzə icraata xitam verilməsi üçün MPM-in 52.1, 52.5, 191.1, 261.0.4 və 417.1.5-ci maddələrində nəzərdə tutulan tələblərə cavab vermir. Ona görə də cavabdeh İddiaçı kredit borcu üzrə öhdəliklərini tam olaraq icra etməsinə dair zəruri sənədləri icra məmuruna təqdim etməklə icra işi üzrə craata xitam verilməsini tələb edə bilər. Buna baxmayaraq, 15.01.2019-cu il tarixdə Azərbaycan Respublikası Əd liyyə Nazirliyi İcra Baş İdarəsi tərəfindən iddiaçıya rəsmi qaydada onun Masallı Rayon Məhkəməsinin 27.05.2016-cı il tarixli icra vərəqəsi üzrə 2601,55 ABŞ dolları borcunun olduğu, bu səbəbdən onun üzərində olan məhdudiyyətin götürülməsinə əsas olmadığı bildirilmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüquq u vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 528-529-cu maddələrinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Sadalanan maddi hüquq normalarına istinad eədn apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh ASC tərəfindən verilmiş rəsmi cavablarda borclunun bank qarşısında artıq öhdəliyinin olmadığı bildirilirsə və tərəflər arasında bu məsələyə dair razılıq əldə olunursa, o cümlədən, bank tərəfindən borclunun hazırda borcunun olduğu iddia edilmirsə, borclu üzərində bağlanmış borc əsasında hər hansı məhdudiyyətlərin saxlanılması ədalətli deyil. Belə olan halda, bank, kre ditor olaraq borclunun öhdəliyini icra etməsi ilə bağlı müvafiq tədbirləri görməli, o cümlədən, borcun müvafiq sistemlərdə İddiaçı adından silinməsini təmin etməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, cavabdeh kassasiya şikayətində hazırki işdə məhkəmə araşdırmasının predmeti olan iddia ərizəsi müflis elan olunmuş bankın bilavas itə bank fəaliyyəti ilə bağlı olduğunu, belə olan halda isə hazırki iddia əsl olmayan cavabdehə qarşı qaldırıldığından rədd edilməli olduğunu qeyd etsə də, kassasiya kollegiyası qeyd edir ki, iddia hazırkı halda ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu olduğundan iddia tələbi üzrə də cavab verməli olan şəxs məhz Əmanətlərin Sığortalanması Fondu olmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ləğv prosesində ola n Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2019-cu il tarixli, 2(103)8999/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7862/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7862/2019
09.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver