Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-787/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 06 fevral 2019-cu il İş 2(102)-787/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı və vəkili X1 oğlunun iştirakları ilə, Cavabdeh və vəkili Məmmədov Vasif Həsən oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 08 may 2018-ci il tarixli qətnaməsi ilə (A.S.Məmmədov, iş 2(004)-3703/2 018)İddiaçı Cavabdeh qarşı pul tələbinə dairiddia tələbi qismən təmin edilmiş, Cavabdeh 5000 (beş min) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (X.A.Mərdanova (sədrlik edən və məruzəçi), İ.Ş.Vəliyev və E.M.Həsənov, iş2(103)-9235/2018) Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 08 may 2018-ci il tarixli 2(004)-3703/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Məmmədov Vasif Həsən oğlu kassasiyaşikayətiveribiddia müddətini tətbiq edərək qətnaməninləğvedilməsinixahişetmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı Əliyyəddin oğlu və vəkili X1 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, Cavabdeh üzürsüz səbəbdə nməhkəmə iclasına gəlmədiyindən kassasiya kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5400 (beş min dörd yüz) manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətamə qəbul edilməsini xahiş etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və vəkili Məmmədov Vasif Həsən oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı ApellyasiyaMəhkəməsitərəfindənişəbaxılanzaman maddi və prosessual hüquq normala rının tələbləri pozulmuşdur. Məruzəçini dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməm əsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindənmüəyyən edilmişdir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən iddiaçı tərəfindən problemlərinin həlli məqsədilə cavabdehə 5000 manat məbləğində pul verilmiş, cavabdeh pulu qaytaracağını vəd etsə də, vədinə əməl etməmişdir. İş materiallarından məlum olur ki, cavabdeh məhkəməyə borcun etiraf edilməsi barədə ərizə təqdim edərək, iddiaçıdan 5000 manat borc pul götürdüyünü etiraf etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, delikt (mülki hüquq pozuntusu) törətmiş Cavabdeh mülki hüquq məsuliyyəti daşıdığından, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan İddiaçı ona vurulmuş zərərin əvəzinin (5000 manat) tam ödənilməsini tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh öz əl yazması ilə İddiaçı ərizə təqdim edərək 2015-ci ilin yanvarın 2-də aldığı 5000 (beş min) manat pulun 2017-ci ilin dekabr ayına qədər qaytaracağına zəmanət vermişdir. Cavabdeh borcu qaytara bilməmiş və iddiaçı haqlı olaraq 19.03.2018-ci il tarixdə hüquqlarını pozulması ilə bağlı cavabdehə qarşı iddia qaldıraraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -372.1-ci maddəsinin tələbinə görə ba şqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir. -374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz h üququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddia müddətinin tətbiqi məsələsi ilə əlaqədar əsaslı sübutlar təqdim etmədiyindən iş üzrə iddia müddəti tətbiq edilə bilməz və birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsa ssızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 04 sentyabr 2018-ci il tarixli, 2(103)-9235/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbu ledildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-787/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-787/2019
06.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver