Məhkəmə qərarları › İş №2(102)-787/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-787/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-787/2021 29.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; cavabdehin iddia verilməsindən əvvəl ölməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)6926/2020 nömrəli qərardadından iddiaçı tərəfind ən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Kreditor (iddiaçı) Bank Olmayan Kredit Təşkilatı “xxxx” ASC borclu (cavabdeh) Cavabdeh qarşı məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borcludan 8616 ABŞ dolları məbləğində əsas borcun və 4435 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 13051 ABŞ dolları məbləğində borcun, habelə 20 manat dövlət rüsumunun kreditorun xyeriən tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(005)7218/2017 nömrəli məhkəmə əmri ilə ərizə təmin olunmuş, həmin Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə isə borclunun oğl u X2 etirazı təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(005)-7218/2017 nömrəli məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)17/2020 nömrəli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia təmin olunaraq, X1 8616 ABŞ dolları əsas, 4435 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13051 ABŞ dolları borcun, habelə 20 manat dövlət rüsumunun tutularaq Bank Olmayan Kredit Təşkilatı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. Cavabdeh prosessual varisi X3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-17/2020 nömrəli qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahi ş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6926/2020 nömrəli qərardadı ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər V.N.Sadıqovdan və F.F.Babayevdən ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-17/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)6926/2020 nömrəli qərardadının ləğv e dilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh varisi X3 miras qoyan atasının öhdəliklərinə görə məsulyyət daşıyır. Sonuncu isə apellyasiya şikayətini borcun ödənilməsindən boyun qaçırmaq, yayınmaq məqsədi ilə vermişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı əsassızdır. Belə ki, X2 atasının hüquqi varisi kimi çıxış etməsi mülki qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə nəzərə almamışdır ki, X3 məhkəmə əmrinə etiraz verərkən, atasının varisi olduğunu bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının ye ri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) mə hkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 261.0.1-ci mаddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməklə, prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Be lə ki, iş materiallarından müəyyən olunur ki, iddiada cavabdeh qismində göstərilən şəxs Cavabdeh xx xxxxxx 2017-ci ildə ölmüşdür. Həmçinin müəyyən olunur ki, hazırki iş üzrə iddiaçı məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə xx xxxxxxxx 2017-ci il tarixdə müraciət etmişdir. Beləliklə, müəyyən olunur ki, iddia məhkəməyə verilərkən cavabdeh qismində göstərilmiş şəxs artıq vəfat etdiyindən, sonuncunun işdə tərəf olması, mülki hüquq və vəzifələr daşıması, tərəf statusu qazanması mümkün olmamışdır. MPM-in 58.1-ci maddəsinin tələbinə görə isə yalnız tərəf statusuna malik olan şəxsin sıradan çıxması halında prosessual hüquq varisi ilə əvəz olunmasına yol verilir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası izah edir ki, ölmüş şəхsə qаrşı məhkəmədə iddiа qаldırmаq yоlvе rilməzdir və bеlə işə məhkəmədə bахılа bilməz. Belə vəziyyətdə məhkəmə aktı qəbul edildiyi və həmin aktdan ölən şəxsin vərəsəsi şikayət verdiyi halda isə, sonuncu bu işdə ölən şəxsin prosessual hüquq varisi kimi tanına bilməz. Eyni zamanda izah olunmalıdır ki, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən borcalanın vərəsələrinə qarşı ayrı icraatda iddia vermək hüququ saxlanılır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iş üzrə icraata хitаm vеrməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbayc an Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6926/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar