Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-788/2020 07.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh ASC-nin vəkili Qarayev Qəhrəman Maşalla oğlunun iştirakı ilə, Cavabdeh ASC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh ASC Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən ka ssasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pultələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 22 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Abdullayev, iş 2(009)-1550/2019) iddia təmin edilmiş, "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 20000 (iyirmi min) manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov, iş № 2(103)-10125/2019) Cavabdeh ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səba il rayon məhkəməsinin 22 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsin in Mülki Kollegiyasının 10 sentyabr 2019-cu iltarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh ASC-nin vəkili Qarayev Qəhrəman Maşalla oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkü n hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işi n müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04.03.2011-ci il tarixli, 2(043)-166/2011 saylı qətnaməsi ilə, Bankın cavabdehlər «xxxx» MMC-yə, İddiaçı, X6, X4, X7 və X3 qarşı ilkin iddiası qismən təmin, qarşılıqlı iddia rədd edilmiş, Bank ilə «xxxx» MMC arasında bağlanmş 16.04.2008-ci il, 24.04.2008-ci il, 29.08.2009-cu il tarixli və İddiaçı arasında bağlanmış 21.10.2009-cu il tarixli kr edit müqavilələrinin ləğv edilməsi, «xxxx» MMC-dən Bank xeyrinə 265220 manat əsas borc, 59771,14 manat faiz borcu, 20000 manat cərimə borcu və 20 manat dövlət rüsumu olmaqla, cəmi 345011,14 manat pulun tutulması, İddiaçı Bankın xeyrinə 9785,32 manat əsas borc, 2313,14 manat faiz borcu, 194,40 manat cərimə borcu və 20 manat dövlət rüsumu olmaqla, cəmi 12312,86 manat pulun tutulması, tutmanın İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən evə və X6 məxsus Göygöl (Xanlar) rayonu, Quşqara kəndində, Gəncə-Daşkəsən yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 441 kv.m. olan əmlak kompleksinə (bundan sonra - ipoteka predmetləri) yönəldilməsi, qalan pulun ipoteka qoyanlara qaytarılması qət edilmiş, iddia qalan hissələrdə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.12.2011-ci i l tarixli qərarı ilə “xxxx” MMC-dən Bankın xeyrinə tutulmalı olan dəbbə pulunun məbləği 15000 manat müəyyən edilmişdir. Məhkəmə aktları əsasında ipoteka predmetləri hərraca çıxarılmış, yekun olaraq cəmi 316200 manat pul əvəzində tələbkar Banka tərəfindən əldə edilmişdir. «xxxx» MMC-nin direktoru olan iddiaçı tərəfindən Banka 23.01.2017-ci il tarixdə 1500 manat, 27.02.2017-ci il tarixdə 1500 manat, 30.03.2017-ci il tarixdə 1500 manat, 03.05.2017-ci il tarixdə 1500 manat, 02.06.2017-ci il tarixdə 1500 manat, 03.07.2017-ci il tarixdə 1500 manat, 03.08.2017-ci il tarixdə 1500 manat, 05.09.2017-ci il tarixdə 1500 manat, 02.10.2017-ci il tarixdə 1500 manat, 02.11.2017-ci il tarixdə 3000 manat, 01.12.2017-ci il tarixdə 3500 manat pul ödənilmişdir. Mədaxil qəbzlərində ödənişin təyinatı kimi “xxxx” MMC-nin “balansdankənar silinmiş kreditin ödənişi” göstərilmişdir.Bank tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına və surəti iddiaçıya ünvanlanmış 03.08.2016-cı il tarixli, 2974/03 saylı məktubla bildirilmişdir ki, “xxxx” MMCnin direktoru İddiaçı kredit öhdəlikləri üzrə ödənişləri vaxtında icra etmədiyi üçün qüvvəyə minmiş qətnaməyə əsasən girovda olan əmlaklar hərrac vasitəsi ilə satılaraq banka olan öhdəlik tam ödənilmişdir. Hal-hazırda müştərinin heç bir kredit öhdəliyi mövcud deyil. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 329.3, 404.1, 404.2, 560, 1091.2 və 1093.1-cimaddələrinin tətbiqi ilə razılaşmış, həmçinin mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 546-cı maddəsini tətbiq etmişdir. Cavabdeh ASC kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliy evanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli Bakıldə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı A pelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-788/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-788/2020
07.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver