Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-788/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “xxxx” ASC Cavabdeh: Cavabdeh1 Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh3 İddia tələbi: « kredit borcunun tutulması» Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-751/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmi ş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları 22-M-1-0-1054-14 saylı xx.xx.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən İddiaçı İKB ASC tərəfindən Cavabdeh1 illik 28 faizlə 24 ay müddətinə 15.000 ABŞ dolları kredit verilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur. xx.xx.2014-cü il tarixli kassa məxaric orderinə əsasən bank tərəfindən borclu Cavabdeh1 15.000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2018-ci il tarixli maliyyə arayışına görə Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 11.996,19 ABŞ dolları əsas borc, 6.134,05 ABŞ dolları faiz borcu və 1.900,22 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20.030,4 6 ABŞ dolları borcu vardır. xx.xx.2014-cü il tarixli ödəniş cədvəlindən görünür ki, borclu 24 ay müddətinə hər ay 823,33 ABŞ dolları banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh3 öz üzərinə borcun təminatı olaraq İddiaçı İKB ASC qarşısında zaminlik öhdəlikləri götürmüşlər. xx.xx.2015-ci il tarixli əlavədən görünür ki, kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. xx.xx.2015-ci il tarixli ödəniş cədvəlindən görünür ki, borclu 24 ay müddətinə 3 ay güzəşt olunmaqla 11.193,89 ABŞ dolları əsas, 3.585,41 ABŞ dolları faiz borcunu ödəməlidir. xx.xx.2015-ci il tarixli əlavədən görünür ki, kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. xx.xx.2015-ci il tarixli ödəniş cədvəlinə əsasən borclu 24 ay müddətinə 3 ay güzəşt olunmaqla 11.996, 19 ABŞ dolları əsas, 3.842,44 ABŞ dolları faiz borcunu ödəməlidir. HD/M-5122 saylı, xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank tərəfindən xəbərdar edilmişdir. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına görə İddiaçı İKB ASC məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən Cavabdeh1 qeyd edilən müqavilə üzrə 11.996,19 ABŞ dolları əsas borc, 6.134,05 ABŞ dolları faiz borcu və 1.900,22 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20.030,46 ABŞ dolları borcu vardır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı İKB ASC (hazırki “xxxx” ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kred it borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 11.996,19 ABŞ dolları əsas borc, 6.134,05 ABŞ dolları faiz borcu, 10.900,22 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 20.030,46 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia ərizəsinə əlavə verilərək, cavabdehlərdən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 11.996,19 ABŞ dolları əsas borc, 6.134,05 ABŞ dolları faiz borcu, 10.900,22 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018- ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmış 525 ABŞ dolları mə bləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 20.415,71 ABŞ dollarının və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-241/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada 10.929,34 ABŞ dolları əsas, 4.048,14 ABŞ dolları faiz borcunun, 190 ABŞ dolları cərimənin, xx.xx.2017-ci il tarixdən xx.xx.2018ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmış 532,50 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 15.699,98 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) pulun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı İKB ASC-nin xeyrinə tutulmas ı qət edilmişdir. Qətnamədən İddiaçı İKB ASC və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-751/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Cəmilova (sədrlik edən və məruzəçi), M.N.Tağızadə və Ü.A.Mayılov) İddiaçı İKB ASC (hazırki “xxxx” ASC) və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-241/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən, iddianın Cavabdeh2 qarşı təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-241/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 4.048,14 ABŞ dolları faiz borcunun tutulması” hissəsində dəyişdirilməsi və tutulmalı olan faiz borcunun 5.986,8 ABŞ dolları məbləğində müəyyən edilməsi, ödənişin qətnamənin icra olunduğu günə ABŞ dollarının manata olan məzənnəsi ilə həyata keçirilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması və ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat pulun 100 manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada, 50 manatının isə İddiaçı İKB ASC-dən (hazırki “xxxx” ASC) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izaha tları İddiaçı “xxxx” ASC kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi prosessual pozuntuya yol verərək təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə i clasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı “xxxx” ASC-nin nümayəndəsi və Cavabdeh1 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iş tirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirmə si sayılır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xər clərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma masına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, apelyasiya baxışı zamanı faiz məbləğinin düzgün müəyyən edilməsi məqsədilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və müəyyən olunmuşdur ki, cari hesabdan çıxarış, maliyyə arayışının materialları, xx xxxx 2014-cü il tarixli 22-M-1-0-1054-14 saylı kredit müqaviləsinin, xx.xx.2015 və xx.xx.2015-ci il tarixli əlavələrin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 xx.xx.2017-ci il ta rixə (sonuncu uzadılma tarixinə) banka olan əsas kredit borcu 10.929,34 ABŞ dolları, faiz borcu 6.466,56 ABŞ dolları olmaqla, ümumilikdə 17.395,90 ABŞ dolları təşkil edir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cərimə borcunun hesablanması barədə hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana cərimə borcu hesablanmamışdır. Bununla bağlı apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən 4.048,14 ABŞ dolları məbləğində faiz dəyişdirilərək, ekspert rəyinə (həmin rəyə əsasən faiz 6.466,56 ABŞ dolları müəyyən edilmiş) və iddia tələbinin həddinə (iddiada 5986,8 ABŞ dolları faiz tələb olunmuş) uyğun olaraq 5.986,8 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Apelyasiya instansiyası məhkəməsi qe yd etmişdir ki, baxılan iş üzrə xx.xx.2015-ci il tarixdə zamin Cavabdeh2 razılığı olmadan əsas müqavilə üzrə öhdəliklər dəyişdirildiyindən və bu dəyişdirilmə həmin zaminin məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olduğundan Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Cavabdeh3 qarşı iddianın təmin olunmuş hissəsinə münasibətdə apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həm xx.xx.2015-ci, həm də xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə dair bağlanmış əlavələr zamin Cavabdeh3 tərəfindən imzalandığından və bununla da edilmiş dəyişikliklər həmin zaminlə razılaşdırıldığından birinci instansiya məhkəməsi Cavabdeh3 münasibətdə iddianı təmin etməklə (iddianın təmin edildiyi hissədə) mübahisənin faktiki hall arı, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kassartorun apelyasiya instansiyası məhkəməsi tərəfindən təkrarən ekspertizanın keçirilməməsi dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, mə hkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. İş materiallarından göründüyü kimi əlavə ekspertizanın təyin edilməsinə zərurət olmamışdır. Kasasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərar a aldı: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-751/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-788/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-788/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver