Məhkəmə qərarları › İş №2(102)-788/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-788/2024

28.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-788/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6020/2023 nömrəli 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh X11 27 dekabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 22 noyabr 2019-cü il tarixdə X7 doğulmuş, tərəflər arasında nikah 20 may 2021-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuş və azyaşlının anasının yanında qalması qərara alınmışdır. 2. ünvan 1 ünvanında yerləşən, fərdi yaşayış evinin “A yaşayış” sahəsini X2 oğlu Cavabdeh daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə xx.xx.2014-cü il tarixdə bağışlamışdır.

3. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisinin xx.xx.2014-cü il tarixdən Cavabdeh mülkiyyətinə keçməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarış verilmişdir.

4. Astara rayon MKTTİB MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən, İddiaçı həqiqətən Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. Hal-hazırda həmin ünvanda yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cavabdehə məxsus olan Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evə (bundan sonra – mübahisəli mənzil) istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikaha daxil olduqdan sonra, yəni toy günündən sonra cavabdehə məxsus mübahisəli mənzilə gəlin köçmüş və həmin evə müvafiq qeydiyyatda alınmışdır. Həmin evd ə yaşamaqla ər-arvad kimi birgə təsərrüfatı idarə etmişdir. Sonradan ailə daxili münasibətləri pozulduğu üçün Astara Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(018)-643/2021 saylı qətnaməsi ilə onun iddiası qismən təmin edilmiş, aralarındakı nikah pozulmuş və birgə nikahlarından doğulmuş 22 noyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Halhazırda məcbur qalıb valideynlərinə məxsus evə sığınmışdır. Nikahın pozulmasından sonra artıq ailə üzvü sayılmadığı üçün və cavabdehin onu qəbul etmədiyi üçün istifadə hüququnun tanınmasından ötrü məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, onun cavabdehdən ayrılıb atasının yanına sığınmasının səbəbi həm aralarındakı anlaşılmazlığı n həllinə kömək etməsi, həm də azyaşlı uşağının müalicəsi üçün olmuşdur. Lakin cavabdehin ona qarşı münasibətinin pisləşməsi və ona qarşı biganə münasibəti nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməsinə səbəb olmuşdur. Atası onu və azyaşlı övladını uzun müddət himayəsində saxlaya bilməyəcək, çünki atasının yaşadığı mənzil darısqaldır, üstəlik digər bacıları da orada yaşayır. Hal-hazırda Bakı şəhərində bacısının kirayə tutduğu mənzildə yaşayır. Cavabdeh onun könüllü olaraq yaşadığı evi tərk etdiyini bildirir, lakin onun bu fikri ilə razı deyildir. Çünki atasının evinə gedəndən sonra uzun müddət nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, hesab etmişdir ki, aralarında olan münasibət normallaşacaq. O, cavabdehə məxsus fərdi yaşayış evində yaşamışdır və h azırda onun başqa yaşayış yeri yoxdur. Evdən gedən zaman götürdüyü əşyalar, atasının yanında bir müddət yaşadığı təqdirdə ona zəruri lazım olan əşyalar olmuşdur. Bununla bağlı Astara Rayon Məhkəməsinə müraciət etmiş və Astara rayon Məhkəməsinə 24 yanvar 2022-ci il tarixli, 2(018)-43/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı Cavabdeh mülkiyyətində olan mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-896/2022 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq, Astara rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(018)-43/2022 saylı qətnaməsi ləğv olunmuş və yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddianın təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4065/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin olunaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-896/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)252/2023 saylı qərardadı ilə Astara Rayon Məhkəməsinə 24 yanvar 2022-ci il tarixli, 2(018)-43/2022 saylı qətnaməsi ləğv olunmuş və mülki iş müstəsna aidiyyətı üzrə baxılması üçün Suraxanı Rayon Məhkə məsinə göndərilməsi qərara alınmışdır. Bu səbəbdən də o məhkəməyə müraciət edərək azyaşlı övladları ilə həmin mənzilə köçmək niyyətindədir.

7. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli mənzil iddiaçı ilə nikaha daxil olmazdan çox əvvəl, yəni xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsi əsasında onun xüsusi mülkiyyətinə keçmişdir. Bu barədə DƏDRX-dən çıxarış mövcuddur. O, iddiaçı ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və nikah münasibətlərinə daxil olduqdan sonra onun razılığı əsasında iddiaçı sözügedən mənzilə qeydiyyata salınmışdır. Lakin onun həmin evdə qeydiyyatda olması həmin mənzildən istifadə hüququnun yaranması anlamına gəlməməlidir. Sonradan onun iddiaçı ilə münasibətləri korlanmış, 2020-ci ilin iyun ayında iddiaçı ondan ayrıla raq könüllü olaraq yaşadıqları evi tərk edərək getmiş və onu evdən heç kim zorla çıxarmamışdır. Astara Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuş və azyaşlı övladının anasının yanında qalması qət edilmişdir. İddiaçı yaşadıqları evə bir daha qayıtmaq niyyəti olmadan tərk edərək daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmiş və bir daha evə qayıtmamışdır. Yaşadıqları evə qayıtmaq niyyətinin olmadığını o da göstərir ki, evdən çıxan zaman özünə məxsus əşyaları da aparmış, apara bilmədiyi cehiz əşyalarının qaytarılması üçün isə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmiş, Astara Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(018)- 788/2021 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək, müxtəlif adda cehiz əşyalarının iddiaçıya verilməsi qət edilmişdir. İddiaçının evi tərk etdiyi müddətdən 1 il keçdikdən sonra məhkəməyə evə köçürülmə tələbi ilə müraciət etmişdir. Onun artıq iddiaçı ilə heç bir hüquqi bağlılığı qalmamış, aralarında olan nikah pozulmuş, iddiaçı artıq onun həyat yoldaşı deyildir və keçmiş ailə üzvü hesab edilir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (15 may 2023-cü il tarixli, 2(010)1906/2023 saylı qətnaməsi ilə (sədrlik edən Leyla Talıbova) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında münasibət 2018-ci ildə yarandığından Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.

10. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil 2014-cü ildən Cavabdeh mülkiyyətində olduğundan, yaşayış sahəsinin mülkiyyətçisi ilə ai lə münasibətlərinə xitam verildiyindən, hazırda iddiaçı cavabdehin ailə üzvü hesab olunmadığından və mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşmanın mövcud olması barədə sübut təqdim olunmadığından iddiaçının həmin evə köçürülməsi və istifadə hüququnun tanınması barədə tələbi təmin oluna bilməz.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ və İV hissələrinə, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 152.1-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, 30.5-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 2-ci, Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 77.1, 14.2, 89.1, 217.2, 217.4, 107, 119.1, 216-220 və 360cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində pozulmuş insan və vətəndaş hüquqlarımın bərpası üçün araşdırma aparılmamışdır (aktın qanuniliyi, sübut qismində video-çəkilişin qanuniliyi araşdırılmamış və əlavə sübutlar tələb edilməmişdir.) Birinci instansiya məhkəməsi prosessual normaların tələblərini pozaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında lazımi qaydada həyata keçirməmiş və həqiqətə nail olma q üçün ümumiyyətlə araşdırma aparmamışdır. Bununla həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına da maneə yaradılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamış və iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6020/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi) Fuad Abdıyev və Fərrux. Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərini əsassız saymışdır.

16. Apellyasiya instansiyası məhkəməsi iddiaçının istifadə hüququnun müvəqqəti (müəyyən müddətə) saxlanılmasına münasibətdə bildirmişdir ki, bunun üçün əsaslar yoxdur.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli 2(102)-4065/2022-ci il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynov) İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 aprel 2022-ci il tarixli 2(106)-896/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir.

18. Kasassiya kollegiyasının mövqeyi ondan ibarət olm uşdur ki, hazırkı iş üzrə mübahisəyə müstəsna aidiyyət qaydasında daşınmaz əşyanın yerləşdiyi yerin məhkəməsində baxılmalı olduğu halda, MPM-in 39.1-ci maddəsinin tələbləri pozularaq iddiaya Astara Rayon Məhkəməsində baxılmışdır.

19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2023-cü il tarixli 2(106)-252/2023 nömrəli qərardadı ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Cahid İmanov) Astara Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli 2(018)-43/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək mülki iş müstəsna aidiyyət üzrə baxılmasından ötrü Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlil ləri

20. İddiaçı kassasiya şikayəti verərək (Vəkil3) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbi pozulmuş və norma yanlış tövsif edilmişdir. Belə ki, göstərilən normada yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, onun yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanıla biləcəyi dispozitiv norma olaraq müəyyən edilmişdir. İddiaçının maddi vəziyyəti çox pisdir. Belə ki, o, Bakı şəhərində “ofis meneceri” vəzifə sində işləyir və 175 manat əmək haqqı alır, adına daşınar və ya daşınmaz əmlak yoxdur və bir uşağı ilə birlikdə kirayə mənzildə qısa bir müddət sığınmaq məcburiyyətində qalmışdır. İddiaçının darısqal şəraitdə və maddi imkanı olmadan orada uşağı ilə normal yaşaması mümkün deyildir və yaşamağa başqa yeri də yoxdur. İddiaçı 1 may 2022-ci ildən bacısı X8 ilə birlikdə ünvan 4 ünvanında kirayədə yaşayır. Onun kirayədə yaşaması ilə bağlı 1 may 2022-ci il tarixli “yaşayış sahəsinin kirayə müqaviləsi”ni birinci instansiya məhkəməsinə təqdim etsə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)6020/2023 saylı qətnaməsində həmin müqaviləyə ümumiyyətlə istinad edilməmişdir. Bundan başqa, əlavə sübutların təqdim edilməsinə də imkan yaradılmamışdır (vaxt verilməmişdi r). Belə ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş abonentin saldosu və "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında ödəniş cədvəlindən görünür ki, Astara şəhəri, Səməd Vurğun küçəsi ev 42A-da yerləşən 14 saylı mənzildə 2022-ci ilin oktyabr ayından etibarən ümumiyyətlə qaz və işıq sərfiyyatı olmamışdır. Əgər iddiaçı orada hazırkı vaxtadək yaşamışdırsa, o zaman necə olur ki, hətta qış aylarında belə evin qaz və işıq sərfiyyatı olmamışdır? Eyni zamanda Astara rayon MKTT İB MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 105 saylı arayışdan da görünür ki, X5, X8 və X1 şəhəri Nuru Paşa (keçmiş Səməd Vurğun) küçəsi ev 42A-da yerləşən 14 saylı mənzildə qeydiyyatda olsalar da, 2022-ci ilin may ayından etibarən həmin ünvanda yaşamırlar. Maddi vəziyyətinin pis olması, yaşamağa başqa y erinin olmaması və azyaşlı uşağının yanında qalması iddiaçının istifadə hüququ müəyyən edilməklə cavabdehə məxsus evə köçürülməsi üçün kifayət qədər diqqətəlayiq hallardır. Uşağın üstün müdafiə hüququ vardır. İddiaçının uşağını kirayə yaşadığı mənzildə normal şəraitdə böyüdə bilməsi mümkün deyildir. İddiaçı məcbur qalıb cavabdehə məxsus evi tərk etmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin 30.5-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, normanın məzmunundan da aydın olur ki, yaşayış sahəsinə ehtiyac olan hallarda evin mülkiyyətçisinin keçmiş ailə üzvü oraya müddət müəyyən olunmaqla köçürülməlidir. İddiaçı hesab edir ki, bu müddət hər bir halda yaşayış sahəsinə ehtiyac aradan qalxana qədər müəyyən edilməlidir.

23. Kassasiya şikayətində apellyasiya instansi yası məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular MPM-in 9.1 və 9.3-cü maddələri 217.1, 217.3, 372.1 və 372.6-cı maddələrinə istinad edilmiş və pozuntu kimi göstərilmişdir ki, məhkəmə işdə mövcud olan sübutlar əsasında deyil, özünün mülahizə və ehtimalları əsasında yekun nəticəyə gəlmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 8 oktyabr 2013-cü il tarixli qərarı 25. “...Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hü ququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir...” Mənzil Məcəlləsi

26. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəzi yyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 3

1. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozun tusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquq i faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apelly asiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şika yəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qız tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6020/2023 nömrəli mülki iş üzrə 25 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar