Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7888/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Oğuz Rayon Məhkəməsinin (hаkim Kamran Süleymanov) 27 mart 2019-cu il tarixli, 2(054)-113/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh torpaq sahəsinin dəyəri olaraq ödənilmiş 1100 man at, maddi zərər məbləği olaraq 1100 manat və dövlət rüsumu olaraq ödənilmiş 15 manat - cəmi 2215 (iki min iki yüz on beş) manatın tutularaq İddiaçı ödənilməsi, İddiaçı məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumu məbləğinin 15 (on beş) manatdan ibarət hissəsi İddiaçı özünə aid edilməsi, iddia tələbinin digər hissələri təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2132/2019 saylı 11 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi V.Məlikov, hakimlər E.Hüseynov və A.Mahmudov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Oğuz Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(054)-113/2019 saylı qətnaməsinin qismənmaddi zərər məbləği olaraq 1100 manatın alınıb İddiaçı verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə y eni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə torpaq sahəsinin dəyəri kimi verdiyi 1100 manat, həmin torpaq sahəsinə dair Çıxarış sənədi əldə etmək üçün ödədiyi 200 manat, torpaq sahəsində abadlıq, yaxşılaşdırma və münbitləşdirmə işlərinə sərf etdiyi 1100 manat – cəmi 2400 (iki min dörd yüz) manat maddi zərər məbləği və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiy a şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Şəki Apellyasiya Məhkəməsi əsassız olaraq 2014-cü ildə cavabdehin özünə və ailə üzvlərinə məxsus torpaq sahəsini qeyri-rəsmi iddiaçıya satdığı, iddiaçıdan aldığı 1100 manat pulu torpaq sahəsinin alqı-satqısı müqabilində aldığı qənaətinə gəlmişdir. Cavabdeh qeyd edir ki, sözügedən 1100 manat pul məbləğini iddiaçıdan bir neçə illik icarə pulu kimi almış, heç vaxt iddiaçıya torpaq sahəsi satmaq fikrində olmamış və bu məqsədlə ondan hər hansı məbləğdə pul almamışdır. Şikayəti həmçinin, onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən şərti araşdırma aparmış, iş üzrə həqiqətə uyğun olmayan ziddiyyətli və yalan fikirləri əsas götürmüşdür. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 i yul 2019-cu il tarixli 2(107)-2132/2019 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və mülki işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəs inin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tə ləblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş materiallarında olan 31.01.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surəti əsasında müəyyən etmişdir ki, cavabdeh və onun ailə üzvləri Oğuz rayonu Xalxal kəndində yerləşən, xüsusi mülkiyyətlərində olan 1,6068 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini 19.06.2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi əsasında notariat qaydasında təsdiq edilmiş 31.01.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən digər şəxsə satmışlar. İş materiallarına əlavə edilmiş Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin 26 fevral 2019-cu il tarixli 176 nömrəli sorğuya cavab məktubundan və həmin məktuba əlavə edilmiş mütəxəssis rəyindən müəyyən edilmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin münbitləşdirilməsi məqsədi ilə 1 (bir) hektar taxıl sahəsinə səpilmiş peyin 3 (üç) il ərzində öz təsirini saxlaya bilər. İş materiallarına əlavə edilmiş 19.06.2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən edilmişdir ki, Oğuz rayonu Xalxal kəndində yerləşən 1,6068 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən 19 iyun 2015-ci il tarixdə mülkiyyət hüququnu tanıyan sənəd hazırl anmışdır. Apellyasiya instansiyası məhkəməsi işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, torpaq islahatı ilə əlaqədar cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə Oğuz rayonu Xalxal kəndində yerləşən 1,6068 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin iddiaçının faktiki icarəsinə verilməsi ilə bağlı tərəflər arasında razılaşma olmuşdur. Lakin onlar arasında qanunvericiliyin tələbinə uyğun şəkildə icarə müqaviləsi tərtib edilməmişdir. İddiaçı 10 ildən artıq bir müddət ona icarə haqqı olaraq buğda məhsulu vermişdir. 2014-cu ildə isə onlar arasında həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılaşma olmuş və iddiçı cavabdehə 1100 manat pul vermişdir. Odur ki onlar 2015-ci ildə həmin torpaq sahəsini notariat orqanında alqı -satqı müqaviləsi bağlamaq üçün Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX – nin 9 saylı ərazi idarəsinə gedərək həmin torpaq sahəsinə dair çıxarış almışlar. Cavabdeh aldığı çıxarışı iddiaçıya vermişdir. Lakin cavabdeh sonradan həmin torpaq sahəsini ona satmaqdan imtina etmiş, 4000 manat digər şəxsə satmışdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticədən görünür ki, iddiaçının əvvəllər icra haqqı olaraq cavabdehə buğda məhsulu verdiyi halda 2014-cü ildə isə ona 1100 manat verməsi, alqı-satqını reallaşdırmaq üçün onların torpağa dair çıxarış almaları, cavabdeh həmin çıxarışı iddiaçıya verməsi onlar arasında həqiqətən də alqı-satqı müqaviləsinin bağlanmasına dair məntiqi nəticəyə gəlməyə əsas verir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi belə hes ab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh torpaq alqı-satqısına görə ödənilən 1100 manat pulun alınaraq İddiaçı verilməsi qərarına gəlməkdə haqlı olmuşdur. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası İddiaçı Cavabdeh torpaq sahəsinin kənarlarının əhatəyə almaq üçün 2128 manat və sahəyə peyin səpdirmək üçün sərf etdiyi 1050 manat pul tələb etməsini əsassız saymış, onun torpaq sahəsinə xərc çəkməsi dəlillərinə tənqidi yanaşmış və hesab etmişdir ki, iddiaçı aldığı torpaq sahəsinin əhatəsinə çəkdiyi bu və digər vasitələri torpaq sahəsini qorumaq məqsədi ilə etmişdir. O, həmin vasitələri maneəsiz olaraq özü üçün götürüb apara bilər, cavabdehdən tələb etməyə əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh 1100 manat maddi zərərə görə pulun alınaraq İddiaçı verilməsi qərarına gəlməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı həmin torpaq sahəsinə peyini məhsuldarlığı artırmaq məqsədi ilə səpmiş və oradan da məhsul götürmüşdür. Habelə işdə olan mütəxəssis rəyində də göstərilir ki, səpilən peyin 3 il ərzində az təsir saxlaya bilər. Peyin səpildiyi müddətən isə artıq 3 ildən çox vaxt keçmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini 1,6068 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi əldə etmək üçün ödənilmiş xərclərə görə cavabdehdən 200 manat tutulmasına dair hissədə təmin etməməklə haqlı olmuşdur. Belə ki, iddiaçı həmin məbləğin onun tərəfindən və məh z cavabdehin xahişi ilə ödənilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, həmin xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 6.1.2 və 6.1.5-ci mаddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən оlunmuşdur. Mülki Məcəllənin 390.1-ci mаddəsində müqavilə azadlığı prinsipinin mаhiyyəti аçıqlаnаrаq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 14.2.1-ci mаddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındаn biridir. Mülki Məcəllənin 324.1-ci mаddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci mаddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 389.1-ci mаddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razıla şması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh kassasiya şikayətində, iddiaya etirazında və apelyasiya şikayətində olan dəlilləri irəli sürərkən iddiaçıya hər hansı bir borcunun olmamasını, buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyini qeyd edərək qətnamənin ləğv edilməsini bildirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə yalnız tərəfin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsi). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublika sı MPM-nin 77.1-ci maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya borcunun olmadığı barədə kassasiya şikayətinin dəlillərini əsaslandırmaq üçün iddia tələbini təkzib edən sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara faktlar nöqteyi nəzərdən hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər qanuni, əsaslı, ədalətli olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apell yasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, sübutları tam, hərtərəfli araşdırmış, işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin 11 iyul 2019-cu il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 11 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7888/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7888/2019
16.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver