Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-789/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh XXXna qarşı iş üzrə QƏRARİ № 2(102)-789/22 (Açar sözlər: pul tələbi) Bakı şəhəri, 15 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh XXXna qarşı “pul” tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1055/2021 nömrəli, 14.09.2021-ci il tarixli qətnaməsindən Cavabdeh XXX tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cava bdeh XXXna 2 dəfəyə 10.000 manat olmaqla cəmi 20.000 manat məbləğində borc vermişdir. Həmin borc məbləğindən 10.000 manat pulu cavabdeh öz oğlu Familin vasitəsi ilə iddiaçıya qaytarmasını iddiaçı etiraf edir. İddiaçı 10.000 manatın qaytarılmadığına istinad edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh XXXna qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh XXXndan ondan almış olduğu 10.000 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun və vəkil xidməti olaraq Beynəlxalq bank vasitəsilə ödədiyi 168 manat pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı bildirmişdir ki, Cavabdeh 2015-ci ildə 10000 manat, həmçinin 2016-cı və 2017-ci illərdə 10000 manat pul vermişdir. Həmin puldan Nazimin oğlu Famil 2018-ci ildə 10000 manat pul qaytarmışdır. 10000 manat qaytarılmamış qalmışdır.
4. Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) 16 mart 2020-ci il tarixli, 2(039)-450/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərmişdir ki, Nazim onun atasıdır. Atası Rafiqdən 2015-ci ildə 10000 manat borc almışdır. Həmin pulu Bərdə marketin qabağında Rafiqə qaytarmışdır. Bundan sonra da, 2016-cı ildə atası yenə 10000 manat borc almışdır. Həmin pulu da qardaşı evini satıb, Rafiqin evinə gedərək qaytarmışdır.
6. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh 2015-ci ildə iddiaçıdan 10.000 manat borc almışdır. Həmin 10000 manat pulu oğlu Familin vasitə si ilə iddiaçıya qaytarmış və iddiaçı 10000 manatın geri qaytarmasını etiraf etmişdir. Bundan sonra 2016-ci ildə iddiaçı cavabdehə yazılı formaya riayət etmədən 10000 manat borc vermişdir. Cavabdeh həmin pulu da övladı Pünhanın vasitəsi ilə iddiaçıya qaytarmışdır. İddiaçı borcun qalmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Şahid ifadələri ilə borcun qaytarılması sübut olunmuşdur.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin ona 10000 manat borcunun qalmasını iddia edərək, buna sübut kimi cavabdehin səs yazısının olduğunu bildirsə də, cavabdeh danışıqların tam mətni olmadığını, həmin səsyazmanın 2016-cı ilə aid olunduğunu bildirərək, səs yazısının səslənməsinə və sübut kimi qəbul edilməsinə razı olmadığını bildirmişdir. Bu səbəbdən də, həmin səsyazma sübut kimi məhkəmə tərəf indən qiymətləndirilmir. İddiaçı cavabdehə 10000 manat borcun 2016-2017-ci illərdə verildiyini bildirsə də, borc verilərkən qanunvericiliklə müəyyən edilmiş yazılı formaya riayət etməmiş və müvafiq borc müqaviləsi bağlamamışdır.
8. Odur ki, məhkəmə hazırki iş üzrə sübut etmə yükünün iddiaçının üzərinə düşdüyünü, iddiaçı tərəfindən nə qədər məbləğin cavabdeh tərəfə verdiyinə dair başqa sübut növü təqdim edilə bilmədiyini və səsyazmanın mötəbər sübut kimi qəbul edilə bilmədiyini əsas gətirərək hesab etmişdir ki, iddia rədd edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 127, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 740.1, 740.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 95.1, 200, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov sədrlik edən və məruzəçi, M.Əsədli və A.Mahmudov) 2(107)-1232/2020 nömrəli, 24 iyun 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Yevlax Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(039)-450/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə ko llegiyasına təqdim etməli olduğu halda, bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.
13. İddiaçı tərəfin təqdim etdiyi və məhkəmə kollegiyasının iclasında dinlənilmiş 3 ədəd “fleş kartda” gedən danışıqların iddiaçı və cavabdeh arasında olduğunu tərəflər mübahisələndirməmişlər. Həmin danışıqlar iddiaçının və cavabdehin məhkəmə iclasında bildirdikləri ilə eynilik təşkil etdiyindən digər sübutlarla birlikdə qiymətləndirilmişdir.
14. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)210/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər – E.Vəliyeva – sədrlik edən və məruzəçi, E.Şamayev, A.Abbasov) kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1232/2020 nömrəli, 24 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
16. Kassasiya kollegiyası qeyd etmişdir ki, birinci instaniya məhkəməsində verdiyi şifahi izahatında cavabdeh iddiaçıdan 2015-ci ildə 10.000 manat, 2016-cı ildə 10.000 manat aldığını etiraf etmiş, lakin hər iki məbləğin qaytarıldığını bildirmişdir. İddiaçı isə, yalnız 10.000 manat pulun qaytarıldığını etiraf edir.
17. Kassasiya məhkəməsi qeyd etmişdir ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür.
18. Baxılan iş üzrə cavabdehin de dikləri yalnız şifahi izahatda ifadə edildiyindən, bu, faktın və ya iddianın etirafı kimi qəbul oluna bilməz. Lakin, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli idi.
19. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclası nda şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Tərəfin məhkəmə iclasında bildirdiyi və protokola əlavə olunmuş izahatını gələcəkdə heç bir əsaslı səbəb göstərmədən dəyişməsi birinci instansiya məhkəməsinin həmin izahatı nəzərə alaraq qəbul etdiyi qərarın birmənalı ləğvi üçün əsas ola bilməz.
20. Mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzərdə tutmuşdur. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qan unvericilik nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməlidir. Sonuncu məsələni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir.
21. Baxılan iş üzrə cavabdeh birinci instansiya məhkəməsinin tərtib etdiyi məhkəmə iclas protokollarına qeydlər verməmişdir.
22. Hazırki iş üzrə işin mübahisəli halı borcun 10.000 manatının da qaytarılmasıdır və bu halı sübut etmək üçün cavabdehin məhkəməyə təqdim etdiyi yeganə sübut oğlu X1 qalan 10.000 manat pulun onun tərəfindən iddiaçının evində iddiaçıya verməsi barədə şahid ifadəsidir. Apellyasiy a məhkəməsi iş üzrə cavabdehin etirazını təsdiq edən yeganə sübutun cavabdehin oğlunun şahid ifadəsi olmasını, şahidin cavabdehin ailə üzvü olmasını nəzərə almayaraq, yaxın qohumun verdiyi ifadənin mötəbərliyini qətnamədə ətraflı əsaslandırmadan cavabdehin 10.000 manatı ödəməməsi halının sübut edilməsi yükünü səhvən iddiaçının üzərinə qoymuşdur. Halbuki bu halın sübut edilməsi AR MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaya etiraz edən, aldığı borcu qaytardığını iddia edən cavabdehin üzərinə düşməlidir.
23. Digər tərəfdən, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş cavabdehlə telefon danışıqlarının səs yazılarının tədqiqi zamanı prossesual normaların tələbləri pozulmuşdur. Belə ki, məhkəmə qətnaməsində həmin danışıqların yazıldığı 3 ədəd fleş kartın məhkəmə kollegiyasının iclasında dinlənildiyi, həmin danışıqların iddiaçı və cavabdeh arasında olduğunu tərəflərin mübahisələndirmədiyi, həmin danışıqlar iddiaçının və cavabdehin məhkəmə iclasında bildirdikləri ilə eynilik təşkil etdiyinə görə digər sübutlarla birlikdə qiymətləndirildiyi göstərilmişdir. Halbuki iş üzrə məhkəmə iclas protokollarında isə bu sübutların tədqiq edildiyi və məzmununun nədən ibarət olduğu göstərilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 271.1-ci maddəsinə əsasən məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Həmin maddənin 271.2.11-ci maddəsinə əsasən yazılı sübutların elan edilməsinə dair məlumatlar, maddi sübutların m üayinəsinə, səs yazılarının dinlənilməsinə, videoyazılara baxılmasına dair məlumatlar protokolda göstərilməlidir.
24. Həmçinin, həmin Məcəllənin 272.4-1-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər. Lakin iş materiallarında 10.06.2020-ci il tarixli məhkəmə iclasının texniki nasazlıq ucbatından mümkün ol maması barədə akt olsa da, 24.06.2020-ci il tarixli məhkəmə iclası barədə belə bir akt tərtib olunmadığı halda, məhkəmə iclasının audio-video yazısı maddi daşıyıcıda protokola əlavə edilməmişdir.
25. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, həmin səs yazılarının məhkəmə iclasında tədqiq edilməsi iş materiallarından görünmədiyindən, həmçinin həmin sübutun məzmunun nədən ibarət olması, sübutun qiymətləndirilməsi ilə bağlı məhkəmənin mövqeyi məhkəmə qətnaməsində əks olunmadığından, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
26. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1055/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- E.Hüseynov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və V.Məlikov) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(039)-450/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, Cavabdeh XXXndan 10000 manat məbləğində borc, 30 manat dövlət rüsumu və vəkil xidməti olaraq ödədiyi 168 manat olmaqla, cəmi 10.198 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir. Belə ki, hazırkı iş üzrə iddiaçı cavabdehlə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə verilmiş 20.000 manat borcun, ödənilməmiş qalan 10.000 manatını tələb etməkdə haqlıdır.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, sübutetmə üzrə vəzifələri n müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki iş üzrə işin mübahisəli halı borcun 10.000 manatının da qaytarılmasıdır və bu halı sübut etmək üçün cavabdehin məhkəməyə təqdim etdiyi yeganə sübut oğlu X1 qalan 10.000 manat pulun onun tərəfindən iddiaçının evində iddiaçıya verməsi barədə şahid ifadəsidir. Şahid qismində dindirilən X2 cavabdehin doğma oğlu olduğuna görə, onun vermiş olduğu ifadənin həqiqi olması digər sübutlarla təsdiq edilmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin qeyd edilən halına diqqət yetirməmiş, şahidin cavabdehin ailə üzvü olmasını nəzərə almadan, yaxın qohumun verdiyi ifadəni mötəbər sayaraq cavabdehin 10.000 manatı ödəməməsi halının sübut edilməsi yükünü səhvən iddiaçının üzərinə qoymuşdur.
30. Apellyasiya məhkəməsi işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıdan borc al dığı 10.000 manatın oğlu vasitəsi ilə qaytarılmasını sübuta yetirə bilməmişdir.
31. Qətnamədən Cavabdeh XXX kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh XXX apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini işin faktiki halları ilə əsaslandırmışdır ki, məhkəmələr iddiaçı ilə mübahisə predmeti olan pulu aldığı Xuraman adlı qadının münasibətlərini araşdırmamış, öhdəliyin nə dərəcədə ona (Cavabdeh) aid olmasını mübahisə obyektinə çevirməmişdir. Çünki, pul münasibətləri iddiaçı ilə Xuraman adlı q adın arasında yaranmışdır və bu halda da, o (Cavabdeh) öhdəlik daşıya bilməz. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq ola raq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
36. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
37. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara t ətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ka ssasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
48. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin göstərişləri nə riayət etməklə, ətraflı araşdırma aparmış, iş üzrə gəldiyi nəticəni qanunvericiliyin tələblərinə müvafiq əsaslandırmışdır.
49. Ali Məhkəmənin göstərişinə əsasən, apellyasiya instansiyası məhkəməsinin baxış predmeti bundan ibarət idi ki, cavabdeh iddiaçıdan borc aldığı 10.000 manatın oğlu vasitəsi ilə qaytarılmasını sübuta yetirməli idi.
50. Apellyasiya məhkəməsi tərəfindən aparılan araşdırmalar nəticəsində belə nəticəyə gəlinmişdir ki, cavabdeh iddiaçıya olan borcunu qaytardığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və ya təqdim edə bilməmişdir.
51. Mülki Prosessual Məcəllənin tələblərinə (§29 və §33) əsasən, cavabdeh sübut etmək vəzifəsini yerinə yetirə bilmədiyindən, kassasiya şikayətinin dəlilləri formal olmaqla, apellyasiya məhkəməsinin qanuni və əsaslı qətnaməsi nin ləğvi üçün əsas ola bilməz.
52. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri işin faktiki halları ilə bağlıdır ki, MPM-yə əsasən (§34), Ali Məhkəmə işin faktiki hallarını araşdırmır, müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. O cümlədən, hazırkı kassasiya şikayətində əvvəllər irəli sürülməyən və məhkəmə baxışlarının predmeti olmayan yeni dəlillər irəli sürülməsi də qəbul edilə bilməz. Nəzərə almaq lazımdır ki, işin faktiki halları ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən araşdırılır.
54. Belə olan halda, kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfində n hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM 88-ci maddə)
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXXnun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1055/2021 nömrəli, 14.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova